Məhkəmə qərarları › İş №e-2(050)-1558/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1558/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1558/2025 14.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı - “SF AZERBAİJAN” bank olmayan kredit təşkilatı” MMC. Cavabdeh - Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: “SF AZERBAİJAN” bank olmayan kredit təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2023-cü il tarixli **********002 nömrəli mikro kredit müqaviləsi. Müqavilələrin predmeti - mikro kredit müqaviləsi. “SF AZERBAİJAN” bank olmayan kredit təşkilatı” MMC ilə İddiaçı ASC arasında imzalanan R2712/23 nömrəli, 27 dekabr 2023-cü il tarixli Tələb hüququnun satılması müqaviləsi. Tələb olunan məbləğ: 04 iyul 2023-cü il tarixli mikro kredit müqaviləsi üzrə 350 manat əsas borc, 17,50 manat faiz borcu, 42 manat xidmət haqqı, 290,50 manat cərimə. Ümumilikdə tələb olunan məbləğ: 700 manat borc və 30 manat dövlət rüsumu. Sübutlar: Mikro kredit müqaviləsi, tələb hüququnun satılması müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh 04 iyul 2023-cü il tarixli mikro kredit müqaviləsi əsasında “SF AZERBAİJAN” bank olmayan kredit təşkilatı” MMC-dən müvafiq məbləğdə kredit almış, lakin, o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. “SF AZERBAİJAN” bank olmayan kredit təşkilatı” MMC ilə İddiaçı ASC arasında imzalanan R2712/23 nömrəli, 27 dekabr 2023-cü il tarixli Tələb hüququnun satılması müqaviləsinə əsasən “SF AZERBAİJAN” bank olmayan kredit təşkilatı” MMC-nin Cavabdeh qarşı tələb hüququ İddiaçı ASC-nə güzəşt edilmişdir. Bu barədə borcluya bildiriş verilmişdir. Lakin borclu borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödəməmişdir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 04 iyul 2023-cü il tarixli **********002 saylı tarixli mirko kredit müqaviləsi üzrə 350 manat əsas borc, 17,50 manat faiz borcu, 42 manat xidmət haqqı, 20 manat cərimə, ümumilikdə 429,50 (dörd yüz iyirmi doqquz manat əlli qəpik) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar