Məhkəmə qərarları › İş №e-2(050)-2160/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-2160/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-2160/2024 22.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X2, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı ASC Cavabdeh qarşı borc tələbi bardədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 18 iyul 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə ünvanlayaraq, işin baxılmamış saxlanılmasını və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalı, həmçinin İddiaçı ASC tərəfindən X5 ilə ödənilmiş (xx.xx.2024-cü il tarixli, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 142211, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ90CTRE********************) 30,55 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi bardə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC tərəfindən X5 ilə ödənilmiş (xx.xx.2024-cü il tarixli, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 142211, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ90CTRE********************) 30,55 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar