Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-1991/2025 19.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə İddiaçıASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələb:
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30 noyabr 2023-cü il tarixli, MSNPU-05094/1 saylı kredit üzrə əsas borcuna görə 15090,30 (on beş min doxsan manat otuz qəpik) manat, faiz borcuna görə 839,04 (səkkiz yüz otuz doqquz manat dörd qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat olmaqla, cəmi 15929,34 (on beş min doqquz yüz iyirmi doqquz manat otuz dörd qəpik) manat məbləğində; 28 iyun 2024-cü il tarixli, MSNPU-05094/2 saylı kredit üzrə əsas borcuna görə 1142,6 (bir min bir yüz qırx iki manat altmış qəpik) manat, faiz borcuna görə 66,03 (altmış altı manat üç qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat olmaqla, cəmi 1208,63 (bir min iki yüz səkkiz manat altmış üç qəpik) manat məbləğində pulun və 142 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları:
2. İddiaçı ASC-nə və Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
3. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. İş materialları: İddiaçı ASC-nin 22 may 2025-ci il tarixli və 18 iyun 2025-ci il tarixli ərizələrindən görünür ki, iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılması xahiş olunur. “Hökümət Ödəniş portalının qəbzindən görünür ki, (qəbz nömrəsi **********, Tarix: xx.xx.2025, saat 09:46:21) Rabitəbank” ASC 142 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 260.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud ərizəçinın vəsatəti ilə ərizə qaytarıla bilər. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da, geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
6. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 №-li qərarı: Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Məhkəmənin mövqeyi:
8. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı ASC-nə geri qaytarılmalıdır.
Məhkəmə xərcləri:
9. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından İddiaçı ASC tərəfindən ödənilmiş 142 (yüz qırx iki) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır.
Nəticə:
10. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 142 (yüz qırx iki) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nə geri qaytarılmalıdır.
11. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı ASC tərəfindən ödənilmiş 142 (yüz qırx iki) manat məbləğində dövlət rüsumu “Hökümət Ödəniş portalı, qəbz nömrəsi **********, Tarix: xx.xx.2025, saat 09:46:21) dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Elşən Hüseynov