Məhkəmə qərarları › İş №e-2(050)-2172/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-2172/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-2172/2023 12.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu iddiaçı «X1» ASC-nin Cavabdeh qarşı «borc» tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə iddiaçı «X1» ASC-nin hüquq şöbəsinin müdiri İsmayıl İsmayılbəylinin verdiyi ərizəyə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X1» ASC Cavabdeh qarşı «borc» tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X1» ASC-nin nümayəndəsi Nümayəndə 30 may 2023-cü il tarixdə məhkəmənin elektron informasiya sisteminə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını, sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, iddiaçı «X1» ASC tərəfindən "xxxx" ASC-yə ödənilmiş (24 may 2023-cü il tarixli, qəbz nömrəsi **********, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1) 43 (otuz) manat məbləğində dövlət rüsumu «X1» ASC-yə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 114, 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «X1» ASC-nin Cavabdeh qarşı «borc» tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı «X1» ASC tərəfindən "xxxx" ASC-yə ödənilmiş (24 may 2023-cü il tarixli, qəbz nömrəsi **********, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1) 43 (otuz) manat məbləğində dövlət rüsumu «X1» ASC-yə qaytarılmalıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar