Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-1909/2025 26.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin binasında, məhkəmə baxış iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı tərəf olaraq onunla Cavabdeh arasında xx.xx.2024-cü il tarixli BM/03-24 saylı borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinə əsasən cavabdeh tərəfə 120000 manat pul verilir, cavabdeh isə hazırki müqavilənin 1.3-cü maddəsinə əsasən 24 ay müddətinə həmin borcu geri qaytarmağı öz öhdəsinə götürür. Hazırki müqaviləyə ödəniş cədvəli də əlavə olunmuşdur. Cavabdeh saç ustası kimi İddiaçı MMC-nin Ağ Şəhərdə fəaliyyət göstərən gözəllik salonunda işləyirdi. Hazırki müqavilədən savayı, cavabdehlə əldə olunan şifahi razılaşmaya əsasən Cavabdeh transfer məbləği olaraq 60000 manat pul verilir, cavabdeh isə öz xidməti müqabilində həmin məbləği ikiqat olaraq, yəni 120000 manat pul məbləği olaraq müqavilədə və ona əlavə olunan ödəniş cədvəlində göstərildiyi formada geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh tərəfindən 32114 manat pul məbləği geri qaytarılmış, qalıq 27886 manat pul məbləği iddiaçıya geri qaytarılmamışdır. xx.xx.2024-cü il tarixli BM/03-24 saylı borc müqaviləsinin 2.1-ci maddəsinə əsasən “Borc verən”in aşağıdakı hüquqları vardır: 2.1.1 Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Borc alan”dan tələb etmək; 2.1.2 “Borc alan” bu Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı birini və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə ümumi borc məbləğinin 10%-i miqdarında cərimə tələb etmək; 2.1.3 “Borc alan” bu Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı birini və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə müqaviləni birtərəfli qaydada ləğv etmək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək. Bu barədə Cavabdeh pretenziya məktubu göndərilərək pretenziya məktubu ünvan üzrə daxil olduğu vaxtdan 03 gün müddətində müqavilə öhdəliyinin icra edilərək borc məbləğinin iddiaçıya ödənilməsinin tələb edilməsi, həmçinin əks təqdirdə cavabdehə qarşı iddia qaldırılacağı və bu zaman məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyi cavabdehin diqqətinə çatdırılıb. Lakin cavabdeh tələb edilən pul məbləğini ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsasən 27886 manat əsas borcun və 174 manat ödənilmiş dövlət rüsumunun, cəmi 28060 manat pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçının tələbi: 27886 manat əsas borcun və 174 manat ödənilmiş dövlət rüsumunun, cəmi 28060 manat pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş barışıq sazişi üzrə şərtlər: Məhkəməyə təqdim edilmiş 17 iyul 2025-ci il tarixli barışıq sazişinə əsasən bir tərəfdən İddiaçı MMC digər tərəfdən Cavabdeh aşağıdakı şərtlər əsasında qarşılıqlı razılığa gəlmişlər. 1.Tərəflərin razılaşma şərtləri:
1. Cavabdeh İddiaçı MMC-nin hesabına bu barışıq sazişi imzalandığı gündən etibarən 10 (on) ay müddətində 27886 (iyirmi yeddi min səkkiz yüz səksən altı) manat və 174 (yüz yetmiş dörd) manat ödənilmiş dövlət rüsumunu ödəyir.
2. Cavabdeh öhdəsinə götürür ki, ümumi məbləğ olan 28060 (iyirmi səkkiz min altmış) manat pulu hər ayın 1-5-i aralığında aylıq 2806 (iki min səkkiz yüz altı) manat olmaqla iddiaçıya onun (iddiaçının) müəyyən etdiyi bank hesabı, debet kart hesab və yaxud digər rəsmi ödəniş üsulları vasitəsilə ödəyəcəkdir.
3. Barışıq sazişinin 2-ci maddəsi üzrə Cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməməsi (2 ay ardıcıl ödəniş edilmədikdə) barışıq sazişinin şərtlərinin pozulması hesab edilir.
4. Tərəflər barışıq sazişini imzaladıqdan sonra iddiaçı iddia tələbindən imtina edir və gələcəkdə yarana biləcək hər hansı bir iddia tələbi ilə bir-birilərinə qarşı iddia qaldırmayacaqlar.
5. Tərəflər barışıq sazişini imzaladıqdan sonra Masallı Rayon Məhkəməsinin icraatında olan e-2(050)-1909/2025 saylı mülki iş üzrə iddiaçı iddia tələbindən imtina edir.
6. Hazırki barışıq sazişinin imzalanması ilə İddiaçı MMC həmçinin bəyan edir ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BM/03-24 saylı borc müqaviləsi ləğv edilmiş hesab edilir və Cavabdeh hər hansı digər tələbi və şikayəti olmayacaq.
7. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişi imzalandıqdan sonra Cavabdeh tərəfindən xx.xx.2026-cı il tarixinə kimi 28060 (iyirmi səkkiz min altmış) manat pulu tam və vaxtında bu saziş əsasında iddiaçıya ödənilmədikdə və barışıq sazişinin şərtləri cavabdeh tərəfindən pozulduğu təqdirdə iddiaçı tərəfin ərizəsi əsasında bu barışıq sazişi və saziş əsasında qəbul edilmiş məhkəmə qərardadı məcburi icraya yönəldiləcəkdir. 2.Digər müddəalar: 2.1. Barışıq sazişi tərtib olunarkən və imzalanarkən tərəflərin iradə ifadəsi nəzərə alınmışdır. Yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yol verilməmiş, ya da təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. 2.2. Bu razılaşma tərəflərin arzuladığı və şəxsən özlərinin razılıq verib bəyəndikləri barışıq sazişidir. 2.3. Bu sazişi tərəflər müqaviləni predmetlərinin tənzimləndiyi Masallı Rayon Məhkəməsinə təqdim edirlər. 2.4. Tərəflər bu saziş ilə üzərinə götürdükləri bütün öhdəliklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət –hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzinin kompensasiya ilə qanunvercilikdə nəzərdə tutulmuş qaydada ödəməlidir. 2.5. Bu saziş imzalandığı və təsdiq edildiyi andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur.
Tərəflərin mövqeyi:
İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hazırda Cavabdeh ilə İddiaçı MMC arasında barışıq sazişi imzalanmışdır. Qeyd edilən saziş təsdiq edilməsi üçün məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil barışıq sazişinin qəbul edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
xx.xx.2024-cü il tarixli BM/03-24 saylı borc müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə aylıq 5000 manat ödəmək şərtilə 120000 manat borca pul verilmişdir. Ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ilk ödəniş tarixi xx.xx.2024-cü il, son ödəniş tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 174 manat dövlət rüsumu ödəmişdir. İşdə olan məktubun surətindən görünür ki, İddiaçı MMC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xx.xx.2025-ci il tarixində xəbərdarlıq etmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir; Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasındakı mübahisə həllini tapmışdır, məhkəməyə təqdim edilmiş barışıq razılaşmasına əsasən tərəflər aralarında olan həmin mülki mübahisəni barışıq razılaşmalarında qeyd etdikləri qaydada həll etməklə hazırkı işin icraatına xitam verilməsini xahiş edirlər. Barışıq sazişi onu imzalayan tərəflərin mənafeyinə uyğun tərtib edildiyindən, həmçinin qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Masallı Rayon Məhkəməsinin icraatında olan e-2(050)-1909/2025 saylı mülki iş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilsin: Məhkəməyə təqdim edilmiş 17 iyul 2025-ci il tarixli barışıq sazişinə əsasən bir tərəfdən İddiaçı MMC digər tərəfdən Cavabdeh aşağıdakı şərtlər əsasında qarşılıqlı razılığa gəlmişlər. 1.Tərəflərin razılaşma şərtləri:
1. Cavabdeh İddiaçı MMC-nin hesabına bu barışıq sazişi imzalandığı gündən etibarən 10 (on) ay müddətində 27886 (iyirmi yeddi min səkkiz yüz səksən altı) manat və 174 (yüz yetmiş dörd) manat ödənilmiş dövlət rüsumunu ödəyir.
2. Cavabdeh öhdəsinə götürür ki, ümumi məbləğ olan 28060 (iyirmi səkkiz min altmış) manat pulu hər ayın 1-5-i aralığında aylıq 2806 (iki min səkkiz yüz altı) manat olmaqla iddiaçıya onun (iddiaçının) müəyyən etdiyi bank hesabı, debet kart hesab və yaxud digər rəsmi ödəniş üsulları vasitəsilə ödəyəcəkdir.
3. Barışıq sazişinin 2-ci maddəsi üzrə Cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməməsi (2 ay ardıcıl ödəniş edilmədikdə) barışıq sazişinin şərtlərinin pozulması hesab edilir.
4. Tərəflər barışıq sazişini imzaladıqdan sonra iddiaçı iddia tələbindən imtina edir və gələcəkdə yarana biləcək hər hansı bir iddia tələbi ilə bir-birlərinə qarşı iddia qaldırmayacaqlar.
5. Tərəflər barışıq sazişini imzaladıqdan sonra Masallı Rayon Məhkəməsinin icraatında olan e-2(050)-1909/2025 saylı mülki iş üzrə iddiaçı iddia tələbindən imtina edir.
6. Hazırki barışıq sazişinin imzalanması ilə İddiaçı MMC həmçinin bəyan edir ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BM/03-24 saylı borc müqaviləsi ləğv edilmiş hesab edilir və Cavabdeh hər hansı digər tələbi və şikayəti olmayacaq.
7. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişi imzalandıqdan sonra Cavabdeh tərəfindən xx.xx.2026-cı il tarixinə kimi 28060 (iyirmi səkkiz min altmış) manat pulu tam və vaxtında bu saziş əsasında iddiaçıya ödənilmədikdə və barışıq sazişinin şərtləri cavabdeh tərəfindən pozulduğu təqdirdə iddiaçı tərəfin ərizəsi əsasında bu barışıq sazişi və saziş əsasında qəbul edilmiş məhkəmə qərardadı məcburi icraya yönəldiləcəkdir. 2.Digər müddəalar: 2.1. Barışıq sazişi tərtib olunarkən və imzalanarkən tərəflərin iradə ifadəsi nəzərə alınmışdır. Yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yol verilməmiş, ya da təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. 2.2. Bu razılaşma tərəflərin arzuladığı və şəxsən özlərinin razılıq verib bəyəndikləri barışıq sazişidir. 2.3. Bu sazişi tərəflər müqaviləni predmetlərinin tənzimləndiyi Masallı Rayon Məhkəməsinə təqdim edirlər. 2.4. Tərəflər bu saziş ilə üzərinə götürdükləri bütün öhdəliklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət –hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzinin kompensasiya ilə qanunvercilikdə nəzərdə tutulmuş qaydada ödəməlidir. 2.5. Bu saziş imzalandığı və təsdiq edildiyi andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur. Qeyd olunan barışıq sazişi təsdiq edilsin və e-2(050)-1909/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ellara Abbasova