Məhkəmə qərarları › İş №e-2(050)-157/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-157/2025

09.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-157/2025 09.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 5000 manat zərər məbləğinin və ödənilmiş 70 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 16:30 radələrində Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil, “QAZ 33021” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi Pajero” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobillər ilə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. “Hyundai Sonata” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Qiymətləndirmə aktlarına əsasən, “Ford Transit” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1855 manat, “QAZ 33021” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 130 manat və “Mitsubishi Pajero” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11790 manat məbləğlərində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən, zərərin məbləği olaraq 4279.49 manat sığorta ödənişi iddiaçı tərəfindən X5, xx.xx.2023-cü il tarixli ödəniş sənədlərinə əsasən, 47.19 manat X3, 673.32 manat X4 bank hesabına ödənilmişdir. Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və onun əsasında tərtib edilmiş YNH-nin təfərrüatları barədə arayışından göründüyü kimi, Nəbiyev X6 Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) və 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkəta hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasını) maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. "İcbari sığortalar haqqında" AR Qanunun 63.1-ci maddəsinə əsasən, həmin qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasinin Qanununun 23.1.6-cı maddəsində sığortaçının hüquqlarından biri kimi sığorta ödənişini verdikdən sonra müvafıq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiva hüququndan istifadə etmək hüququ qeyd edilir. Odur ki, məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi ərizə il məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: PXA ********** nömrəli sığorta müqaviləsindən görünür ki, “Hyundai Sonata” minik markalı, **-TT-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. PXA 130594 nömrəli, PXA 130595 nömrəli və PXA 130596 nömrəli sığorta aktlarından görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil, “QAZ 33021” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi Pajero” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobillər ilə toqquşmuş, nəticədə “QAZ 33021” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 130 manat, “Mitsubishi Pajero” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11790 manat və “Ford Transit” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1855 manat məbləğlərində maddi ziyan dəymişdir. “AutoBox” servis mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində “Ford Transit” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1855 manat, “QAZ 33021” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 130 manat və “Mitsubishi Pajero” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11790 manat məbləğlərində dəymiş zərər müəyyən olunmuşdur. Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və onun əsasında tərtib edilmiş YNH-nin təfərrüatları barədə arayışından görünür ki, Nəbiyev X6 Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) və 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkəta hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasını) maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, zərərin məbləği olaraq "xxxx" ASC tərəfindən 4279.49 manat sığorta ödənişi X1 hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli kart hesabından çıxarışlardan görünür ki, zərərin məbləği olaraq "xxxx" ASC tərəfindən 47.19 manat X2, 673.32 manat X4 bank hesabına ödənilmişdir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə avtomobillərlə toqquşaraq yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində Xalq Sığorta” ASC tərəfindən “QAZ 33021” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 47.19 manat sığorta ödənişi X2, “Ford Transit” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 673.32 manat sığorta ödənişi X4 və “Mitsubishi Pajero” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 4279.49 manat sığorta ödənişi X1 hesabına ödənilməklə, ümumilikdə 5000 manat pul ödənilmişdir. Cavabdehin hadisə yerindən yayınması tərtib edilmiş protokolla öz təsdiqini tapmışdır. Cavabdeh iddia tələbinə hər hansı formada etirazını bildirməmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 23.1.6.-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Qeyd edilən qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1. və 936.2.-ci maddələrinə müvafiq olaraq “Subroqasiya hüququ” həmin Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azırbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilərək, 5000 manat sığorta ödənişi və 70 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə avtoqəza törətməsi nəticəsində vurulmuş zərərə görə ödənilmiş 5000 manat sığorta ödənişi və 70 manat dövlət rüsumu ondan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar