Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1464/2024 01.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı QSC BOKT-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC BOKT-in Cavabdeh qarşı kredit müqaviləsi üzrə «borc» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2229.71 manat əsas borc, 854.69 manat faiz borcu olmaqla, cəmi 3084.44 (üç min səxsən dörd, qırx dörd) manat borc məbləğin və ödənilmiş 50.84 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC BOKT-na keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Kərimov Kərim Almirzə oğluna qarşı 3084.40 (üç min səksən dörd manat qırx qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ da 28 avqust 2017-ci il tarixli S-AVK-LEN-6 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC BOKT-na təhvil verilmişdir. "xxxx" ASC-nin Lənkəran filialı ilə cavabdeh Kərimov Kərim Almirzə oğlu arasında bağlanmış 07 dekabr 2011-ci il tarixli 1536 saylı kredit müqaviləsinə əsasən cavabdeh Kərimov Kərim Almirzə oğluna 36 ay müddətinə illik 24%-lə 5500 (beş min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Lənkəran filialı ilə ipotekaqoyan Kərimov Kərim Almirzə oğlu arasında 07 dekabr 2011-ci il tarixli 1536 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə cavabdeh Kərimov Kərim Almirzə oğlu tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Azərbaycan Respublikası Masallı rayon İcra Hakimiyyəti Başçısının Gəyəçöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 aprel 2023-cü il tarixli, 5-66-7/2-23/2023 saylı arayışına əsasən Kərimov Kərim Almirzə oğlu xx.xx.2012-ci il tarixdə vəfat etdikdən sonra onun həyat yoldaşı Cavabdeh onun hüquqi varisi olmuşdur. X3 Almirzə oğlu ilə İddiaçı QSC BOKT arasında bağlanmış 07 dekabr 2011-ci il tarixli 1536 saylı kredit müqaviləsi üzrə ödənilmiş əsas borcu 2229.71 manat, faiz borcu 854.69 manat olmaqla, cəmi borcu 3084.44 manat təşkil edir. İddiaçı QSC BOKT-in nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək göstərdi ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015ci il tarixli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC BOKT-na keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ASC-in Kərimov Kərim Almirzə oğluna qarşı 3084.40 manat məbləğində problemli borcu üzrə tələb hüququ da 28 avqust 2017-ci il tarixli 6 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC BOKT-na təhvil verilmişdir. "xxxx" ASC-nin Lənkəran filialı ilə cavabdeh Kərimov Kərim Almirzə oğlu arasında bağlanmış 7 dekabr 2011-ci il tarixli 1536 saylı kredit müqaviləsinə əsasən cavabdeh Kərimov Kərim Almirzə oğluna 36 ay müddətinə illik 24 %-lə 5500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Lənkəran filialı ilə ipotekaqoyan Kərimov Kərim Almirzə oğlu arasında 7 dekabr 2011-ci il tarixli 1536 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə cavabdeh Kərimov Kərim Almirzə oğlu tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Masallı rayon İcra Hakimiyyəti Başçısının Gəyəçöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 aprel 2023-cü il tarixli arayışına əsasən Kərimov Kərim Almirzə oğlu xx.xx.2012-ci il tarixdə vəfat etdikdən sonra onun həyat yoldaşı Cavabdeh onun hüquqi varisi olmuşdur. Ona görə də, Cavabdeh 2229.71 manat əsas borc, 854.69 manat faiz borcu olmaqla, cəmi 3084.44 manat borc məbləğin və ödənilmiş 50.84 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, iddia tələbi ilə razı deyildir. Belə ki, iddia tələbində X3 Almirzə oğlu ilə "xxxx" ASC-nin Lənkəran filialı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 1536 saylı kredit müqaviləsinə əsasən Kərimov Kərim Almirzə oğluna 36 ay müddətinə illik 24%-lə 5500 (beş min beş yüz) manat məbləğində kredit verilməsi, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi "xxxx" ASC-nin Lənkəran filialı ilə ipoteka qoyan Kərimov Kərim Almirzə oğlu arasında xx.xx.2011-ci il tarixli, 1536 saylı ipoteka müqaviləsi bağlanması, kredit müqaviləsinin şərtlərinə cavabdeh olan Kərimov Kərim Almirzə oğlunun kredit müqaviləsi şərtlərinə əməl etməməsi, onun tərəfindən kreditin və ona hesablanmış faizlərin ödənilməməsi, Kərimov Kərim Almirzə oğlunun xx.xx.2012-ci il tarixdə vəfat etməsi, Masallı rayon İcra Hakimiyyəti başçısının Göyəçöl kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-66-7/2-23/2023 saylı arayışına əsasən xx.xx.2012-ci il tarixdə vəfat etmiş Kərimov Kərim Almirzə oğlunun hüquqi varisinin həyat yoldaşı yəni, onun Cavabdeh olması, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququnun müqvilə əsasında "xxxx" QSC BOKT-na keçməsi, X3 Almirzə oğlu ilə "xxxx" QSC BOKT arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 1536 saylı kredit müqviləsi üzrə ödənilməmiş əsas borc 2229,71 manat, faiz borcu 854,69 manat, cəmi borcun 3084,44 (üç min səksən dörd manat, qırx dörd qəpik) manat təşkil etdiyini, həmin məbləğin və 50,84 manat ödənilmiş dövlət rüsumunun ondan yəni, Cavabdeh alınaraq "xxxx" QSC BOKT-na ödənilməsi barədə qətnamə qəbul edilməsini göstərmişdir. İddiaçı tələbində, onu hüquqi varis kimi cavabdeh qismində göstərsədə, mərhum şəxsin vəfatından sonra vərəsəlik işinin açılıb-açılmaması barədə, vərəsələrin dairəsinin müəyyənləşdirilməsi barədə, bu hallar mövcudsa da belə mərhumun vəfatından sonra onun vərəsəlik hüququ haqqında şəhadətnamə alıb almamağı və ya həmin şəhadətnamənin ona verilib verilməməsi barədə hər hansı bir dəlil-sübut göstərməmişdir. Həmçinin iddiaçı tələbində borclunun xx.xx.2012ci il tarixdə vəfat etdiyini göstərsə də, mərhumun vəfatından 12 il sonra məhkəmədə iddia qaldırmış, iddia müddətinin hansı səbəbdən (üzürlü və üzrsüz) buraxıldığını göstərməmişdir. Hazırkı halda tələbkar tərəfindən iddia müddəti ötürüldüyündən maddi mənada iddia hüququ aradan qalxmış olsa da, prosessual mənada tələbkarın iddia hüququ saxlanılır, bu da şəxsə (fiziki və ya hüquqi şəxs olmaqla) iddia ilə məhkəməyə müraciət etmək haququnu aradan qaldırmır. Lakin məhkəmədə işə baxılarkən iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi yekun məhkəmə qərarı üçün xüsusi əhəmiyyət kəsb etdiyindən, bu hal qanunun tələblərinə uyğun olaraq məhkəmə tərəfindən diqqətə alınmalıdır. Odur ki, iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Masallı rayon İcra Hakimiyyəti Başçısının Gəyəçöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 aprel 2023-cü il tarixli, 5-66-7/2-23/2023 saylı arayışdan görünür ki, Masallı rayonu Gəyəçöl kənd qeydiyyatında olmuş və xx.xx.2012-ci il tarixdə vəfat etmiş Kərimov Kərim Almirzə oğlunun arvadı Cavabdeh ailə üzvi vardır. İş materiallarında olan 28 avqust 2017-ci il tarixli S-AVK-LEN-6 saylı təhvil-təslim Aktından görünür ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Kərimov Kərim Almirzə oğluna qarşı 3084.40 (üç min səksən dörd manat qırx qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ İddiaçı QSC BOKT-na təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC-nin Lənkəran filialı ilə cavabdeh Kərimov Kərim Almirzə oğlu arasında 07 dekabr 2011-ci il tarixli 1536 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcalana illik 36 ay müddətinə illik 24%-lə 5500 (beş min beş yüz) manat kredit verilmiş, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" ASC-in Lənkəran filialı ilə cavabdeh Kərimov Kərim Almirzə oğlu arasında bağlanmış 07 dekabr 2011-ci il tarixli 1536 saylı ipoteka müqaviləsindən görünür ki, “VAZ 21074 minik” markalı ** BO *** dövlət qeydiyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 7900 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC-in Lənkəran filialı ilə cavabdeh Kərimov Kərim Almirzə oğlu arasında qeyd edilən “VAZ 21074 minik” markalı avtomaşına (qeydiyyat nömrəsi: ** BO ***, tip: Sedan, buraxılış ili 2011, rəngi: qara metal) dair 07 dekabr 2011-ci il tarixli ipoteka müqaviləsi əsasında xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-də qeydə alınmış, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 028152 nömrəli çıxarış verilmişdir. İşin materiallarında olan AB N 465825 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2011-ci il olan, “VAZ 21074 minik” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Kərimov Kərim Almirzə oğludur. İşin materiallarında olan 19 iyun 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 02 mart 2012-ci ildə vəfat etmiş Kərimov Kərim Almirzə oğlunun vərəsəsi Masallı rayonu Gəyəçöl kəndində yaşayan arvadı Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak 2011-ci ildə zavoddan buraxılış VAZ-21074 markalı, mühərrik 9768824, ban XTA210740B3072031 olan, ** BO *** dövlət nişan nömrəli avtomaşından ibarətdir. Şəhadətnamə Lənkəran RQİB-5-də qeydiyyatdan keçrilmişdir. İşin materiallarından görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehə borcu ödəməsinə dair xəbərdarlıq məktubları, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlər göndərmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə Cavabdeh 08 may 2024-cü il tarixdə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlamış ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC-in Lənkəran filialı ilə Kərimov Kərim Almirzə oğlu arasında bağlanmış 07 dekabr 2011-ci il tarixli 1536 nömrəli kredit müqaviləsinin müddətinin sonu 07 dekabr 2014-cü ildir. Həmçinin, Kərimov Kərim Almirzə oğlu 02 mart 2012-ci il tarixdə vəfat etmiş və 19 iyun 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən arvadı Cavabdeh vərəsəsi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Yenə həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə dair iddia müddətinin tətbiqi ilə bağlı məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməsi olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi 07 dekabr 2011-ci il tarixdə 36 ay müddətinə bağlanılmış və müqavilənin icra müddəti 07 dekabr 2014-cü il tarixdə bitməsinə baxmayaraq İddiaçı QSC BOKT tərəfindən hazırki tələbi ilə bağlı iddia ərizəsi 05 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da iddiaçı təşkilat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən iddia müddətini ötürmüşdür. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən olunmuş və hazırkı müqavilə üzrə iddia müddətinin axımı müqavilənin icra müddəti bitdiyi tarixdən, yəni 07 dekabr 2014-cü ildən başlanılmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı təşkilat tərəfindən məhkəməyə müraciət olunan zaman iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia rədd edildiyindən iddiaçı təşkilat tərəfindən dövlət rüsumu kimi ödənilmiş 50.84 (əlli, səksən dörd) manat dövlət rüsumu İddiaçı QSC BOKT-yə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə «borc» tələbinə dair iddiası rədd edilsin. İddiaçı QSC BOKT tərəfindən ödənilmiş 50.84 (əlli, səksən dörd) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-1464/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1464/2024
01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver