Məhkəmə qərarları › İş №e-2(050)-1721/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1721/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1721/2023 02.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 17 iyul 2021-ci il tarixli, PRL-137-0222-21 saylı Nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavdehdən 316.07 manat əsas borcun, 25.28 manat cərimənin, cəmi 341.35 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" QSC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2021-ci il tarixli PRL-137-0222-21 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 2682 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin 316.07 manat əsas borc, 25.28 manat məbləğində cərimə borcu olmaqla, cəmi 341.35 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmişdir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan 17 iyul 2021-ci il tarixli, PRL-137-0222-21 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə iddiaçı «MJ Financial Services BOKT” QSC arasında bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 18 ay müddətinə, 2682 manat məbləğində vermişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 27 fevral 2023-cü il tarixinə kimi banka 316.07 manat əsas borc, 25.28 manat cərimə borcu, cəmi 341.35 manat borcu yaranmışdır. Ödəniş qəbzindən görünür ki, "xxxx" QSC məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Borcun ödənilməsi barədə xəbərdarlığın surətindən görünür ki, "xxxx" QSC Cavabdeh banka olan kredit borcunu vaxtında qaytarmadığı halda məhkəməyə müraciət ediləcəyini, yaranmış borcun və ona hesablanmış faiz və cərimələrin ödəməsi barədə məlumat verilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Belə ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2021-ci il tarixli PRL-137-0222-21 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 2682 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin 316.07 manat əsas borc, 25.28 manat məbləğində cərimə borcu olmaqla, cəmi 341.35 manat borcu qalmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə bağlanmış 17 iyul 2021-ci il tarixli, PRL-137-0222-21 saylı Nisyə alğısatqı müqaviləsi ləğv edilsin. Cavabdeh 316.07 manat əsas borc, 25.28 manat cərimə borcu, cəmi 341.35 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq «MJ Financial Services BOKT” QSCnin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar