Məhkəmə qərarları › İş №e-2(050)-1173/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-1173/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-1173/2023 13.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 iddiaçı L.P.O "xxxx" ASC-nin L.Ə.S.F-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə iddiaçı L.P.O "xxxx" ASC-nin L.Ə.S.F-nin məhkəmələrlə iş şöbəsinin müdiri Nümayəndə verdiyi ərizəyə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı L.P.O "xxxx" ASC-nin L.Ə.S.F cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir. 12 aprel 2023-cü il tarixdə iddiaçı L.P.O "xxxx" ASC-nin L.Ə.S.F-nin məhkəmələrlə iş şöbəsinin müdiri Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan iş üzrə mövcüd olan sənədlərin L.P.O "xxxx" ASC-nin L.Ə.S.F-yə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı L.P.O "xxxx" ASC-nin L.Ə.S.F cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar