Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1352/2025 18.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh2 və Baxşiyev Etibar Bəxşi oğluna qarşı «borc» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC Cavabdeh2 və Baxşiyev Etibar Bəxşi oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixli, GTKR6764267A123 saylı kredit müqaviləsinə əsasən 1860.51 manat əsas, cəmi 1860.51 manat məbləğində borcun, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, BBUM5905304A125 saylı kredit müqaviləsinə əsasən 300.73 manat əsas, 48.6 manat faiz, cəmi 349.33 manat məbləğində borcun və 42.1 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR6764267A123 saylı kredit müqaviləsinə əsasən illik 21 faiz dərəcəsi ilə 35 ay müddətinə 7500 manat və xx.xx.2022-ci il tarixli, BBUM5905304A125 saylı kredit müqaviləsinə əsasən illik 25 faiz dərəcəsi ilə 59 ay müddətinə 450 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, GTKR6764267A123 saylı kredit müqaviləsi üzrə kreditin təminatı kimi isə həmin kredit müqaviləsinin 3-cü bəndinə əsasən zamin şəxs Baxşiyev Etibar Bəxşi oğlu kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqavilələrinin şərtlərinə əsasən cavabdehlər öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. Cavabdeh2 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, GTKR6764267A123 saylı kredit müqaviləsinə əsasən 1860.51 manat əsas, cəmi 1860.51 manat borcu, xx.xx.2022-ci il tarixli, BBUM5905304A125 saylı kredit müqaviləsinə əsasən isə 300.73 manat əsas, 48.6 manat faiz, cəmi 349.33 manat borcu vardır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrəsadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR6764267A123 saylı kredit müqaviləsinə əsasən illik 21 faiz dərəcəsi ilə 35 ay müddətinə 7500 manat və xx.xx.2022-ci il tarixli, BBUM5905304A125 saylı kredit müqaviləsinə əsasən illik 25 faiz dərəcəsi ilə 59 ay müddətinə 450 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, GTKR6764267A123 saylı kredit müqaviləsi üzrə kreditin təminatı kimi isə həmin kredit müqaviləsinin 3-cü bəndinə əsasən zamin şəxs Baxşiyev Etibar Bəxşi oğlu kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdehlər müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışlar. Göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Baxşiyev Etibar Bəxşi oğlu xx.xx.2022ci il tarixli, GTKR6764267A123 saylı kredit müqaviləsi üzrə, həmçinin Cavabdeh2 xx.xx.2022-ci il tarixli, BBUM5905304A125 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişlər, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər. Bununla da müqavilələrin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tam əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Baxşiyev Etibar Bəxşi oğlundan müştərək qaydada xx.xx.2022-ci il tarixli, GTKR6764267A123 saylı kredit müqaviləsinə əsasən 1860.51 manat əsas, cəmi 1860.51 manat məbləğində borc, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, BBUM5905304A125 saylı kredit müqaviləsinə əsasən 300.73 manat əsas, 48.6 manat faiz, cəmi 349.33 manat məbləğində borc və 42.1 manat manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-1352/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1352/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver