Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1053/2023 14.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 787.18 əsas, 1014.24 manat faiz, 1445.27 cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstutisiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 116.60 manat faiz borcu, cəmi 3363.29 manat borcun və 53.64 manat dövlət rüsumunun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, ********* nömrəli Kredit müqaviləsinə əsasən bank müştəriyə şəxsi istehlak məqsədilə 24 ay müddətinə, illik 26% ödəmək şərtilə 2600 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli R-149 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşındakı kredit öhdəliyinin qalıq məbləği 2458.76 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 70246065-6 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşındakı kredit öhdəliyinin qalıq məbləği 2051.04 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1USD=1.60 AZN) 3216.72 AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 3363.29 AZN təşkil edir. Bundan 787.18 AZN əsas, 1014.24 AZN faiz, 1445.27 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 116.60 AZN faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********682 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci il il tarixdə 50 AZN məbləğində ödəniş etmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan 13 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) arasında bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 24 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 2600 ABŞ dolları kredit vermişdir. İşdə olan 13 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavə sazişin surətindən görünür ki, tərəflər kredit borcunun məbləğini 2458,67 ABŞ dolları müəyyən edərək, öhdəlik müddətini xx.xx.2017-ci il tarixə qədər uzatmışlar. İşdə olan 13 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavə sazişin surətindən görünür ki, tərəflər kredit borcunun 1670,55 ABŞ dolları müəyyən edərək, öhdəlik müddətini xx.xx.2020-ci il tarixə qədər uzatmışlar. İşdə olan 13 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli əlavə sazişin surətindən görünür ki, tərəflər kredit borcunu restrukturzasiya edərək, 3216,72 manat qalıq borc məbləği, son öhdəlik müddətini xx.xx.2020-ci il tarixi müəyyən etmişlər. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2020-ci il tarixinə banka 787.18 manat əsas, 1445.27 manat cərimə, 116.60 manat faiz, cəmi 3363.29 manat borcunun yaranması qeyd olunmuşdur. Kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) Cavabdeh 2600 ABŞ dolları manat məbləğində pul vermişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) məhkəmədə iddia qaldırılması üçün 53.64 manat dövlət rüsumu ödəmişdir. Borcun ödənilməsi barədə xəbərdarlığın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) Cavabdeh banka olan kredit borcunu vaxtında qaytarmadığı halda məhkəməyə müraciət ediləcəyini, yaranmış borcun və ona hesablanmış faiz və cərimələrin ödəməsi barədə məlumat verilmişdir. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixə Ləğv p.o. İddiaçı ASC-yə qalıq borcunun məbləği 787,18 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-in 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi Cavabdeh münasibətdə tələb edilən əsas borc hissədə əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh 787,18 manat, 1014,24 manat faiz, 1445,27 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 116,60 manat faiz olmaqla, cəmi 3363,29 manat məbləğində pul tələb olunsa da, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixə Ləğv p.o. İddiaçı ASC-yə 2227,26 manat borcuu olmuş, 1440,08 manat borc azaldılmış və qalıq borcun məbləği 787,18 manat müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanında qeyd olunmuşdur: -5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; -6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Göründüyü kimi, cavabdehin borcuna görə 1440,08 manat kompensasiya edilmiş və cavabdeh tərəflə restruktrizasiya olunan məbləğlərlə bağlı yeni müqavilə bağlanmamışdır. Belə olan halda iddia 787,18 manat əsas borc məbləği qismində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 2284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 53,64 manat məbləğində pul vəsaitinin 30 manat məbləğində hissəsi Cavabdeh tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 787.18 əsas və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-1053/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1053/2023
14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver