Məhkəmə qərarları › İş №e-2(050)-1767/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1767/2024

14.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1767/2024 14.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, İddiaçı İB-nə dəymiş 16182 manat maddi ziyanın, 138.55 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının, ümumilikdə 16320,95 manat məbləğində pulun məcburi qaydada Cavabdeh tutularaq, İddiaçı İB-nin Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Ərkivan qəsəbəsi sakini Cavabdeh tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 30 mart 2021-ci il tarixdən 02 aprel 2021-ci il tarixə kimi olan müddət ərzində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində İddiaçı Lənkəran X3 İdarəsinin balansında olan istismardan çıxarılmış d=273 mm-lik qaz kəmərinin 2000.0 p/m hissəsini oğurlayaraq Lənkəran X3 İdarəsinə ümumilikdə 38.920 manat ziyan vurmuşdur. Masallı rayon X2 bölməsi tərəfindən fakta görə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə **********3 saylı cinayət işi başlanmışdır. Cinayət işi üzrə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polisin nəzarəti aktına vermə növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin ibtidai istintaqı tamamlanaraq mahiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3465-9/3876 saylı rəyindən görünür ki, Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən “ARK OİL” yanacaqdoldurma məntəqəsinin arxa hissəsindən Kosakül kəndi istiqamətində keçmiş SSRİ dövründə (1995-ci ildə) istismara verilmiş, hazırda istismarı dayandırılmış, diametri 273 mm olan qaz kəmərinin "xxxx" ASC-yə qədər olan uzunluğunun 1812 p/metr təşkil etdiyi müəyyən edilir. Tikinti-texniki ekspertizasının tədqiqatına əsasən, uzunluğu 1249 p/metr olan metalın 1985-ci ildə istismarda olmağı nəzərə alınmaqla, hal-hazırkı dövrə 1 p/metrinin orta bazar qiyməti 18 manat, ümumi dəyəri isə təxminən 22482 manat (1249 metr x18 manat) müəyyən edilir. İbtidai istinaq zamanı və məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Masallı rayonu, Ərkiban qəsəbəsi ərazisində yerləşən, 1997-ci ildə özəlləşdirilmiş "xxxx" ASC-nin icraçı direktoru Cavabdeh, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən “ARK OİL” yanacaqdoldurma məntəqəsinin arxa hissəsindən Kosakül kəndi istiqamətində keçmiş SSRİ dövründə (1985-ci ildə) istismara verilmiş, diametri 273 mm olan, "xxxx" ASC-yə qədər uzunluğu 1812 p/metr təşkil edən və təqribən 1997-ci ildən istismarı dayandırılmış, İddiaçı Lənkəran X3 İdarəsinin balansında olan qaz kəmərini götürməzdən əvvəl Lənkəran RQİİ-yə müraciət etmiş, Lənkəran RQİİ Cavabdeh müraciətinə baxaraq ona "xxxx" ASC-yə məxsus 5 qovluq lahiyə-smeta sənədləri (köhnə) 1985-ci ilə aid olduğu üçün Lənkəran RQİİ-də bununla bağlı heç bir rəsmi məlumatın olmadığı, eyni zamanda qaz xətti ilə bağlı rəsmi məlumat alınmasından ötrü İddiaçı İB-yə müraciət edilməsinin məqsədəuyğun olması barədə rəsmi cavab vermişdir. Lakin, Cavabdeh keçmiş SSRİ dövründə (1985-ci ildə) istismara verilmiş diametri 273 mm olan qaz xəttinin istismardan çıxarıldığını və qeyd olunan obyekti 1997-ci ildə özəlləşdirilən zaman "xxxx" ASC-yə qədər uzunluğu 1812 p/metr təşkil edən qaz xəttinin də özəlləşdirmə nəticəsində "xxxx" ASC-nin balansına keçirildiyini güman edərək, rəhbəri olduğu "xxxx" ASC-yə plastik boru vasitəsilə yeni qaz xətti çəkdirmək qərarına gəldiyi üçün köhnə, istismardan çıxarılmış qaz kəmərinin 1249 p/metr hissəsini kəsdirib götürməsinə görə onun əməlində özgənin əmlakını gizli olaraq talama cinayətinin tərkib əlamətləri mövcud deyildir. Belə ki, məhkəmə hesab etmişdir ki, yuxarıda sadalanan xüsusatlarla bərabər, Cavabdeh "xxxx" ASC-nin mülkiyyətçisi olmaqla yanaşı, həmçinin ASC-yə qədər uzunluğu 1812 p/metr təşkil edən qaz xəttinin də ASC-yə məxsus əmlak olduğunu, qeyd olunan qaz xəttinin həqiqi və ya güman edilən mülkiyyət hüququnun ASC-nin icraçı direktoru kimi şəxsən özü malik olmaqla həmin qaz xəttinin dövlət və ya ictimai əhəmiyyətli sayılmadığını güman etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh əməlində özgənin əmlakını gizli olaraq talama cinayətinin tərkib əlamətləri mövcud deyildir. Lakin məhkəmə qeyd etmişdir ki, Lənkəran RQİİ tərəfindən Cavabdeh qaz kəmərini götürərkən həmin qaz kəmərinin Lənkəran RQİİ-yə məxsus olması və qaz kəmərini götürməməsi, eyni zamanda qaz xətti ilə bağlı rəsmi məlumat alınmasından ötrü ona İddiaçı İB-yə müraciət edilməsinin məqsədəuyğun olması bildirilməsinə baxmayaraq o, yuxarıda qeyd olunan qaz kəmərinin 1249 p/metr hissəsini kəsib götürməklə özbaşınalıq cinayət əməlini törətmişdir. Bununla da məhkəmə hesab etmişdir ki, Cavabdeh əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 322.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh əməli Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(050)-3/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Masallı rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(050)-3/2022 saylı hökmü ilə cinayət işi üzrə maddi sübut olan Lənkəran X3 İdarəsinin balansında olan, iş üçün əhəmiyyəti olduğundan maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü "xxxx" ASC-də saxlanılan d=273 mm-lik qaz kəmərinin 350.0 p/m hissəsinin Lənkəran X3 İdarəsinə qaytarılması hökm edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş maddi ziyan 22482,00 manat olmaqla dəyəri 6300,00 manat olan d=273 mm-lik qaz kəmərinin 350.0 p/metr hissəsinin Lənkəran X3 İdarəsinə qaytarılması hökm edilmiş, dəyəri 16182 manat olan d=273 mm-lik qaz kəmərinin 899.0 p/metr hissəsi isə qaytarılmamış və dəyəri ödənilməmişdir. Bu səbəbdən də İddiaçı İB-yə dəymiş 16182 manat maddi ziyanın ödənilməsi üçün iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını haqlı hesab etmişdir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələbini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(050)-3/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini torətməkdə təqsirli bilinib aylıq qazancından 20 faiz məbləğində pul dovlət nəfinə tutulmaqla 01 (bir) il muddətə islah işləri cəzasına məhkum edilməsi, cəzasını əsas iş yeri üzrə çəkməsi və cəzaçəkmənin başlanğıcı Cavabdeh işlədiyi və onun qazancından tutulmalanın aparıldığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 290 (iki yüz doxsan) manat məbləğində Cavabdeh tutularaq 40 (qırx) manat Cənub Qiymətləndirici MMC-nin hesabına, 250 (iki yuz əlli) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi və iş üzrə maddi sübut olan "xxxx" ASC-də saxlanılan d=273 mm-lik qaz kəmərinin 350,0 p/m qaz borusu X5 istisman İdarəsinə qaytarılması hökm edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı İB məhkəmədə iddia qaldırmaq üçün 138,55 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, Cavabdeh qanuna zidd əməlinin olması, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunur. Belə ki bu hal Masallı Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(050)-3/2021 saylı hökmü ilə öz təsdiqini tapmışdır. Cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh tərəfindən İddiaçı İB-nə dəymiş maddi ziyan 22482,00 manat olmaqla dəyəri 6300,00 manat olan d=273 mm-lik qaz kəmərinin 350.0 p/metr hissəsinin Lənkəran X3 İdarəsinə qaytarılması hökm edilmiş, dəyəri 16182 manat olan d=273 mm-lik qaz kəmərinin 899.0 p/metr hissəsi isə qaytarılmamış və dəyəri ödənilməmişdir. Bu səbəbdən də İddiaçı İB-nə dəymiş 16182 manat maddi ziyanın ödənilməsi üçün iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 16182 manat maddi ziyan, 138.55 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 16320,95 manat məbləğində pul tutularaq, İddiaçı İB-nin Lənkəran RQİİ-nin ("xxxx" ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı) hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar