Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1556/2023 15.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək Cavabdeh 998.24 manat əsas borc, 211.46 manat faiz borcu, 12.38 manat cərimə borcu, ümumlikdə 1222.08 manat borcun və 32.63 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" KB ASC-nin hesabına ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 8191sXRD/20 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən "Bank" borcalana illik 29 faiz olmaq şərti ilə 60 ay müddətinə kredit ayırır. Kreditin ilkin limiti 300 AZN təyin edilir. Bank borcalana bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Kredit xəttindən istifadəyə görə minimum 1 faiz maksimum 6 faiz komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit xətti 36 ay müddətinə (kredit xəttindən istifadə müddəti), kredit xəttindən istifadə müddətində kredit üzrə hər ay minumum bu borclar ödənilməlidir; kredit xəttindən istifadəyə görə komissiya, hesablanmış faiz borcu, taksitli alış-verişlər üzrə cari ayın taksit borcu və kredit xəttindən nağdlaşdırılan məbləğin 5%-i (minimum 10 AZN). Kredit xəttinin müddəti bitdikdən sonra, növbəti ilk 12 ay müddətində 36-cı ay müddətinə təsadüf edən kredit xəttindən istifadə olunan məbləğin 5%-i, taksitli alış-veriş üzrə taksit ödənişləri həyata keçirilir, növbəti 12 ay isə “Borcalan” tərəfindən qalıq borc məbləğinin ödənilməsi annuitet cədvəli əsasında (aylıq ödəniş məbləği minumum 20 AZN olmaq şərtilə) həyata keçirilir və bu zaman “Bank” bu müqavilə üzrə nəzərdə tutulmuş illik faiz dərəcəsini 40 faizədək artıra bilər. Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minumum 29%, maksimum 40% təşkil edir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 8191sXRD/20 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC cavabdehə illik 29 faiz olmaq şərti ilə 60 ay müddətinə kredit ayırır. Kreditin ilkin limiti 300 AZN təyin edilir. Bank borcalana bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 05 aprel 2023-cü il tarixinə kimi banka 998.24 manat əsas borc, 211.46 manat faiz borcu, 12.38 manat cərimə borcu, ümumlikdə 1222.08 manat borcu yaranmışdır. İşdə olan bildirişin surətindən görünür ki, ,"xxxx" KB ASC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki,"xxxx" KB ASC məhkəmədə iddia qaldırmaq üçün 32.63 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, habelə kredit müqaviləsinin qanuniliyini yoxlayaraq hesab edir ki, iş üzrə mübahisəli hal yoxdur, tərəflərin izahatlarının alınmasına zərurət yoxdur, ona görə də iddia təmin edilməlidir. Belə ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 8191sXRD/20 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən "Bank" borcalana illik 29 faiz olmaq şərti ilə 60 ay müddətinə kredit ayırır. Kreditin ilkin limiti 300 AZN təyin edilir. Bank borcalana bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir. Borclu üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, nəticədə banka 998.24 manat əsas borc, 211.46 manat faiz borcu, 12.38 manat cərimə borcu, ümumlikdə 1222.08 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, bankın hesabına ödənilməlidir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 998.24 manat əsas borc, 211.46 manat faiz borcu, 12.38 manat cərimə borcu, ümumlikdə 1222.08 manat borc və 32.63 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-1556/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1556/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver