Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-188/2025 20.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Cavabdeh2, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı L.p.o "xxxx" ASC-nin (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (bundan sonra-cavabdehlər) qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: L.p.o "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi borcu 17901.84 manat - bundan 6866.11 manat əsas, 4979.33 manat faiz, 5114.95 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 941.45 manat faiz borcu və iş üzrə ödənilmiş 143.71 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 28 % dərəcəsi ilə 7.200 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında 400006318/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış R-084 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 6871.58 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olumuşdur. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin cəmi qalığı 6971.44 ABŞ dolları təşkil etmişdir. Əsas borc qalığı 5171.92 ABŞ dolları konvertasiya edilməklə (1 USD = 1.50 AZN) 7757.88 AZN təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 16 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 17901.84 manat - bundan 6866.11 manat əsas, 4979.33 manat faiz, 5114.95 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 941.45 manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsnin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin «Аzərbаycаn Rеspublikаsındа fiziki şəхslərin prоblеmli krеditlərin həlli ilə bаğlı əlаvə tədbirlər hаqqındа» Fərmаnının təsir dаirəsinə düşərək оnа 3074.34 mаnаt kоmpеnsаsiyа vеrilməsinə bахmаyаrаq iddiаçı 5 ildən sоnrа həmin bоrcu əlаvə fаiz və cərimələrlə birlikdə оndаn tələb еdir. Ümumiyyətlə onunun banka borcu qalmamışdır, əks halda ona kompensasiya verilməzdi. Eyni zamanda bank ona borcu qaldığı barədə məlumat verməmişdir. Sonda Cavabdeh2 iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, iddiа tələbi əsаssızdır. Bеlə ki, iddiа tələbində Аslаn Mirzəyеvə xx.xx.2014-cü ildə 36 аy müddətinə illik 28% dərəcəsi ilə vеrilmiş 7200 АBŞ dоllаrı krеdit bоrcunun, dаhа sоnrа həmin müqаviləyə əlаvə sаzişlərə uyğun tаm ödənilməməsi göstərilmiş və əsаs bоrclа yаnаşı fаiz və cərimələrin tutulmаsı tələb еdilmişdir. Bаnklа Аslаn Mirzəyеvin аrаsındа оlаn sоnuncu sаziş 2017-ci ildə bаğlаnmışdır. Krеdit vахtındа ödənilməməklə prоblеmli krеditlər kаtеqоriyаsınа аid еdilmişdir. Bununlа bаğlı Аslаn Mirzəyеvin bоrcu Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin «Аzərbаycаn Rеspublikаsındа fiziki şəхslərin prоblеmli krеditlərin həlli ilə bаğlı əlаvə tədbirlər hаqqındа» Fərmаnının təsir dаirəsinə düşərək оnа 3074.34 mаnаt kоmpеnsаsiyа vеrilməsinə bахmаyаrаq, iddiаçı 5 ildən sоnrа həmin bоrcu əlаvə fаiz və cərimələrlə birlikdə оndаn tələb еdir. Lakin axırıncı məhkəmə iclasında bankın irəli sürdüyü tələblə razılaşmış, yalnız cərimə borcunun azaldılmasını xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işdə olan sənədləri tədqiq edib sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Dəmirbank” ASC-nin Masallı filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, şəxsi istehlak məqsədilə cavabdehə 36 ay müddətinə illik 28 % dərəcəsi ilə 7.200 ABŞ dolları məbləğində kredit verilmişdir. 400006318/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış R-084 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərdən görünür ki, Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 6871.58 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olumuşdur. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə sazişlərdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin cəmi qalığı 6971.44 ABŞ dolları təşkil etmişdir. Əsas borc qalığı 5171.92 ABŞ dolları konvertasiya edilməklə (1 USD = 1.50 AZN) 7757.88 AZN təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 16 % ödənilməlidir. Maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh2 cəmi borcu 17901.84 manat - bundan 6866.11 manat əsas, 4979.33 manat faiz, 5114.95 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 941.45 manat faiz borcu təşkil edir. 15-5/2-M-41-2513/2024 nömrəli, xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, L.p.o İddiaçı ASC məhkəmədə iddia qaldırılması üçün 143.71 manat dövlət rüsumu ödəmişdir. Prоblеmli krеditlərin kоmpеnsаsiyаsı haqqında çıxarışdan görünür ki, Cavabdeh2 3074.34 mаnаt kоmpеnsаsiyа vеrilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 yanvar 2025-ci il tarixli, 6-1-21/2- 1241/2025 saylı məktububdan görünür ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən müəyyən olunmuşdur ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 (FİN: xxxxxxx) arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə sonuncuya 3074.32 manat (üç min yetmiş dörd manat otuz iki qəpik) kompensasiya hesablanmışdır. Qeyd edilir ki, 2019-cu ilin may ayına olan baza məlumatlarında Cavabdeh2 borclu qismində çıxış etdiyi kredit müqavilələri üzrə ödəniş müddəti keçmiş borcu barədə məlumat olmadığından hesablanmış kompensasiya məbləği cavabdehin sərəncamına verilmişdir. Belə ki, məlumat bazalarında cavabdehlə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin 10 gündən artıq gecikdirilmiş borcu olmadığından yuxarıda hesablanmış kompensasiya həmin borcun ödənilməsinə yönəldilməmişdir. Daha sonra 2019-cu ilin sentyabr ayında Cavabdeh2 Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edərək ləğv prosesində olan İddiaçı ASC-yə olan kredit borcu üzrə Fərmanın tələblərindən irəli gələrək müqavilənin restrukturizasiya edilməsini xahiş etmişdir. Qeyd edilən müraciət araşdırıldıqdan sonra xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin Fərmanın qüvvəyə mindiyi tarixə, yəni xx.xx.2019-cu il tarixinə 6 866,11 manat məbləğində borcunun 434 gün gecikdirildiyi müəyyən olunmuş və baza məlumatlarına müvafiq dəyişikliklər edilmiş, həmin müqavilə restrukturizasiyaya adi olan borclar siyahısına daxil edilmişdir. Eyni zamanda göstərilən məlumatlar “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın (Qayda) tələblərinə əsasən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir. Qaydanın tələblərinə əsasən növbəti mərhələdə müvafiq kredit təşkilatları (və ya onların ləğvedicisi) tərəfindən müştərilərlə güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması (restrukturizasiyası) fərdi qaydada tətbiq edilə bilərdi. Bundan başqa, Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə sazişlərdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin cəmi qalığı 6971.44 ABŞ dolları təşkil etmişdir. Əsas borc qalığı 5171.92 ABŞ dolları konvertasiya edilməklə (1 USD = 1.50 AZN) 7757.88 AZN təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 16 % müəyyən edilmiş, Cavabdeh2 öhdəliyini layiqincə yerinə yetirilməyərək kredit öhdəliyini vaxtında icra etməməsi iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan mötəbər sübutlardan və qeyd olunan maddi normaların tələblərindən göründüyü kimi, Cavabdeh2 kredit müqaviləsi üzrə borcun ödənilməsi müddəti başa çatdıqdan və öhdəliyin yaranmasından sonra ona edilən xəbərdarlıqlara baxmayaraq, müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 5114.95 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 100 manat həcmində tutulmasını daha ədalətli hesab edir. Məhkəmə gecikdirilmiş vaxt üçün hesablanan illik 5 % olmaqla 941.45 manat faiz tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ona görə də iddiaçı dəymiş ziyan kimi qeyd edilən məbləğdə pulu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə qeyd edir ki, öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixdə başa çatmış, lakin xx.xx.2024-cü il tarixdə zaminlər Cavabdeh3 və Cavabdeh1 qarşı iddia irəli sürülmüşdür. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilən maddənin məzmunundan göründüyü kimi qeyd edilən müddət kəsici müddət olmaqla, həmin müddətin başa çatması öhdəliyin xitamına səbəb olur. Burada bir illik müddətin müəyyən olunmasında qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə məhkəmə hesab edir ki, 400006318/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə xitam verildiyi üçün cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə LPO İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 143.71 manat məbləğində pul vəsaitinin 128.67 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 15.04 manatı isə iddiaçının özünə aid edilməlidir. Beləliklə Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəlik şərtlərini pozaraq, öhdəliyini layiqincə yerinə yetirməmiş, bu səbəblə də iddia tələbi ona münasibətdə əsaslıdır və ondan əsas kredit borc üzrə 6866.11 manat əsas, 4979.33 manat faiz, dəymiş zərərin əvəzi kimi hesablanmış 941.45 manat və 100 manat cərimə, ümumilikdə 12886.89 manat kredit borcu və 128.67 manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi digər hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 6866.11 manat əsas, 4979.33 manat faiz, dəymiş zərərin əvəzi kimi hesablanmış 941.45 manat faiz və 100 manat cərimə, ümumilikdə 12886.89 manat borc və dövlət rüsumu kimi ödənilmiş 143.71 manat məbləğində pul vəsaitinin 128.67 manat məbləğində hissəsi tutularaq Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-188/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-188/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver