Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1598/2025 06.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və təhvil verilməsi barədə iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Masallı rayonu, X6 küçəsi, ev 28 ünvanında yerləşən, ümumi sahəsi 263.4 kv.m olan fərdi yaşayış evini və X6 küçəsi, ev 28 ünvanında yerləşən, ümumi sahəsi 0.07 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixində, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmişdir) bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Masallı rayonu, X6 küçəsi, ev 28 ünvanında yerləşən, ümumi sahəsi 263.4 kv.m olan fərdi yaşayış evini və X6 küçəsi, ev 28 ünvanında yerləşən, ümumi sahəsi 0.07 ha torpaq sahəsinin alıcı Cavabdeh 22100 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 4500 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 17600 manat məbləği isə xx.xx.2024-cü il tarixinədək hər 2 aydan bir 1400 manat olmaqla 11 dəfə və sonuncu dəfə 2200 manat olmaqla ödəniş etməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 19100 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən həmin əmlaka dair xx.xx.2021-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın **********74-10301 reyestr nömrəli elektron çıxarış verilmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2024-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı QSC mülkiyyətində olan Masallı rayonu, X6 küçəsi, ev 28 ünvanında yerləşən, ümumi sahəsi 263.4 kv.m olan fərdi yaşayış evini və X6 küçəsi, ev 28 ünvanında yerləşən, ümumi sahəsi 0.07 ha torpaq sahəsini Cavabdeh ilkin olaraq 4500 manat vəsaitin İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə, qalan 17600 manat məbləği isə xx.xx.2024-cü il tarixinədək hər 2 aydan bir 1400 manat olmaqla 11 dəfə və sonuncu dəfə 2200 manat olmaqla satmışdır. xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən müqaviləyə dəyişiklik və əlavələr olunması yaxud ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Qeydiyyat tarixi və nömrəsi: xx.xx.2021; **********; reyestr nömrəsi **********74-10301 olan çıxarışdan görünür ki, Masallı rayonu, X6 küçəsi, ev 28 ünvanında yerləşən, ümumi sahəsi 263.4 kv.m olan fərdi yaşayış evi və X6 küçəsi, ev 28 ünvanında yerləşən, ümumi sahəsi 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ İddiaçı QSC-nin adına tam pay hüququ ilə qeydə alınmışdır. İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli, 104797 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Bank öhdəliyin icra edilməməsi səbəbindən müqavilənin ləğv edilməsinə dair təklif göndərmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə nisyə alğı-satqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqısına dair AN-İ № ******* saylı müqaviləyə əsasən bank mülkiyyətində olan Masallı rayonu, X6 küçəsi, ev 28 ünvanında yerləşən, ümumi sahəsi 263.4 kv.m olan fərdi yaşayış evini və X6 küçəsi, ev 28 ünvanında yerləşən, ümumi sahəsi 0.07 ha torpaq sahəsini ilkin olaraq 4500 manat vəsaitin İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə, qalan 17600 manat məbləği isə 17600 manat məbləği isə xx.xx.2024cü il tarixinədək hər 2 aydan bir 1400 manat olmaqla 11 dəfə və sonun dəfə 2200 manat olmaqla ödəniş etmək şərti ilə satmışdır. Alıcı Cavabdeh nisyə şəkildə aldığı daşınmaz əmlakın dəyərindən 19100 manat ödəniş edilmiş, qalan məbləğin ödənilməsini təmin etməmiş, bu səbəbdən də İddiaçı QSC xx.xx.2024-cü il tarixdə Cavabdeh öhdəliyin icra edilməməsi səbəbindən müqavilənin ləğv edilməsinə dair təklif göndərmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə nisyə alğı-satqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh iddiaçı bankın müraciətinə cavab vermədiyindən, müqavilə üzrə razılaşdırılmış ödənişlərin aparılmasını təmin etmədiyindən İddiaçı QSC xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Masallı rayonu, X6 küçəsi, ev 28 ünvanında yerləşən, ümumi sahəsi 263.4 kv.m olan fərdi yaşayış evinin və X6 küçəsi, ev 28 ünvanında yerləşən, ümumi sahəsi 0.07 ha torpaq sahəsinin boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC tərəfindən müqavilə öhdəliklərinə əməl edilməsinə baxmayaraq, cavabdehin həmin müqavilə üzrə öhdəliklərini icra etməməsi iddiaçı bankın hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd edilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı QSC Cavabdeh qarşı Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Masallı rayonu, X6 küçəsi, ev 28 ünvanında yerləşən, ümumi sahəsi 263.4 kv.m olan fərdi yaşayış evini və X6 küçəsi, ev 28 ünvanında yerləşən, ümumi sahəsi 0.07 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hazırkı iddia tələbində haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi, Masallı rayonu, X6 küçəsi, ev 28 ünvanında yerləşən, ümumi sahəsi 263.4 kv.m olan fərdi yaşayış evini və X6 küçəsi, ev 28 ünvanında yerləşən, ümumi sahəsi 0.07 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalı, əmlakın boşaldılmalı və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən İddiaçı QSC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Masallı rayonu, X6 küçəsi, ev 28 ünvanında yerləşən, ümumi sahəsi 263.4 kv.m olan fərdi yaşayış evi və X6 küçəsi, ev 28 ünvanında yerləşən, ümumi sahəsi 0.07 ha torpaq sahəsi boşaldılsın və "xxxx" QSC-yə təhvil verilsin. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
X5