Məhkəmə qərarları › İş №e-2(050)-2099/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2099/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2099/2025 25.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı - İddiaçı QSC. Cavabdeh - Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə - İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 22 iyun 2023-cü il tarixli 056A********** nömrəli və 22 iyun 2023-cü il tarixli 056KK**********01 nömrəli kredit müqavilələri. Müqavilənin predmeti - kredit müqaviləsi. Tələb olunan məbləğ – 22 iyun 2023-cü il tarixli 056A********** nömrəli kredit müqaviləsinə əsasən 3738,63 manat əsas borc, 305,52 manat faiz borcu, 59,82 manat cərimə, cəmi 4103,97 manat borc, 22 iyun 2023-cü il tarixli 056KK**********01 nömrəli kredit müqaviləsinə əsasən 248,95 manat əsas borc, 51,15 manat faiz borcu, cəmi 300,10 manat borc, ümumilikdə 4404,07 manat borc və iş üzrə ödənilmiş 64,05 manat dövlət rüsumu. Sübutlar: Kredit müqavilələri, ödəniş cədvəlləri, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.2-ci, 741-ci və 462.1-ci maddələri. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh 22 iyun 2023-cü il tarixli 056A********** nömrəli və 22 iyun 2023-cü il tarixli 056KK**********01 nömrəli kredit müqavilələri əsasında İddiaçı QSC -dən müvafiq məbləğdə kredit almış, lakin, o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 22 iyun 2023-cü il tarixli 056A********** nömrəli müqaviləyə əsasən 3738,63 manat əsas borc, 305,52 manat faiz borcu, 59,82 manat cərimə, cəmi 4103,97 manat borc, 22 iyun 2023-cü il tarixli 056KK**********01 nömrəli kredit müqaviləsinə əsasən 248,95 manat əsas borc, 51,15 manat faiz borcu, cəmi 300,10 manat borc, ümumilikdə 4404,07 (dörd min dörd yüz dörd manat yeddi qəpik) manat məbləğində pul və 64,05 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar