Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1706/2025 23.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 177.80 manat sığorta ödənişi, 30 manat dövlət rüsumu və 1 manat xidmət haqqının, cəmi 208.80 manat pulun müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 məxsus olan və hadisə zamanı Cavabdeh2 tərəfindən idarə edilən "xxxx" ASC-də (bundan sonra ASC) “icbari sığorta” qaydasında sığortalanmış, ** XA *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180 minik” markalı və X1 idarə etdiyi, ** LR *** dövlət nömrə nişanlı “X3 minik” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. ** XA *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180 minik” markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. Hadisə ilə əlaqədar zərər dəymiş ** LR *** dövlət nömrə nişanlı “X3 minik” markalı avtomobilin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində ** LR *** dövlət nömrə nişanlı “X3 minik” markalı avtomobilə 100 (bir yüz) manat məbləğində ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində ** LR *** dövlət nömrə nişanlı “X3 minik” markalı avtomobilə dəymiş zərərlə bağlı 100 (bir yüz) manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən ödənilmişdir. İştirakçılar arasında keçirilmiş nettinqin nəticələrinə əsasən ** LR *** dövlət nömrə nişanlı “X3 minik” markalı avtomobilə dəymiş ziyanın ödənilməsi üçün ASC-nin hesabından həmin avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari qaydada” sığortalamış "xxxx" ASC-nin xeyrinə 177.80 (bir yüz yetmiş yeddi manat, səksən qəpik) manat məbləğində vəsait tutulmuşdur. Cavabdeh2 qəza törədildikdən sonra hadisə yerindən yayındığından və bu hal inzibati tənbeh vermə haqqında qərarla təsdiqini tapdığından ona qarşı subraqsiya qaydasında ödənilmiş 177.80 manat pulun tələbi üzrə pretenziya məktubu göndərilmiş, lakin cavabdehlər tərəfindən ödənişlər edilmədiyindən bu barədə məhkəməyə müraciət edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdehlər Həsə Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, ** XA *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180 minik” markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və AR İXM-in 327.1-ci və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4) dan görünür ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt ** XA *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180 minik” markalı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. “İcbari Sığorta Bürosu” nun informasiya sistemindən çıxarışdan görünür ki, hadisə törədilən vaxt zərər dəymiş ** LR *** dövlət nömrə nişanlı “X3 minik” markalı avtomobilin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. "xxxx" ASC-nin zərər aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində ** LR *** dövlət nömrə nişanlı “X3 minik” markalı avtomobilə 100 (bir yüz) manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC-nin sığorta aktından və ödəniş tapşırığından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində ** LR *** dövlət nömrə nişanlı “X3 minik” markalı avtomobilə dəymiş zərərlə bağlı 100 (bir yüz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. xx.xx.2025-ci il tarixli subroqasiya tələblərinin reyestrindən görünür ki, iştirakçılar arasında keçirilmiş nettinqin nəticələrinə əsasən ** LR *** dövlət nömrə nişanlı “X3 minik” markalı avtomobilə dəymiş ziyanın ödənilməsi üçün ASC-nin hesabından həmin avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari qaydada” sığortalamış "xxxx" ASC-nin xeyrinə 177.80 (bir yüz yetmiş yeddi manat, səksən qəpik) manat məbləğində vəsait tutulmuşdur. xx.xx.2025-ci il tarixli, BS-S-25/0106 saylı pretenziya məktubundan görünür ki, cavabdehlərə mübahisənin nizama salınması üçün ASC tərəfindən pretenziya məktubu göndərilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Qeyd edilən qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1. və 936.2.-ci maddələrinə müvafiq olaraq “Subroqasiya hüququ” həmin Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş zərərə görə hesablanmış və ödənilmiş 100 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının sığorta ödənişindən əlavə tələb etdiyi 77.80 manatla bağlı qeyd edir ki, iddiaçı qeyd edilən məbləği cavabdehlərdən tələb etməkdə haqlı olmamışdır. Belə ki, iştirakçının subraqasiya tələblərinin reyestrindən görünür ki, tələb edilən həmin məbləğ kollektiv sazişə uyğun olaraq iştirakçının alacağı məbləğ kimi nəzərdə tutulmuşdur. Yəni, həmin məbləğin zərərvuran şəxsin sığortaçısı "xxxx" şirkəti tərəfindən qarşı tərəfin sığorta şirkətinə ödəməsi öhdəliyi həmin kollektiv müqavilədə nəzərdə tutulmuş vəzifəsindən irəli gəlmişdir. Belə olan halda sığortaçının kollektiv müqavilə çərçivəsində həmin müqavilənin üzvü olmayan vətəndaşdan həmin pulu tələb etmək hüququ yarana bilməzdi. Odur ki, iştirakçılar arasında keçirilmiş nettinqin nəticələrinə əsasən əlavə 77.80 manat pul vəsaiti cavabdehlərə aid edilə bilməz. Məhkəmə hesab edir ki, həmin hissədə iddia əsassızdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ödənilmiş 100 manat sığorta məbləği, 30 manat dövlət rüsumu və 1 manat xidmət haqqı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-1706/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1706/2025
23.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver