Məhkəmə qərarları › İş №e-2(050)-1223/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1223/2023

17.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1223/2023 17.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X10 (sədrlik edən), məhkəmə iclas katibi X8, Cavabdeh iştirakı ilə. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya tələbinin təmin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7069.50 manat məbləğində vəsaitin, 90.69 manat dövlət rüsumunun, 0.40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə X13 məxsus Cavabdeh tərəfindən idarə olunan ** MJ *** dövlət qeydiyyat nişanlı Volvo markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə sığortalı nəqliyyat vasitəsi ilə ** DT *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Həmçinin qeyd edilən hadisə nəticəsində ** DT *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsinin sərnişini X14 aldığı xəsarətlərdən vəfat etmiş, digər sərnişinlər X15 və X4 isə yüngül xəsarət almışlar. Araşdırma nəticəsində məlum olmuşdur ki, sürücü nəqliyyat vasitəsini etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə etmişdir. X5 vəfat etməsi və X15 və X1 dəymiş xəsarətlə bağlı sığorta ödənişi əldə olunması ilə bağlı "xxxx" ASC-yə müraciət edilmişdir. "xxxx" ASC-in “Sığorta akt”larına əsasən şəxsin vəfat etməsi ilə bağlı 5000 manat, digər şəxslərin aldığı xəsarətlərlə bağlı hər zərər çəkənə ayrılıqda 750 manat olmaqla, ümumilikə 1500 manat sığorta ödənişi həyata keçirilmişdir. Bundan başqa, ** DT *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərlə bağlı Sığortalı ilə yanaşı 3-cü şəxsin də təqsiri müəyyənləşdiyindən zərər məbləğinin 50%-i, yəni 569.50 manat sığorta ödənişi etibarnamə əsasında X11 şəxsi hesabına köçürülmüşdür. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən zərərçəkənlərə ümumilikdə 7069.50 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. İddiaçı "xxxx" ASC-nin hüquqşünası Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək bildirdi ki, sığorta şirkəti tərəfindən ona verilmiş pulla kompensasiya ödənişi etmişdir. Daha sonra 7500 manat onun adına iştirakı olmadan sığorta şirkəti tərəfindən yazılmışdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli Sığorta aktından görünür ki, “Volvo” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi sığortalamışdır. xx.xx.2019-cu il tarixdə Masallı rayonu Köhnə Alvadı kəndi ərazisində sığorta hadisəsi baş vermişdir. X3 dəymiş ziyana görə "xxxx" ASC tərəfindən 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli Sığorta aktından görünür ki, “Volvo” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi sığortalamışdır. xx.xx.2019-cu il tarixdə Masallı rayonu Köhnə Alvadı kəndi ərazisində sığorta hadisəsi baş vermişdir. X6 dəymiş ziyana görə "xxxx" ASC tərəfindən 569.50 (beş yüz altmış doqquz, əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli Sığorta aktından görünür ki, “Volvo” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi sığortalamışdır. xx.xx.2019-cu il tarixdə Masallı rayonu Köhnə Alvadı kəndi ərazisində sığorta hadisəsi baş vermişdir. X9 dəymiş ziyana görə "xxxx" ASC tərəfindən 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Lənkəran ağır cinayətlər Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 1(099)-92/2020 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-in 263- 1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə nəqliyyat vasitasini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Cazasını məntəqə tipli cəzaçəkmə müassisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cazaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Mahkəmənin hökmü qanuni qüvvəyə minanadək barasinda seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən dərhal sonra X12 məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin. Hökmün icrası Masallı Rayon İcra vo Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 50 manat məbləğində ekspertiza xərci Mirsəftor Əliyevdən tutularaq dövlət nəfinə keçirilsin. Zeynalov Vilayət Başir oğlu Azerbaycan Respublikası CM-in 263 2-ci maddəsi ila nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan mahrum edilməklə 03 (üç) il müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilsin. Barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tatbiq edilməklə 01 il 06 ay sınaq müddəti müəyyaə olunsun. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsin. Vilayət Zeynalovun sınaq müddəti ərzində üzərinə aşağıdakı vəzifələr qoyulsun: onun davranışı üzərində nəzarəti həyata keçiran orqanlara məlumat vermədən daimi yaşayış yerini dayişməmək ailəsinə maddi yardım göstərmək. Vilayet Zeynalovun sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək Cəlilabad Rayon İcra va Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə 50 manat məbləğində ekspertiza xərci Vilayət Zeynalovdan tutularaq dövlət nəfinə keçirilsin. Maddi sübut olan "VAZ 2106" minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin X9 va "Volvo" yük markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin X7 qaytarılması nəzərə alınması hökm edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının nümayəndəsi ərizəsinin nəzərə alıb, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə etibarnaməsi və sürücülük vəsiqəsi olmadan idarə etdiyi "VAZ 2106" minik markalı, **-DT- *** dövlət qeydiyyat nişanlı avtomobili “Volvo” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və qəza nəticəsində "VAZ 2106" minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sərnişini X14 aldığı xəsarətlərdən vəfat etmiş, digər sərnişinlər X15 və X4 isə yüngül xəsarət almışlar. İddiaçı sığorta müqaviləsinə uyğun olaraq zərərçəkmişə dəymiş maddi ziyana görə sığorta məbləği həddində cəmi 7069.50 manat məbləğində sığorta ödənişi etmiş və hazırda həmin pulu subroqasiya qaydasında cavabdehdən tələb edir, ona görə də, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 30.40 manat dövlət rüsumu da Cavabdeh aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7069.50 məbləğində vəsait, 90.69 manat dövlət rüsum, 0.40 manat bank xidməti xərci alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar