Məhkəmə qərarları › İş №e-2(050)-2171/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2171/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2171/2025 02.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı - İddiaçı MMC. Cavabdeh - Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: 13 fevral 2025-ci il tarixli TX522031-002 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi. Müqavilənin predmet – icarə müqaviləsi. Tələb olunan məbləğ: 13 fevral 2025-ci il tarixli TX522031-002 saylı müqavilə üzrə 1160 manat əsas borc və 32 manat dövlət rüsumu olmaqla cəmi 1192 manat. Sübutlar: borc müqaviləsi, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında 13 fevral 2025-ci il tarixli TX522031-002 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Müqavilənin təminatı kimi “Chevrolet Cobalt” minik markalı **-YZ-*** nömrə nişanlı nəqliyyat vasitəsi günlük 40 manat ödəmək şərti ilə 13 fevral 2025-ci il tarixdən 31 dekabr 2025-ci il tarixədək icarəyə verilmişdir, lakin cavabdeh tərəfindən müqaviləyə əsasən yaranmış öhdəlilklər pozulmuş və ya tam icra edilməmişdir. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh 13 fevral 2025-ci il tarixli TX522031-002 saylı müqavilə üzrə 1160 (min yüz altmış) manat əsas borc və ödənilmiş 32 manat dövlət rüsumunun əvəzi İddiaçı MMCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar