Məhkəmə qərarları › İş №e-2(050)-149/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-149/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-149/2023 02.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin məhkəmələrlə iş şöbəsinin müdiri Azər Əmirov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 3093,32 manat, bundan 1567,10 manat əsas, 733,40 manat faiz, 576,78 manat cərimə, kredit müqaviləsi bitəndən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 216,04 manat faiz borcu və ödənilmiş 50,94 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan “DəmirBank“ ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli 15 dekabr 2014-cü il tarixli kredit kredit müqaviləsi üzrə şəxsi istehlak məqsədi ilə əsasən cavadehə 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 3850 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 400006303/ZM nömrəli 15 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə sasən fazilərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclarının öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticsəində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmsə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 27 may 2015-ci il tarixli əlavə sazişlərə əsasən kreditin qalıq məbləği 3566,52 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 27 oktyabr 2018-ci il tarixinədək uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 28 dekabr 2016-cı il tarixli əlavə sazişlərə əsasən kreditorun borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2532,14 ABŞ dolları əsasən borc, 452,79 ABŞ dolları faiz, 0 ABŞ dolları cərimə olmaqla, cəmi 2984,93 ABŞ dolları təşkil edən kredit qalığı qalığ məbləği konvertasiya edilməklə (1 USD=1,40 AZN) 4180 manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunması, habelə **********139 saylı 23 avqust 2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə 14 dekabr 2018-ci il tarixdə 145 ABŞ dolları məbləğində ödəniş etmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halkbuki, cavabdehlər ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 05 sentyabr 2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 3093,32 manat təşkil edir, bundan 1567,10 manat əsas, 733,40 manat faiz, 576,78 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 216,04 manat faiz borcu təşkil edir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, İddiaçı ASC-dən 15 dekabr 2014-cü il tarixdə kredit götürmüş və 27 may 2015-ci il tarixli sazişlərə əsasən kreditin qalıq məbləği 3566,52 ABŞ dolları müəyyən edilmişdir. Sonra o, kredit ödənişlərini vaxtı-vaxtında ödəmiş, gecikməsi olmamışdır. Daha sonra restrukzasiya olunduğundan bank tərəfindən ona pul qaytarılmışdır. Hesab edir ki, ondan tələb edilən faiz və cərimə məbləği əsassızdır. O, yalnız əsas məbləği ödəmək iqtidarındadır. Maddi imkanın olmadığını, ailədə tək işlədiyini nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını hər tərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş: 15 dekabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh2 24 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə, 3850 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli, 400006303/ZM saylı zaminlik müqaviləsindən görünür ki, zamin 15 dekabr 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh2 bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 15 dekabr 2015-ci il tarixli, R-329 nömrəli əlavə sazişdən görünür ki, 27 may 2015-ci il tarixli, ********* kredit müqaviləsinə dəyişiklik olmuş və kreditin qalıq məbləği 3566,52 ABŞ dolları müəyyən edilərək müqavilənin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 dekabr 2015-ci il tarixli, R-329 nömrəli əlavə sazişdən görünür ki, zamin Cavabdeh1 kredit müqaviləsinin müddətinin uzadılmasına dair şərtləri qəbul etmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 28 dekabr 2016-cı il tarixli, 70177945-23 nömrəli əlavə sazişdən görünür ki, 15 dekabr 2014-cü il tarixli, ********* kredit müqaviləsinə dəyişiklik olmuş və kreditin qalıq məbləği konvertasiya edildikdən sonra 4180 manat müəyyən edilərək müqavilənin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2016-cı il tarixli, 70177945-23 nömrəli əlavə sazişdən görünür ki, zamin Cavabdeh1 kredit müqaviləsinin müddətinin uzadılmasına dair şərtləri qəbul etmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilən xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 müqavilə müddətində, yəni xx.xx.2016-cı ilxx.xx.2019-cu illər üzrə banka olan borcu 1567,10 manat əsas, 733,40 manat faiz, 576,78 manat cərimə, kredit müqaviləsi bitəndən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 216,04 manat faiz borcu olmaqla, cəmi 3093,32 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə işdə olan sübutlarla Cavabdeh2 "xxxx" ASC ilə bağladığı 15 dekabr 2014cü il tarixli, ********* saylı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya müqavilə müddətinin sonuna əsas borc qismində 1567,10 manat əsas, 733,40 manat faiz, 576,78 manat cərimə, kredit müqaviləsi bitəndən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 216,04 manat faiz borcu olmaqla, cəmi 3093,32 manat məbləğində borcunun yaranması təsdiq olunur. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 50 manat məbləğində saxlanılmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh2 15 dekabr 2014-cü il tarixli, ********* saylı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1567,10 manat əsas, 733,40 manat faiz, 50 manat cərimə, kredit müqaviləsi bitəndən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 216,04 manat faiz borcu borcu olmaqla, cəmi 2566.54 manat məbləğində pul vəsaitini iddiaçı təşkilatın xeyrinə ödəməlidir. Məhkəmə digər Cavabdeh1 münasibətdə qeyd edir ki, öhdəlikləri zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 28 dekabr 2019-cu il tarixdə başa çatmış, lakin kreditor olaraq iddiaçı 18 noyabr 2022-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh1 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən iddiaçı təşkilat tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 1567,10 manat əsas, 733,40 manat faiz, 50 manat cərimə, kredit müqaviləsi bitəndən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 216,04 manat faiz borcu olmaqla, cəmi 2566 (iki min beş yüz altmış altı) manat 54 qəpik məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar