Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-235/2025 19.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona etibarnamə ilə məxsus ** BU *** dövlət qeydiyyat nişanlı X6 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 8148 manat, həmçinin 101 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi badərə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində baş etibarnamə ilə ona məxsus olan 2008-ci il buraxlış ili olan, ban JTDKB20U193487609 saylı, ** BU *** dövlət qeydiyyat nişanlı X6 markalı avtonəqliyyat vasitəsini Cavabdeh günü 15 manat olmaqla, həftəlik 105 manata icarəyə vermişdir. Cavabdeh etibarnamə ilə ona məxsus olan nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixində yol nəqliyyat hadisəsi törətmiş nəticədə ona məxsus əmlaka ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Binəqədi Rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP6285521 saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərəfindən nəqliyyat vasitəsinə dəymiş ziyanın ödənilməsi və ya nəqliyyat vasitəsinin təmir olunub ona verilməsi ilə bağlı uzun müddət cavabdehlə danışıqları olsada ona dəymiş zərəri hissə hissə ödəyəcəyini vəd etsə də ona dəymiş ziyan bu günədək ödənilməmişdir. Sonunda tərəfindən avtonəqliyyat vasitəsi təmir olunmuşdur. Təmir mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən ** BU *** dövlət qeydiyyat nişanlı X6 markalı avtonəqliyyat vasitəsinə vurulmuş maddi zərər 8148 manat təşkil edir. Ona vurulmuş zərər cavabdeh tərəfindən qanunauyğun surətdə tutulmalıdır. İddiaçı “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Avtoservis”in arayışdan görünür ki, "Toyota Prius" minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin ümumi məbləği 8148 manat müəyyən edilmişdir. Binəqədi Rayon DYPŞ-nin 14 fevral 2024-cü il tarixli, TP6285521 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 14 fevral 2024-cü il tarixdə, saat 02:30-da Binəqədi yolu ərazisində X6 markalı, ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Rəhmətov X1 RPİ-nə verdiyi izahatından görünür ki, 14 fevral 2024-cü il tarixdə, Toyota Prius markalı, ** BU *** dövlət qeydiyyat nişanlı, etibarnamə ilə idarə etdiyi avtomobil ilə Binəqədi qəsəbəsi, 2-ci mədəndə hərəkətdə olduğu zaman idarəetməni itirib, yolun döngə hissəsində sol tərəfdə yerləşən işıq dirəyinə dəymişdir. Bədən xəsarəti alan olmayıb. 16 noyabr 2023-cü il tarixli, Bakı şəhəri 54 saylı notariat ofisinin notariusu X2 tərəfindən verilmiş etibarnamədən görünür ki, mülkiyyətçi (təmsil edilən) X3 mülkiyyətində olan 2008-ci il buraxlış ili olan, ban JTDKB20U193487609 saylı, ** BU *** dövlət qeydiyyat nişanlı X6 markalı avtonəqliyyat vasitəsini onun adından verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi İddiaçı idarə etmək üçün 3 ay 10 gün müddətinə Cavabdeh vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı sərəncamında olan 2008-ci il buraxlış ili olan, ban JTDKB20U193487609 saylı, ** BU *** dövlət qeydiyyat nişanlı X6 markalı avtonəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh 3 ay 10 gün müddətinə vermişdir. 14 fevral 2024-cü il tarixdə, saat 02:30-da Binəqədi yolu ərazisində X6 markalı, ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və yolun döngə hissəsində sol tərəfdə yerləşən işıq dirəyinə dəymişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Hadisə nəticəsində ** BU *** dövlət qeydiyyat nişanlı X6 markalı avtonəqliyyat vasitəsinə 8148 manat məbləğində zərər dəymiş, dəymiş zərər iddiaçıya ödənilməmiş, iddiaçı məcbur olub hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 101 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8148 manat ziyan və 101 manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8148 manat məbləğində ziyan pulu və 101 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №e-2(050)-235/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-235/2025
19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver