Məhkəmə qərarları › İş №e-2(050)-1208/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1208/2024

22.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1208/2024 22.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Cavabdeh2 iştirakı ilə. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti subroqasiya qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1309.22 manat məbləğində vəsaitin, 33 manat dövlət rüsumu, 0.40 manat bank xidməti xərcinin tutulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan ** BX *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E200 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. "xxxx" ASC ilə "xxxx" ASC arasında sığortalı nəqliyyat vasitələrinə dəymiş zərər üzrə tələbin güzəşti müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixində Cavabdeh2 barəsində TP ******* saylı inzibati tənbeh verilmə haqqında qərar çıxarılmış və sürücü təqsirləndirilərək cərimə edilmişdir. Zərərçəkən, nəqliyyat vasitəsinə zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Sığortalı ** JH *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı nəqliyyat vasitəsinin zərəri qiymətləndirilmiş, xx.xx.2020-ci il tarixli hadisə üzrə zərər aktına əsasən 1309,22 (bir min üç yüz doqquz manat, 22 qəpik) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı” na əsasən təkrarsığorta məbləği və faizi 23451,94 manatın 95,00 % olduğundan 1243,76 manat (bir min iki yüz qırx üç manat, 76 qəpik) məbləğində sığorta ödənişi təkrarsığortalı "xxxx" ASC-nin hesabına köçürülmüşdür. "xxxx" ASC və "xxxx" ASC arasında tələbin güzəşti müqaviləsi bağlandığını nəzərə alaraq, xx.xx.2022-ci il tarixli məktubla ödənilmiş məbləğ olan 1309,22 (bir min üç yüz doqquz manat, 22 qəpik) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" ASCnin bank hesabına ödənilməsi xahiş edilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini, məhkəmə iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, sığorta hadisəsi 2020-ci ildə baş vermişdir. Borcu qəbul etmir. Onun sığortası var, hər il sığortaya pul ödəyir. Heç bir yerdə işləmir. Bu səbəbdən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X1 məxsus olan X2 tərəfindən idarə olunan ** FU *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 200” markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarisığortası” növü üzrə sığortalanmışdır. 28 sentyabr 2020-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən məlum olmuşdur ki, sürücü Cavabdeh2 təqsirləndirilərək cərimə edilmişdir. 22 yanvar 2021-ci il tarixli sığorta aktından görünür ki, təkrarsığorta məbləği və faizi 23451,94 manatın 95,00% olduğundan 1243,76 manat (bir min iki yüz qırx üç manat, 76 qəpik) məbləğində sığorta ödənişi təkrarsığortalı "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “İveco Urbanway” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş zərərin həcmi 1309.22 manat təşkil edir. Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, ödənilmiş sığorta məbləğinin ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə ona məlumat verilmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, "xxxx" ASC məhkəmədə iddia qaldırılması üçün 33 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək iddiaçı və cavabdeh tərəfindən təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Tərəflərin təqdim etdikləri sübutlara əsasən və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olur ki, Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan ** BX *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E200 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. "xxxx" ASC ilə "xxxx" ASC arasında sığortalı nəqliyyat vasitələrinə dəymiş zərər üzrə tələbin güzəşti müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixində Cavabdeh2 barəsində TP ******* saylı inzibati tənbeh verilmə haqqında qərar çıxarılmış və sürücü təqsirləndirilərək cərimə edilmişdir. Zərərçəkən, nəqliyyat vasitəsinə zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Sığortalı ** JH *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı nəqliyyat vasitəsinin zərəri qiymətləndirilmiş, xx.xx.2020-ci il tarixli hadisə üzrə zərər aktına əsasən 1309,22 (bir min üç yüz doqquz manat, 22 qəpik) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı” na əsasən təkrarsığorta məbləği və faizi 23451,94 manatın 95,00% olduğundan 1243,76 manat (bir min iki yüz qırx üç manat, 76 qəpik) məbləğində sığorta ödənişi təkrarsığortalı "xxxx" ASC-nin hesabına köçürülmüşdür. "xxxx" ASC və "xxxx" ASC arasında tələbin güzəşti müqaviləsi bağlandığını nəzərə alaraq, xx.xx.2022-ci il tarixli məktubla ödənilmiş məbləğ olan 1309,22 (bir min üç yüz doqquz manat, 22 qəpik) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" ASCnin bank hesabına ödənilməsi xahiş edilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1. və 936.2.-ci maddələrinə müvafiq olaraq “Subroqasiya hüququ” Həmin Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5.-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələblərinə görə, delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzini zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanunu əsaslarla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (subroqasiya) hüququ vardır. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə, həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, baş vermiş sığorta hadisəsi ilə Cavabdeh2 təqsirli hərəkətləri arasında səbəbli əlaqə vardır. Həmçinin o, idarə etmə hüququ olmadan avtomobili idarə etmiş, avtomobil mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələbləri baxımından, Cavabdeh1 avtomobilin Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) onun sahibliyindən çıxması, dəymiş zərərin zərərçəkmişin qəsdi nəticəsində yaranması, hadisənin qaçınılmaz halların təsiri nəticəsində baş verməsi barədə məhkəməyə heç bir etiraz və ya sübut təqdim etməmişdir. Ziyan cavabdehlərin birgə təqsirindən yarandığına görə, onlar birgə məsuliyyət daşımalıdırlar. Ona görə də iddia əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında 1309.22 manat ziyan və 33 manat dövlət rüsumu və 0.40 manat bank xidməti xərci müştərək qaydada alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülsün. Qətnamə rəsmi qaydada təqdim edildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar