Məhkəmə qərarları › İş №e-2(050)-1957/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-1957/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-1957/2023 13.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə icasında verdiyi iahatında qeyd edilən iş üzrə Cavabdeh hüquqi varisinin müəyyən edilənədək iş üzrə icraatın dayandırılmasını xahiş etdi. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron baza məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qanunun mənasından göründüyü kimi, hüquqi varisliyə o vaxt yol verilir ki, tərəflərdən biri iş məhkəmənin icraatında olan zaman sıradan çıxsın. Göründüyü kimi Cavabdeh iddiaçı təşkilat tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixdən, yəni 12 may 2023-cü il tarixdən əvvəl ölmüşdür. Ölmüş şəxsə qarşı isə iddia tələbi yönəldilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar