Məhkəmə qərarları › İş №e-2(050)-162/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-162/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-162/2024 04.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə. İddiaçı LPO «Zaminbank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, fərdi yaşayış evindən çıxarılma tələbi barədə mülki işə, Masallı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO «Zaminbank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 20929.33 manat əsas, 10857.64 manat və iş üzrə ödənilmiş 186 manat dövlət rüsumunun Cavabdeh tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 30 saylı mənzilə yönəlməsi, -yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 136 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 144500 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 167/R saylı müqavilə əsasında Cavabdeh sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 30 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 30 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli, 136/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2023-cü il tarixə cəmi borcu 31786.97 manat təşkil edir. Bundan 20929.33 manat əsas, 10857.64 manat faiz borcu təşkil edir. İddiaçı LPO «Zaminbank” ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, 2011-ci ildə "xxxx" MTK ilə mənzil alınması ilə bağlı razılaşma əsasında Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən ümumi sahəsi 170 k olan, 4 otaqlı, 30 saylı mənzilinin hər kv. metri 850 manat dəyərləndirilməklə, ümumilikdə 144500 manat məbləğin ödənilməsini razılaşmışlar. Razılşma zamanı hər ay ödəniləcək məbləğ və ümumi ödəmə müddəti müəyyən edilmədiyindən tərəfindən "xxxx" MTK-nın rəhbərliyi tərəfindən ona bildirilmiş İddiaçı ASC-nin hesab nömrəsinə xx.xx.2011-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 20.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat və xx.xx.2015-ci il tarixində 10.000 manat, ümumilikdə 150.000 manat pul ödənilmişdir. Hesab edir ki, Cavabdeh əsas borcu tam ödəmişdir, yalnız faiz borcu qalmışdır, faiz borcu da çox hesablanmışdır. İddianın faiz tələbi hissəsində əsaslı olmasını bildirmiş, lakin faiz borcunun düzgün hesablanmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 24 okyabr 2011-ci il tarixli, 136 saylı krеdit müqaviləsindən görünür ki, Cavabdeh 180 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 144500 manat məbləğində kredit verilmişdir. 24 oktyabr 2011-ci il tarixli, 136/1 saylı ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 30 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. 28 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, ******************** saylı 24 oktyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə 20929 manat əsas borcu, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 10857 manat, müqavilənin tələbləri əsasında ümumi olaraq 31786 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli 2-1(81)-3620/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC-nin müflis elan edilmiş, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Bank qəbzindən görünür ki, LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə iddia qaldırılması üçün 186 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 11 mart 2024-cü il tarixli, 3-16-16/2-4/119 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, "xxxx" ASC lie Cavabdeh adlarıdan olan xx.xx.2011-ci il tarixli, 136 saylı kredit müqaviləsinin 1-2-ci vərəqlərinin aşağı sağ küncündəki imzalar və 3-cü vərəqində "Kreditor Cavabdeh" qrafasindaki imza və xx.xx.2011-ci il tarixli kassa məxaric orderində "Orderdə göstərilən məbləği aldım" qrafasındaki imza - Cavabdeh terefinden icra olunmuşdur. Əsilləri məhkəmə tərəfindən tədqiq edilmiş ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-nin hesab nömrəsinə xx.xx.2011-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 20.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat və xx.xx.2015-ci il tarixində 10.000 manat, ümumilikdə 150.000 manat pul ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən əsaslıdır. İşin faktiki hallarına və tədqiq olunmuş mötəbər və təkzibolunmaz sübutlara əsasən Zaminbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 136 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 144500 (manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 167/R saylı müqavilə əsasında Cavabdeh sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 30 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 30 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli, 136/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə Cavabdeh tərəfindən İddiaçı ASC-nin hesab nömrəsinə ödənilmiş, yəni xx.xx.2011-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 20.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat və xx.xx.2015-ci il tarixində 10.000 manat, ümumilikdə 150.000 manat pulun ödənilməsi barədə qəbzləri mötəbər sübut kimi qəbul edərək, işin faktiki hallarını təhlil edərək belə qənaətə gəlmişdir ki, tərəflər arasında kredit müqaviləsi üzrə son ödəniş müddəti 24 oktyabr 2026-cı il olsa da, Cavabdeh 25 oktyabr 2015-ci ildə artıq əsas borcu tamamilə geri qaytarmış və 144500 manat əsas borcdan əlavə olaraq 4500 ödəniş etmişdir. Belə olan halda, cavabdehdən tələb olunan 10857,64 manat faiz borcundan 4500 manat çıxılmalı, iddia faiz borcuna münasibətdə 5357,64 manat həcmində təmin olunmalıdır. Məhkəmə tələbin ipoteka ilə yüklü olan mənzilə yönəldilməsi və digər tələblərə münasibətdə qeyd edir ki, tərəflər arasında etibarlı ipoteka müqaviləsi bağlanmamışdır. Həmin müqavilə hüquqi nəticə yaratmadığı üçün, bunu davamı olaraq digər tələblərin hüquqi qiymətləndirilməsinə də zərurət yoxdur. Odur ki, ipoteka müqaviləsi və digər tələblərə münasibətdə də iddia əsassız hesab olunmalıdır. İddia əsaslı hesab olunan məbləğə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh 5367.64 manat faiz borcu və dövlət rüsumuna görə 73,58 manat tutularaq Ləğv prosesində olan «Zaminbank” ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektrin məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar