Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-100/2024 29.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5381,06 manat əsas, 994,36 manat faiz, 45,52 manat cərimə, cəmi 6420,94 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 84.61 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə baxışı 29 aprel 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Rahim Seyfullayev məhkəməyə elektron ərizə ünvanlayaraq Cavabdeh tərəfinədən 204nkLKN/22 saylı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia tələbindən həmin kredit müqaviləsi üzrə banka olan borc məbləği tam olaraq ödənildiyi üçün imtina edildiyini və bununla əlaqədar olaraq mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Rahim Seyfullayev iddiadan imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə qanunvericiliyin qeyd olunan tələbinə əsaslanaraq hesab edir ki, iddiaçının nümayəndəsi iddiadan imtina edərək bu barədə məhkəməyə ərizə ünvanlamış, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir və tərəflərin hüququnu pozmur, buna görə də iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməli, eyni zamanda iddiaçıya iddiadan imtina etmənin hüquqi nəticələri izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" KB ASC-yə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar müraciət edilməsinə yol verilmədiyi izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №e-2(050)-100/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-100/2024
29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver