Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2101/2023 17.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı L.p.o "xxxx" ASC-nin L.Ə.S.F-nin (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra-cavabdeh) qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı L.p.o "xxxx" ASC-nin L.Ə.S.F cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1912.97 ABŞ dolları - bundan 559.09 ABŞ dolları əsas, 447.07 ABŞ dolları faiz, 826.33 ABŞ dolları cərimə, kredit müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 80.48 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 52.53 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq L.p.o İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında tələbi onunla əsaslandırdı ki, İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh2 arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 4700 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca icrasını təmin etmək məqsədi ilə digər borclu Cavabdeh1 ilə iddiaçı arasında 27 noyabr 2014-cü il tarixli, 400006095/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə görə zamin və borclu kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. Cavabdehlər dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərinin icra edilməsindən yayınmışlar. Odur ki, iddianın tam təmin olunmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, həqiqətən də bankdan qeyd edilən məbləği götürmüşdür. Lakin sonradan bank bağlandığından ödəmiş olduğu pullarda batmışdır. Həmçinin, bankla arasında sonradan müqavilə bağlanaraq ödəyəcəyi məbləğ manata çevrilmişdir. Bundan sonrada ödənişlər etmiş və banka olan borcunu ödəmişdir. Hazırda, ayağından əməliyyat olmuş, çətinlikdə gəzir və işsizdirdir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, qeyd edilən iş üzrə zamin olmuşdur. Hazırda işsizdir və şəhid ailəsidir. Qətnamə çıxarılarkən məhkəmədən ədalətli qərar verilməsini xahiş edir. İş materiallarında olan İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh2 arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, bank borcluya 36 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 4700 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bankla Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli, 400006095/ZM saylı zaminlik müqaviləsindən görünür ki, zamin 27 noyabr 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh2 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-212 nömrəli əlavə sazişdən görünür ki, 27 noyabr 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə dəyişikliklər olmuş və müqavilənin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-212 nömrəli əlavə sazişdən görünür ki, zamin kredit müqaviləsinin dəyişdirilmiş şərtləri ilə razılaşmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 02 nömrəli əlavə sazişdən görünür ki, 27 noyabr 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə dəyişikliklər olmuş və müqavilənin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 02 nömrəli əlavə sazişdən görünür ki, zamin kredit müqaviləsinin dəyişdirilmiş şərtləri ilə razılaşmışdır. İş materiallarında olan L.p.o İddiaçı ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka olan borcu 559.09 ABŞ dolları əsas, 447.07 ABŞ dolları faiz, 826.33 ABŞ dolları cərimə, kredit müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 80.48 ABŞ dolları olmaqla, cəmi 1912.97 ABŞ dolları təşkil edir. İşə əlavə olunmuş problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışdan görünür ki, Cavabdeh2 L.p.o İddiaçı ASC-yə olan borcu azaldılmış və restrukturizasiya olunması təklif olunan kredit məbləği 950.45 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan sübutlarla Cavabdeh2 "xxxx" ASC ilə bağladığı 27 noyabr 2014-cü il tarixli, ********* nömrəli müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya müqavilə müddətinin sonuna əsas borc qismində 559.09 ABŞ dolları əsas, 447.07 ABŞ dolları faiz, 826.33 ABŞ dolları cərimə, kredit müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 80.48 ABŞ dolları olmaqla, cəmi 1912.97 ABŞ dolları məbləğində borcunun yaranması, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə borcun azaldılmasına pul vəsaiti yönəldilməsi və nəticədə hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 950.45 manat təşkil etməsi təsdiq olunur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia 950.45 manat əsas borc məbləği hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-in 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh2 27 noyabr 2014-cü il tarixli, ********* nömrəli müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 950.45 manat məbləğində pul vəsaitini iddiaçı təşkilatın xeyrinə ödəməlidir. Məhkəmə digər Cavabdeh1 münasibətdə qeyd edir ki, öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 22 dekabr 2020-ci il tarixdə çatmış, lakin kreditor olaraq iddiaçı 22 may 2023-cü il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh1 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 52.53 (əlli iki, əlli üç) manat məbləğində dövlət rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, iddianın qismən, yəni 950.45 manat məbləğində təmin edilməsi nəzərə alınmalı və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı cavabdehə, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 950.45 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq L.p.o İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-2101/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2101/2023
17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver