Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1046/2023 18.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzyev Təbriz Əliniyaz oğlunun katibliyi, Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC-nin nümayəndəsi Əülnar Hüseynova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə bağlanmış 10 dekabr 2019-cu il tarixli, 020R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 020R********** saylı kredit razılaşması üzrə 1059,62 manat məbləğində kredit borcu, 5,66 manat məbləğində faiz borcu və 43,13 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1108,41 manat məbləğində borcun və ödənilmiş 31,08 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 07 iyul 2015-ci il tarixli 040L**********92 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 5000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddəti ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 10 dekabr 2019-cu il tarixli, 020R********** saylı kredit razılaşması əsasında 60 ay müddətin, aylıq faiz dərəcəsi 0.0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1709,69 (min yeddi yüz doqquz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 12 iyul 2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 650,07 manat ödəmiş, onun 1059,62 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 14 fevral 2023 cü il tarixə 217 gün üçün hesablanmış faiz borcu 5,66 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməlidir. 14 fevral 2023 cü il tarixə 217 gün hesablanmış cərimə 43,13 manat təşkil edir. Uzunmüddəli kredit müqaviləsinin 3.1.2 bəndinin a yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, fazi borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçının nümayəndəsi X1 məhkəməyə ünvanladığı ərizədə məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təqdim olunmuş 15 may 2023-cü il tarixli maliyyə arayışına uyğun olaraq təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, 10 dekabr 2019-cu il tarixli, 020R********** saylı kredit razılaşmasına əsasən İddiaçı QSC-dən 1709,69 manat kredit götürmüş, lakin maddi imkanı zəif olduğundan borcunu ödəyə bilməmişdir. Həmçinin, maddi imkanı zəif olduğu üçün məhkəmədən cərimə borcunun azaldılaraq iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, onlar məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, işdə olan 07 iyul 2015-ci il tarixli, 040L**********92 nömrəli uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 50000.00 (əlli min) ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açır.Uzunmüddətli Kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizləri nəzərə alınmadan maksimum borclanma həddidir. Kredit tərəflər arasında kredit razılaşması bank qarantiyası verilməsi haqqından müqavilə və akkredit açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə edir.Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay 07 iyul 2025-ci il tarixdən gec olmayaraq verilməlidir. İşdə olan 07 iyul 2015-ci il tarixli,040S**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh2 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəlikərini tamamilə icra etməsi üçün zaminlər Cavabdeh1 və Cavabdeh3 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məhsuliyyət daşıyır. İşdə olan 07 iyul 2015-ci il tarixli, 040L**********92 nömrəli kredit xətti müqaviləsi üzrə 10 dekabr 2019-cu il tarixli, 020R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müdətinə 1 il güzəşt müddəti ilə 1709,69 manat məbləğində kredit verilmiş, kredit alan kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İşdə olan 10 dekabr 2019-cu il tarixli,020S**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh2 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəlikərini tamamilə icra etməsi üçün zaminlər Cavabdeh1 və Cavabdeh3 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məhsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş 15 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 10 dekabr 2019-cu il tarixli, 020R********** saylı kredit razılaşmasına əsasən 15 may 2023-cü il tarixinə İddiaçı QSC-yə 961,51 manat əsas, 6,72 manat faiz, 53,20 manat cərimə, cəmi 1021,43 manat borcu vardır. Göründüyü kimi Cavabdeh2 kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə İddiaçı QSC-yə ödənilməli olan borcunu ödəməmişdir. Halbuki, kredit müqaviləsinin 1.2-ci maddəsinə əsasən Cavabdeh2 krediti və hesablanmış faizlərin müqavilədə göstərilmiş qaydada və müddətdə banka qaytarılmasını təmin etmək vəzifəsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı QSC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə zaminlik müqavilələrini də nəzərdən keçirib hesab edir ki, Cavabdeh1 və Cavabdeh3 əsas borclu Cavabdeh2 kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank qarşısında cavabdehliyi öz üzərinə götürdüklərindən, iddiaçının tələb etdiyi kredit borcu cavabdehlərdən eyni həcmdə tutularaq iddiaçının xeyrinə verilməlidir. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, kredit razılaşması üzrə cərimə pulunun miqdarı 20 (iyirmi) manat həddinədək azaldılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlərdən ödənilmiş dövlət rüsumunun əvəzində 31 (otuz bir) 08 qəpik tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 əsas borca görə 961,51 manat, faiz borcuna görə 6,72 manat, cərimə borcuna görə 20 manat və dövlət rüsumuna görə 31,08 manat olmaqla, cəmi 1019 (bir min on doqquz) manat 31 qəpik məbləğində pul tutularaq İddiaçı QSC-nin xeyrinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №e-2(050)-1046/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1046/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver