Məhkəmə qərarları › İş №e-2(050)-1885/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1885/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1885/2025 11.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı MMM QBKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı - İddiaçı MMM QBKT. Cavabdehlər - Cavabdeh1 və Cavabdeh2. Tərəflər arasında bağlanmış müqavilə - İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 09 fevral 2024-cü il tarixli **********1547 nömrəli kredit müqaviləsi və Cavabdeh1 arasında bağlanmış 09 fevral 2024-cü il tarixli **********1***-******* nömrəli zaminlik müqaviləsi Müqavilənin predmeti - kredit və zaminlik müqaviləsi. Tələb olunan məbləğ – 3741 manat əsas borc, 848,87 manat faiz borcu, 291,81 manat cərimə borcu, cəmi 4881,68 manat borc və 68,82 manat məbləğində ödənilmiş dövlət rüsumu. Sübutlar: Kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia qismən əsaslıdır. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh2 09 fevral 2024-cü il tarixli kredit müqaviləsi əsasında İddiaçı MMM QBKT-dan ailə-kəndli təsərrufatının yaradılması və ya genişləndirilməsi, həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 34% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 müvafiq məbləğdə kredit almış lakin, o müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı MMM QBKT ilə bağlanmış 09 fevral 2024-cü il tarixli **********1***-******* nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 iddiaçı qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 ona zamin durmuşdur. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər. 14 aprel 2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 3741 manat əsas borcu, 848,87 manat faiz borcu, 291,81 manat cərimə borcu, cəmi 4881,68 manat borcunu olduğu qeyd edilmişdir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının 09 fevral 2024-cü il tarixli müqavilə üzrə tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 3741 manat əsas borc, 848,87 manat faiz borcu, 20 manat cərimə borcu, cəmi 4609,87(dörd min altı yüz doqquz manat səksən yeddi qəpik) manat məbləğində pul və 68,82 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMM QBKT-nə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar