Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-212/2024 19.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə. İddaçı"xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq Cavabdeh 4504 manat əsas, 596.29 manat faiz, 95.72 manat cərimə borcu olmaqla, ümumlikdə 5196.01 manat kredit borcunun və dövlət rüsumuna ödənilmiş 72.37 manat pulun tutularaq "xxxx" Kommersiya Bankının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1134nkSUM/22 saylı Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı xx.xx.2025-ci il tarixinədək, illik 18% ödəmək şərti ilə 4504 manat məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır.Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdü. Lakin borclu üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, nəticədə 3 noyabr 2023-cü il tarixədək banka 4504 manat əsas borc, 596.29 manat faiz borc, 95.72 manat cərimə borcu olmaqla, ümumlikdə 5196.01 manat borcu yaranmışdır. Odur ki, həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. İddiaçı "xxxx" KB ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmiş, lakin "xxxx" KB ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfin iştrakı olmadan işə mahiyyəti baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin xahişini nəzərə alıb, işə nümayəndənin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan bildirişlərin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh xəbərdalıq etməklə və bildiriş gödərməklə banka olan kredit borcunu vaxtında qaytarmadıqları halda məhkəməyə müraciət ediləcəyini, yaranmış borcun və ona hesablanmış faizlərin ödəməsini bildirmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, "xxxx" Kommersiya Bankı ASC məhkəmədə iddia qaldırılması üçün 72.37 manat dövlət rüsumu ödəmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-nə 3 noyabr 2023-cü il tarixədək banka 4504 manat əsas borc, 596.29 manat faiz borc, 95.72 manat cərimə borcu olmaqla, ümumlikdə 5196.01 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır. İşin faktiki halları ilə və iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla müəyyən olunur ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli 1134nkSUM/22 kredit müqaviləsinə əsasən cavabdehə kreditdən məqsədli təyinatına uyğun istifadə etmək üçün illik 18% ödəmək şərti ilə 4504 manat kredit vəsaiti verilmişdir.Borclu Cavabdeh öhdəliyini layiqincə yerinə yetirməyərək borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı məhkəmə mübahisəsinin hüquqi əsası olaraq tətbiq etməklə qeyd edir ki, tərəflər arasıında borc müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə borcun ödənilməsi müddəti başa çatdıqdan və öhdəliyin yaranmasından sonra ona edilən xəbərdarlıqlara baxmayaraq müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, müqavilə öhdəliklərinin şərtlərini pozmuşdur. Beləliklə məhkəmə ödənilməli olan pul məbləğini müzakirə edərək qeyd edir ki, 4504 manat əsas borc, 596.29 manat faiz borc, 95.72 manat cərimə borcu olmaqla, ümumlikdə 5196.01 manat kredit borcu və dövlət rüsumuna ödənilmiş 72.37 manat banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4504 manat əsas borc, 596.29 manat faiz borc, 95.72 manat cərimə borcu olmaqla, ümumlikdə 5196.01 manat kredit borcu və dövlət rüsumuna ödənilmiş 72.37 manat pul tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-212/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-212/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver