Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-210/2025 22.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borc 22540,57 (iyirmi iki min beş yüz qırx ABŞ dolları əlli yeddi sent) ABŞ dolları - bundan 12133,80 (on iki min bir yüz otuz üç ABŞ dolları səksən sent) ABŞ dolları əsas, 6358,85 (altı min üç yüz əlli səkkiz ABŞ dolları səksən beş sent) ABŞ dolları faiz, 2401,86 (iki min dörd yüz bir ABŞ dolları səksən altı sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1646,06 (bir min altı yüz qırx altı ABŞ dolları altı sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 204,96 (iki yüz dörd manat doxsan altı qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan Ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edərək Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh2 arasında 16 aprel 2025-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsini və bu barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə barışıq sazişinin təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, mülki işin materiallarını, barışıq sazişinin şərtlərini nəzərdən keçirib hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit borcunun qaytarılması tələbi ilə bağlı mübahisə vardır, məhkəməyə təqdim edilmiş barışıq razılaşmasına əsasən tərəflər aralarında olan həmin mülki mübahisəni barışıq razılaşmasında qeyd etdikləri qaydada həll etməklə hazırkı işin icraatına xitam verilməsini xahiş edirlər. Həmin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata həmin hissədə xitam verilməlidir. O cümlədən, işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilməlidir. İş materiallarından görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hazırkı iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 204,96 manat məbləğində dövlət rüsumu ödəmişdir (“ASAN ödəniş” sistemi, qəbz nömrəsi **********0, Tarix: xx.xx.2024, saat 10:01:30). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da, geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icrata xitam verildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Hesab edirəm ki, iş üzrə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş 204,96 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair e-2(050)-210/2025 saylı mülki iş üzrə tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilsin:
1. Tərəflər təsdiq edirlər ki, cavabdeh-borclunun Kredit müqaviləsi üzrə 19 fevral 2025-ci il tarixinə BƏS-də 12133,80 (on iki min bir yüz otuz üç ABŞ dolları səksən sent) ABŞ dolları əsas, 6358,85 (altı min üç yüz əlli səkkiz ABŞ dolları səksən beş sent) ABŞ dolları faiz, 157,75 (bir yüz əlli yeddi ABŞ dolları yetmiş beş sent) ABŞ dolları köçürülmüş faizlər və 2244,11 (iki min iki yüz qırx dörd ABŞ dolları on bir sent) ABŞ dolları cərimə borc öhdəliyi mövcuddur.
2. Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə əsas borcdan 435 (dörd yüz otuz beş) ABŞ dolları və faiz borcundan 4265 (dörd min iki yüz altmış beş) ABŞ dolları olmaqla ümumilikdə 4700 (dörd min yeddi yüz) ABŞ dollar məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 11700 (on bir min yeddi yüz) ABŞ dolları məbləğində borcun 24 (iyirmi dörd) ay müddətinə, yəni 2025-ci ilin may ayından başlayaraq, hər ay 487,50 (dörd yüz səksən yeddi ABŞ dolları əlli sent) ABŞ dollarının günün məzənnəsinə uyğun ödənilməsi öhdəliyini Cavabdeh-Borclu öz üzərinə götürür.
3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 11700 (on bir min yeddi yüz) ABŞ dolları borc məbləğinin Cavabdeh-Borclu tərəfindən ödənilməsinə 24 (iyirmi dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür.
4. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 2.1-ci bəndində göstərilən borc məbləği tam şəkildə Cavabdeh-Borclu və Cavabdeh-Zamindən tutulacaqdır. İddiaçı Cavabdeh-Borcluya və Cavabdeh-Zaminə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir.
5. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh-Borclu tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür.
6. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.
7. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5ci bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür.
8. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmədikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər.
9. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
10. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.
11. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. Qeyd olunan həmin barışıq sazişi təsdiq edilsin və e-2(050)-210/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş 204,96 manat məbləğində dövlət rüsumu (“ASAN ödəniş” sistemi, qəbz nömrəsi **********0, Tarix: xx.xx.2024, saat 10:01:30) dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Elşən Hüseynov