Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-993/2024 30.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə ödənilməmiş 138 215 manat məbləğində pulun və 429 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbulı edilməsini xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında xx.xx.2023-cü il tarixdə borc müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən o, cavabdehə 138 215 manat məbləğində pul vermişdir. Cavabdeh isə 2023-cü ilin sentyabr ayından bağlayaraq ilk 04 ayda 1500, 2024-cü il ərzində, 12 ay, ayda 5000, 2025-ci il ərzində 12 ay, ayda 5000, 2026-cı ilin yanvar ayında 5000 və 2026-cı ilin fevral ayında 7215 manat olmaqla xx.xx.2026-cı il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. O, cavabdehə borc versə də, cavabdeh müqavilə üzrə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmişdir. Onlar arasında bağlanmış müqavilənin 2-ci bəndinə görə cavabdeh cədvəl üzrə 03 ay davamlı olaraq geri həyata keçirməzsə, o, borc verdiyi 138.125 manat məbləğində pulun qalan hissəsinin vaxtından əvvəl, birdəfəlik geri ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 9-cü bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Buna görə də o, xx.xx.2023-cü il tarixdə cavabdehə poçt vasitəsilə Pretenziya məktubu göndərmiş və 03 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb etmişdir. Lakin cavabdeh öhdəliklərini icra etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçıya lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq özü və ya onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin onun nümayəndəsi Vəkil elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə hazırlıq iclasında verdiyi izahatlarını məhkəmə çıxış kimi qəbul edib iddianı təmin edib məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəməyə daxil olmuş bildirşdən görünür ki, məhkəmə icraatı zamanı cavabdeh qeydiyyatda olduğu ünvandan köçmüşdür. Məhkəmə MPM-nin 146-cı maddəsini əldə rəhbər tutaraq məhkəmə bildirişinin rəsmi olaraq cavabdehə çatdırılmış hesab edir. MPM-nin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə tədqiq olunan sübutlar : İşdə olan Bakı şəhəri 11 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredi müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 2023-cü ilin sentyabr ayından bağlayaraq ilk 04 ayda 1500, 2024-cü il ərzində, 12 ay, ayda 5000, 2025-ci il ərzində 12 ay, ayda 5000, 2026-cı ilin yanvar ayında 5000 və 2026-cı ilin fevral ayında 7215 manat olmaqla xx.xx.2026-cı il tarixədək borcu qaytarmaq şərti ilə 138 215 manat məbləğində pul vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixdə cavabdehə poçt qəbzindən və Pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə 03 gün müddətində müqavilə öhdəliklərinin icra olunmasını tələb etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında borcu hissə-hissə qaytarmaq şərti ilə kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi notariat ofisində rəsmiləşdirilmiş, iddiaçı müqavilə üzrə üzərinə götürmüş öhdəlikləri yerinə yetirərək cavabdehə 138 215 manat məbləğində pul vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürmüş öhdəlikləri ardıcıl olaraq 03 ay müddətində icra etmədiyinə görə, iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə mübahisəni qarşılıqlı razılıq əsasında həəli məqsədilə cavabdehə pretenziya məktubu göndərmiş, cavabdeh həmin razılıq əsasında mübahisəni həll etmədiyi üçün, iddiaçı borc verdiyi 138 215 manat məbləğində pulu geri tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya pul borclu olması faktı iş materialları ilə tam təsdiq olunduğu üçün iddia tələbi əsaslı sayılaraq təmin edilməli, Cavabdeh 138 215 manat məbləğində pul tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 429 manat dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 138 215 (bir yüz otuz səkkiz min iki yüz on beş) manat məbləğində pul, eləcə də iddiaçı tərəfindən ödənilmiş 429 (dörd yüz iyirmi doqquz) manat dövlət rüsumu, cəmi 138 644 (bir yüz otuz səkkiz min altı yüz qırx dörd) manat alınaraq, İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №e-2(049)-993/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-993/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver