Məhkəmə qərarları › İş №e-2(050)-2273/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2273/2024

06.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2273/2024 06.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X2, İddiaçı «X5 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X5 Azərbaycan» QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 206.31 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun «X5 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində təşkilatın tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə «X5 Azərbaycan» QSC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, 2(050)-2812/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Belə ki, iddiaçı «X5 Azərbaycan» QSC “X1” MMC ilə bağlanmış xx.xx.2016 -ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X1” MMC-yə sifariş etmişdir. “X1 MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək Məhkəmə qətnaməsi üzrə ödənimlməmiş pul borcu, o cumlədən ödənilən xx.xx.2022-ci il tarixindəki 116.67 manat, xx.xx.2022-ci il tarixindəki 175 manat, xx.xx.2022-ci il tarixindəki 87.50 manat, xx.xx.2022-ci il tarixindəki 87.50 manat, xx.xx.2022-ci il tarixindəki 69.48 manat, xx.xx.2022-ci il tarixindəki 48.16 manat, xx.xx.2022-ci il tarixindəki 80.06 manat, xx.xx.2022-ci il tarixindəki 80.06 manat, xx.xx.2022-ci il tarixindəki 80.06 manat, xx.xx.2022-ci il tarixindəki 80.06 manat, xx.xx.2023-cü il tarixindəki 80.06 manat, xx.xx.2023-cü il tarixindəki 56.75 manat, xx.xx.2019-cu il tarixindəki 92.39 manat, xx.xx.2023-cü il tarixindəki 161.51 manat, xx.xx.2023-cü il tarixindəki 80.06 manatın geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən vəsait “X1” MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən “X1” MMC-yə 206.31 manat məbləğində xidmət haqqı ödənilmişdir. Qeyd edilən xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X1” MMC-yə cavabdeh(lər) tərəfindən «X5 Azərbaycan» QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 206.31 manat məbləğində xidmət haqqı ödəmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrəsadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan «X5 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə, 261326 nömrəli Güzəştli Kredit və Zaminlik müqavilə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 1485 manat məbləğində pul ayrılmışdır və о, 5 (beş) il müddətində əsas borcun ödənilməsinə 1 il güzəşt müddəti ilə illik 1 % (bir) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan «X5 Azərbaycan» QSC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, «X5 Azərbaycan» ilə " X1" MMC arasında bağlanmış xx.xx.2016cı il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq X4 tərəfindən ödənilən son tarix xx.xx.2023-cü il tarixinə 1375.32 manat " X1" MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də «X5 Azərbaycan» QSC tərəfindən X1" MMC-yə 206.31 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)- 2812/2021 nömrəli qətnamədən görünür ki, Cavabdeh əsas borca görə 1375,64 manat, faiz borcuna görə 7,04 manat, cərimə borcuna görə 0,57 manat, poçt xərclərinə görə 4,80 manat və dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1418 (bir min dörd yüz on səkkiz) manat 05 qəpik məbləğində pul tutularaq «X5 Azərbaycan» QSC-nin xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan Təhvil aktlarından görünür ki, xx.xx.2022-ci il tarixindəki 116.67 manat, xx.xx.2022-ci il tarixindəki 175 manat, xx.xx.2022-ci il tarixindəki 87.50 manat, xx.xx.2022-ci il tarixindəki 87.50 manat, xx.xx.2022-ci il tarixindəki 69.48 manat, xx.xx.2022-ci il tarixindəki 48.16 manat, xx.xx.2022-ci il tarixindəki 80.06 manat, xx.xx.2022-ci il tarixindəki 80.06 manat, xx.xx.2022-ci il tarixindəki 80.06 manat, xx.xx.2022-ci il tarixindəki 80.06 manat, xx.xx.2023-cü il tarixindəki 80.06 manat, xx.xx.2023-cü il tarixindəki 56.75 manat, xx.xx.2019-cu il tarixindəki 92.39 manat, xx.xx.2023-cü il tarixindəki 161.51 manat, xx.xx.2023-cü il tarixindəki 80.06 manatın geri ödətdirilməsini təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 206.31 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumu tutularaq «X5 Azərbaycan» QSC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar