Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-159/2024 13.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 yanvar 2023-cü il tarixli, YSLMB-09547 saylı kredit müqaviləsi üzrə 6061.28 manat əsas, 444.55 manat faiz, 1232.79 manat cərimə, cəmi 7738.62 manat və dövlət rüsumu kimi ödənilmiş 97.39 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh məxsus girov qoyulmuş 5 ədəd 42.7 qram 880 əyarlı 10-luq, 4 ədəd 17 qram 880 əyarlı 5-lik, 1 ədəd 7.9 qram 750 əyarlı kolye (silsilə), 1 ədəd 8 qram 583 əyarlı kolye, 1 ədəd 16.9 qram 583 əyarlı tros sep, 3 ədəd 13.5 qram 583 əyarlı qolbaq, 1 ədəd 15 qram 583 əyarlı saat, 2 ədəd 16.5 qram 583 əyarlı komplekt, 1 ədəd 4.5 qram 583 əyarlı sırğa, 2 ədəd 4 qram 583 əyarlı üzükdən ibarət qızıl-zinyət əşyalarına yönəldilməsi, əmlakların hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına cavabdehin kredit müqaviləsi üzrə 7738.62 manat və dövlət rüsumu kimi ödənilmiş 97.39 manat pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli, YSLMB-09547 saylı kredit müqaviləsinə əsasən illik 25 % dərəcəsi olmaqla 12 ay müddətinə 9808 manat məbləğində cavabdehə kredit verilmişdir. 27 yanvar 2023-cü il tarixli, YSLMB-09547 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir Bu barədə cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən cavabdehin 27 yanvar 2023-cü il tarixli, YSLMB-09547 saylı kredit müqaviləsi üzrə 6061.28 manat əsas, 444.55 manat faiz, 1232.79 manat cərimə, cəmi 7738.62 manat borcu var. 27 yanvar 2023-cü il tarixli, YSLMB-09547 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehə məxsus olan qızıl-zinət əşyaları 27 yanvar 2023-cü il tarixli, YSLMB-09547 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 27 yanvar 2023-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Yasamal” filialına saxlanca verilmiş və 5 ədəd 42.7 qram 880 əyarlı 10-luq, 4 ədəd 17 qram 880 əyarlı 5-lik, 1 ədəd 7.9 qram 750 əyarlı kolye (silsilə), 1 ədəd 8 qram 583 əyarlı kolye, 1 ədəd 16.9 qram 583 əyarlı tros sep, 3 ədəd 13.5 qram 583 əyarlı qolbaq, 1 ədəd 15 qram 583 əyarlı saat, 2 ədəd 16.5 qram 583 əyarlı komplekt, 1 ədəd 4.5 qram 583 əyarlı sırğa, 2 ədəd 4 qram 583 əyarlı üzükdən ibarətdir. Tərəflər arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli, YSLMB-09547 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə elektron qayada məhkəməyə ərizə ilə müraciət edərək iştirakı olmadan işə baxılaraq iddianın təmin olunması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. İş materiallarında olan 27 yanvar 2023-cü il tarixli, YSLMB-09547 saylı kredit müqaviləsindən və xx.xx.2023-cü il traixli, kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı ASC-nin Yasam filialından illik 25 % dərəcəsi olmaqla 12 ay müddətinə 9808 manat istehlak krediti götürmüşdür. Müqavilə ilə cavabdeh müəyyən olunan şərtlərlə əsas borcu, faizləri və gecikmə olduğu halda cərimə (penya) ödəməyi öhdəsinə götürmüşdür. 27 yanvar 2023-cü il tarixli, YSLMB-09547 saylı saxlanc girovu haqqında müqavilədən görünür ki, kredit məbləğinin təminatı olaraq Cavabdeh məxsus 5 ədəd 42.7 qram 880 əyarlı 10-luq, 4 ədəd 17 qram 880 əyarlı 5-lik, 1 ədəd 7.9 qram 750 əyarlı kolye (silsilə), 1 ədəd 8 qram 583 əyarlı kolye, 1 ədəd 16.9 qram 583 əyarlı tros sep, 3 ədəd 13.5 qram 583 əyarlı qolbaq, 1 ədəd 15 qram 583 əyarlı saat, 2 ədəd 16.5 qram 583 əyarlı komplekt, 1 ədəd 4.5 qram 583 əyarlı sırğa, 2 ədəd 4 qram 583 əyarlı üzükdən ibarət qızılzinyət əşyaları girov qoyulmuşdur. Müqavilənin 5.8-ci bəndinə əsasən girov saxlayan girova tutmanın yönəldilməsi üsulunu sekməkdə sərbəstdir, girov qoyan buna dair pretenziya irəli sürə bilməz. 27 yanvar 2023-cü il tarixli, YSLMB-09547 saylı saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktdan görünür ki, 5 ədəd 42.7 qram 880 əyarlı 10-luq - 3714.9 manat, 4 ədəd 17 qram 880 əyarlı 5-lik - 1479 manat, 1 ədəd 7.9 qram 750 əyarlı kolye (silsilə) - 584.6 manat, 1 ədəd 8 qram 583 əyarlı kolye - 464 manat, 1 ədəd 16.9 qram 583 əyarlı tros sep - 980 manat, 3 ədəd 13.5 qram 583 əyarlı qolbaq - 783 manat, 1 ədəd 15 qram 583 əyarlı saat - 870 manat, 2 ədəd 16.5 qram 583 əyarlı komplekt - 957 manat, 1 ədəd 4.5 qram 583 əyarlı sırğa - 261 manat, 2 ədəd 4 qram 583 əyarlı üzük - 232 manat dəyərində qiymətləndirilmiş və saxlanca verilmişdir. 11 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27 yanvar 2023-cü il tarixli, YSLMB-09547 saylı kredit müqaviləsi üzrə 10 oktyabr 2023-cü il tarixə 6061.28 manat əsas, 444.55 manat faiz, 1232.79 manat cərimə, cəmi 7738.62 manat borcu yaranmışdır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC cavabdehə banka olan kredit borcunu ödəmədiyi halda məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq etmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırılması üçün 97.39 manat dövlət rüsumu ödəmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin, eləcə də tərəflər arasında bağlanmış kredit və girov müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüququndan irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Bu mənada öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməyi dayandırmışdır. Eyni zamanda Mülki Məcəllənin müddəalarına əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur (maddə 269.5). Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər (maddə 295). Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir (maddə 296.1). Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir (maddə 299.1). “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa əssaən yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər (maddə 16.1). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə girov predmeti olan qızıl-zinət əşyalarına tutma yönəldilərək, həmin əmlaklar hərracda (açıq auksionda) satılmalıdır. Məhkəmə ödənilmli olan pul məbləğini müzakirə edərək qeyd edir ki, 11 oktyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh 27 yanvar 2023-cü il tarixli, YSLMB- 09547 saylı kredit müqaviləsi üzrə 10 oktyabr 2023-cü il tarixə borcu 6061.28 manat əsas, 444.55 manat faiz təşkil edir. Əsas və faiz borcu əsaslı hesab olunmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır (467). Məhkəmə cavabdehin əmlak vəziyyətini, borcdan müəyyən qədər ödənişlər etməsini dəbbə pulunun azaldılmasına əsas kimi qəbul edir. Məhkəmə hesab edir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirir, eyni zamanda həmin məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 1232.79 manat məbləğində dəbbə pulu azaldılaraq 123.28 manat müəyyən edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı ASC məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 97.39 manat məbləğində pul vəsaitinin 86.3 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 11.09 manatı isə iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli, YSLMB-09547 saylı kredit müqaviləsi üzrə yaranmış 6061.28 manat əsas, 444.55 manat faiz, 123.28 manat cərimə, cəmi 6629.11 manat məbləğində kredit borcu Cavabdeh tutulsun. Tutma İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli, YSLMB-09547 saylı saxlanc girovu haqqında müqavilədəyə əsasən girov qoyulmuş Cavabdeh mülkiyyətində olan 5 ədəd 42.7 qram 880 əyarlı 10-luq, 4 ədəd 17 qram 880 əyarlı 5-lik, 1 ədəd 7.9 qram 750 əyarlı kolye (silsilə), 1 ədəd 8 qram 583 əyarlı kolye, 1 ədəd 16.9 qram 583 əyarlı tros sep, 3 ədəd 13.5 qram 583 əyarlı qolbaq, 1 ədəd 15 qram 583 əyarlı saat, 2 ədəd 16.5 qram 583 əyarlı komplekt, 1 ədəd 4.5 qram 583 əyarlı sırğa, 2 ədəd 4 qram 583 əyarlı üzükdən ibarət qızıl-zinyət əşyalarına yönəldilsin. Qızıl-zinyət əşyaları hərracda (açıq auksionda) satılsın və onların satışından əldə olunan vəsait hesabına kredit borcu ödənilsin. Qızıl-zinyət əşyalarının satışından əldə olunmuş pul vəsaiti kifayət etməzsə, qalan məbləğ Cavabdeh tutulsun. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş 97.39 manat məbləğində pul vəsaitinin 86.3 manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №e-2(050)-159/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-159/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver