Məhkəmə qərarları › İş №e-2(050)-186/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-186/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-186/2023 16.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə. İddaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5010.90 manat əsas borc, 404.28 manat faiz borcu, 11.78 manat cərimə borcu olmaqla, ümumlikdə 5426.96 manat kredit borcunun və dövlət rüsumuna ödənilmiş 74.67 manat pulun tutularaq "xxxx" Kommersiya Bankının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh2 arasında olan 72micLKN/22-EM saylı əsas kredit və bank hesabı müqaviləsi çərçivəsində bağlanmış 72micLKN/22 saylı xx.xx.2022-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 5106 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqavilələrinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Cavabdehin 30 noyabr 2022-ci il tarixə 5010.90 manat əsas borc, 404.28 manat faiz borcu, 11.78 manat cərimə borcu olmaqla, ümumlikdə 5426.96 manat məbləğində kredit borcu yaranmışdır. Odur ki, cavabdehlərdən yaranmış borc məbləği tələb olunur. İddiaçı "xxxx" KB ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmiş, lakin "xxxx" X1 Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçı tərəfin iştrakı olmadan mahiyyəti baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 72micLKN/22-EM saylı Əsas kredit və bank hesabı müqaviləsi çərçivəsində bağlanmış 72micLKN/22 saylı xx.xx.2022-ci il tarixli Əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı tərəfindən Cavabdeh2 60 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 5106 manat kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, 72micLKN/22-EM saylı zaminlik müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh1 ilə müddətsiz zaminlik müqaviləsi bağlanmışdır. Zaminliyə dair sonradan hər hansı razılaşma olmamışdır. Zaminlik müqaviləsinə əsasən zamin borclunun bank qarşısında öhdəliklərinin tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyət daşıyır. Həmçinin həmin müqaviləyə əsasən zamin borcalan tərəfindən öhdəliyin icra olunmaması və lazımınca icra olunmaması ilə əlaqədar borcun məcburi qaydada alınmasını nəzərdə tutan məhkəmə qətnaməsinin tam icra olunub başa çatmasınadək hesablanan faiz borcunun banka ödənilməsini təmin etməlidir. İşdə olan bildirişlərin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh2 və Cavabdeh1 xəbərdalıq etməklə və bildiriş gödərməklə banka olan kredit borcunu vaxtında qaytarmadıqları halda məhkəməyə müraciət ediləcəyini, yaranmış borcun və ona hesablanmış faiz və cərimələrin ödəməsini bildirmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, "xxxx" Kommersiya Bankı ASC məhkəmədə iddia qaldırılması üçün 74.67 manat dövlət rüsumu ödəmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh2 "xxxx" KB ASC-nə 30 noyabr 2022-ci il tarixədək 5010.90 manat əsas borc, 404.28 manat faiz borcu, 11.78 manat cərimə borcu olmaqla, ümumlikdə 5426.96 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır. İşin faktiki halları ilə və iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla müəyyən olunur ki, tərəflər arasında 72micLKN/22-EM saylı Əsas kredit və bank hesabı müqaviləsi çərçivəsində bağlanmış 72micLKN/22 saylı xx.xx.2022-ci il tarixli Əlavə kredit müqaviləsinə əsasən Cavabdeh2 60 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 5106 manat kredit vəsaiti verilmiş, həmin kreditin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. Əsas borclu Cavabdeh2 öhdəliyini layiqincə yerinə yetirməyərək borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1.-472.3.-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı məhkəmə mübahisəsinin hüquqi əsası olaraq tətbiq etməklə qeyd edir ki, tərəflər arasıında borc müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə borcun ödənilməsi müddəti başa çatdıqdan və öhdəliyin yaranmasından sonra ona edilən xəbərdarlıqlara baxmayaraq müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, müqavilə öhdəliklərinin şərtlərini pozmuşdur. Ona görə də borc həmin öhdəlikdən irəli gəldiyindən Cavabdeh1 üçün birgə mülki hüquqi məsuliyyət yaranmışdır. Beləliklə məhkəmə ödənilməli olan pul məbləğini müzakirə edərək qeyd edir ki, 5010.90 manat əsas borc, 404.28 manat faiz borcu, 11.78 manat cərimə borcu olmaqla, ümumlikdə 5426.96 manat kredit borcu və dövlət rüsumuna ödənilmiş 74.67 manat banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərərk qaydada 5010.90 manat əsas borc, 404.28 manat faiz borcu, 11.78 manat cərimə borcu olmaqla, ümumlikdə 5426.96 manat kredit borcu və dövlət rüsumuna ödənilmiş 74.67 manat pul tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar