Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-1521/2025 14.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı TBC KREDİT Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı TBC KREDİT Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olduqdan sonra iddiaçının nümayəndəsi X1 xx.xx.2025-ci li tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmadan və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. MPM-in 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC-nin “ASAN ödəniş” sistemi vasitəsi ilə ödənilmiş (09 aprel 2025-ci il tarixli, mədaxil qəbz nömrəsi **********), 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü, 263, 264 maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı TBC KREDİT Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi və ona əlavə еdilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş (09 aprel 2025-ci il tarixli, mədaxil qəbz nömrəli **********), 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC-yə qaytarılsın. Qərardaddan 10 gün müddətində (elektron məhkəmə sistemi vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-1521/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-1521/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver