Məhkəmə qərarları › İş №e-2(050)-1560/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1560/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1560/2025 19.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 (bundan sonra-cavabdehlər) qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı ASC Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə qaydada İddiaçı ASC-nin xeyrinə 21943.19 manat məbləğində əsas borcun, 2563.96 manat məbləğində faiz borcunun, 943.7 manat məbləğində cərimə borcunun cəmi 25450.85 manat borcun və 169 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı ASC-nin nümayəndəsi X1 ərizə ilə müraciət edərək ərizədə göstərmişdir ki, iş üzrə zamin Cavabdeh1 xx.xx.2025-ci il tarixdə vəfat etməsi barədə məlumat aldıqlarından AR MPM-in 53-cü maddəsinin tələbini rəhbər tutaraq iddianın predmetini dəqiqləşdirərək, iddia tələbinə ona münasibətdə baxılmamasını və yalnız cavabdehlər Cavabdeh3 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 21943.19 manat məbləğində əsas borcun, 2563.96 manat məbləğində faiz borcunun, 943.7 manat məbləğində cərimə borcunun cəmi 25450.85 manat borcun və 169 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunur. İddiaçının dəlilləri: İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizlərini banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu Cavabdeh1 və Cavabdeh2 (zamin) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh3 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh3na aid bütün öhdəlikləri icrа еtməlidirlər. İddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsnin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərin mövqeyi: Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək bildirmişdir ki, arvadı Cavabdeh3 tərəfindən bankdan kredit götürülmüşdür. İşlərində problemlər olduğundan borclarını ödəyə bilməmişlər. Kredit müqaviləsi üzrə zamin olmuşdur. İddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşır, lakin cərimə borcu ilə razılaşmayaraq, qətnamə çıxarılarkən cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında Cavabdeh3 iddianı qismən qəbul edərək bildirmişdir ki, bankdan kredit götürmüşdür. İşlərində problemlər olduğundan borclarını ödəyə bilməmişlər. Kredit müqaviləsi üzrə əsas borclu olmuşdur. Sonda Cavabdeh3 qətnamə qəbul edilərkən cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarına olan: Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK/02543/92/10 saylı kredit sazişi müqaviləsindən görünür ki, kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh3 36 ay müddətinə, illik 24% olmaqla 30.000 manat məbləğində kredit vermişdir. xx.xx.2023-cü il tarixli, MK/02543/92/10 saylı Kredit sazişinə əsasən Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 21943.19 manat əsas, 2563.96 manat faiz, 943.7 manat cərimə borcu var. İş materiallarına əlavə edilmiş bildirişin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 bildiriş göndərilməklə banka olan kredit borcunu qaytarmadığı halda yaranmış borcun tam şəkildə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 169 manat dövlət rüsumu ödənilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 25 mart 2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK/02543/92/10 saylı kredit sazişi müqaviləsinə əsasən 36 ay müddətinə, illik 24% olmaqla 30.000 manat məbləğində ona kredit vermiş, kredit öhdəliyinin təminatı kimi Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanaraq onların birgə məsuliyyəti müəyyən edilmişdir. Bank tərəfindən zamin Cavabdeh1 öldükdən sonra ona və digər cavabdehlərə qarşı iddia qaldırılmışdır. Məhkəmə baxış iclasında iddiaçı dəqiqləşdirmə ərizəsi təqdim edərək, Cavabdeh1 ölməsi səbəbindən ona münasibətdə iddia tələbinə qiymət verilməmisini xahiş etmişdir. Digər cavabdehlər iddia tələbini qismən qəbul edərək əsas və faiz borcu ilə razılaşdıqlarını, lakin cərimə məbləği ilə razı olmadıqlarını bildirmişdilər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh3 xx.xx.2023-cü il tarixli, MK/02543/92/10 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh3 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, məhkəmə nəzərə alır ki, əsas kredit öhdəliyi üzrə zamin durmuş Cavabdeh2 münasibətdə də iddia qanuni və əsaslıdır. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 21943.19 manat əsas borca münasibətdə cərimə pulu tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehlərdən 188 manat həcmində tutulmasını daha ədalətli hesab edir. Beləliklə cavabdehlər Cavabdeh3 və və Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəlik şərtlərini pozaraq, öhdəliyini layiqincə yerinə yetirməmişlər, bu səbəblə də iddia tələbi qismən əsaslıdır və Cavabdeh3 və və Cavabdeh2 əsas kredit borc üzrə 21943.19 manat əsas, 2563.96 manat faiz və 188 manat cərimə, ümumilikdə 24695.15 manat kredit borcu İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 169 manat məbləğində pul vəsaitinin 164.08 manat məbləğində hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, 4.92 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 21943.19 manat əsas, 2563.96 manat faiz və 188 manat cərimə, ümumilikdə 24695.15 manat və iddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 169 manat məbləğində pul vəsaitinin 164.08 manat məbləğində hissəsi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar