Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2342/2025 16.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı - İddiaçı MM QBKT. Cavabdehlər - Cavabdeh2 və Cavabdeh1. Tərəflər arasında bağlanmış müqavilə - İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli **********0368 nömrəli kredit müqaviləsi və Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli **********0368-637574 nömrəli zaminlik müqaviləsi Müqavilənin predmeti - kredit və zaminlik müqaviləsi. Tələb olunan məbləğ – 748,39 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu. Sübutlar: Kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia əsaslıdır. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh1 03 sentyabr 2019-cu il tarixli **********0368 nömrəli güzəştli kredit müqaviləsi əsasında İddiaçı MM QBKT tərəfindən müqavilə imzalanan tarixə 2272,93 manat qalıq məbləgi illik 1% faiz dərəcəsi olmaqla və bir il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Lakin cavabdeh müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı MM QBKT ilə bağlanmış 03 sentyabr 2019-cu il tarixli **********0368-637574 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 iddiaçı qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 zamin durmuşdur. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 748,39 (yeddi yüz qırx səkkiz manat otuz doqquz qəpik) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MM QBKT-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №e-2(050)-2342/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2342/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver