Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1750/2025 30.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç iddiaçı "xxxx" BOKT QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı - "xxxx" BOKT QSC. Cavabdeh - Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə - "xxxx" BOKT QSC ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2022-ci il tarixli 395-ABC-0152-22 nömrəli kredit müqaviləsi. Müqavilənin predmeti - kredit müqaviləsi. Tələb olunan məbləğ – 871,39 manat əsas borc, 243,87 manat faiz borcu, 130,71 manat cərimə, ümumilikdə 1245,97 manat borc və 32,86 manat dövlət rüsumu. Sübutlar: Kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.2-ci, 741-ci və 462.1-ci maddələri. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh 29 oktyabr 2022-ci il tarixli 395-ABC- 0152-22 nömrəli kredit müqaviləsi əsasında iddiaçı "xxxx" BOKT QSC-dən 18 ay müddətinə 2000 manat məbləğdə kredit almış, lakin o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının 29 oktyabr 2022-ci il tarixli müqavilə üzrə tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 871,39 manat əsas borc, 243,87 manat faiz borcu, 20 manat cərimə borcu, cəmi 1135,26 (min yüz otuz beş manat iyirmi altı qəpik) manat məbləğində pul və 32,86 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" BOKT QSC-nə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №e-2(050)-1750/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1750/2025
30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver