Məhkəmə qərarları › İş №e-2(050)-195/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-195/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-195/2025 22.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cəmi borcu 4103.24 manat, bundan 1544.79 manat əsas, 1513.72 manat faiz, 838.51 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 206.22 manat faiz borcu və iş üzrə ödənilmiş 61.04 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh2 aralarında bağlanmış ********* saylı xx.xx.2014cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə R-346 nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 2612.35 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə 16 dekabr 2015-ci il tarixdə 3506 nömrəli Əlavə Saziş bağlanılmışdır. Əlavə Sazişə əsasən Kreditin 2126.47 ABŞ dolları qalıq məbləğinin 24 % illik, 48 % cərimə faizi və 5 % ehtiyat faizi yaradılması şərti 36 ay xx.xx.2018-ci il tarixədək uzadılması ilə dəyişdirilir. Müqaviləyə əsasən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 2155.62 ABŞ dolları təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə 26 yanvar 2017-ci il tarixdə 03 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1913.66 ABŞ dolları əsas borc, 40.50 ABŞ dolları faiz borcu və 4.31 ABŞ dolları cərimə məbləği ilə birlikdə, cəmi 1958.47 ABŞ dolları təşkil edir. Əsas borc qalığı 1913.66 ABŞ dolları konvertasiya edilməklə (1 (bir) ABŞ dolları = 1.42 manat) 2.717,40 manat təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 17 (on yeddi) % ödənilir. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-N-41-2523/2024 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 4103.24 manat təşkil edir. Bundan 1544.79 manat əsas, 1513.72 manat faiz, 838.51 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 206.22 manat faiz borcu təşkil edir. Masallı Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(050)-3849/2025 saylı qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2(050)-195/2025 saylı qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbi barədə iddiası üzrə icraata Cavabdeh2 münasibətdə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehlərə çatdırılması üçün onların məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi zaminlərə münasibətdə təmin edilməməlidir. İş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədi ilə 24 ay müddətinə illik 24% dərəcəsi ilə 3800 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli, R-346 saylı Əlavə sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 2612.35 ABŞ dolları təşkil etməsi və kreditin müddətinin xx.xx.2017-ci il tarixdək təyin olunması ilə bağlı Bank və Borcalan arasında razılıq əldə olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli, 3506 saylı Əlavə sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 2126.47 ABŞ dolları təşkil etməsi və kreditin müddətinin xx.xx.2018-ci il tarixdək təyin olunması ilə bağlı Bank və Borcalan arasında razılıq əldə olunmuşdur. Həmçinin müqaviləyə əsasən Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli, 02 saylı Əlavə sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 2155.62 ABŞ dolları təşkil etməsi və kreditin müddətinin xx.xx.2020-ci il tarixdək təyin olunması ilə bağlı Bank və Borcalan arasında razılıq əldə olunmuşdur. Həmçinin müqaviləyə əsasən Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 03 saylı Əlavə sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 1958.47 ABŞ dolları təşkil etməsi, həmin məbləği konvertasiya edilməklə (1 (bir) ABŞ dolları = 1.42 manat) 2717.40 manat təşkil etməsi və kreditin müddətinin xx.xx.2024-cü il tarixdək təyin olunması ilə bağlı Bank və Borcalan arasında razılıq ələdə olunmuşdur. Həmçinin müqaviləyə əsasən Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-ci maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə borcun zaminlər Cavabdeh1 və Cavabdeh3 tələb edilməsinə münasibətdə qeyd edir ki, onların öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqaviləsindən (əlavə sazişlərdən) görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixdə başa çatmış, lakin kreditor icra edilməmiş öhdəlik üzrə zaminlər Cavabdeh1 və Cavabdeh3 qarşı xx.xx.2024-cü il tarixədək iddia irəli sürməmişdir. Belə olan halda Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə kreditor zaminə qarşı bir il ərzində iddia irəli sürmədiyi üçün (kəsici müddət) zaminlik müqaviləsinə xitam verildiyindən zaminlərə münasibətdə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233-cü, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar