Məhkəmə qərarları › İş №e-2(050)-1926/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-1926/2025

21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-1926/2025 21.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh Qəhrəman oğluna qarşı borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə ərizəsinə baxaraq, müəyyənetdim: İddiaçı "xxxx" KB ASC nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Qəhrəman oğlundan iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1398,71 manat əsas borc, 20,79 manat faiz borcu, 0,33 manat cərimə borcu, cəmi 1419,83 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 34.60 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə 02 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq tərəflər arasındakı mübahisənin məhkəmə qaydasında həllinə zərurətin aradan qalxdığını nəzərə alaraq həmin iş üzrə iddia ərizəsini və əlavə edilmiş sənədləri geri qaytarılmasınıı xahiş etmişdir. Ərizəni və mülki işin materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı "xxxx" ASC-nin Cavabdeh Qəhrəman oğluna qarşı borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul büdcədən iddiaçı "xxxx" ASC-nə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar