Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2421/2024 05.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış 1036.80 manat dəymiş ziyanın, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının, cəmi 1067.20 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Lənkəran X6 İdarəsinin Masallı rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********03330 olmaqla xx.xx.2022-ci il tarixinə kimi fasiləsiz təbii qazdan istifadə etmişdir. xx.xx.2022-ci il tarixdən cavabdeh X4 ilə istehlak olunmuş qaz sərfinə görə yaranmış borcun ödənilməsi barədə razılaşdırma protokolu bağlanmışdır. Həmin protokola görə xx.xx.2022-ci il tarixinə kimi qaza görə olan borcun ödənilməsini X4 öz öhdəliyinə götürmüşdür. X4 İddiaçı İB tərəfindən tərib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akta görə yazılmış 1036.8 manat məbləğin silinməsi ilə bağlı Masallı rayon Məhkəməsində iddia qaldırmış, iddia Masallı Rayon Məhkəməsinin 2(050)-550/2023 saylı qətnaməsi ilə rədd edilmişdir. Qətnamədən Q.X3 Məhkəməsinə apellyasiya şikayəti vermiş, Şirvan AM xx.xx.2023-cü il tarixli 2(106)-981/2023 saylı qətnamə ilə şikayəti qismən təmin etmişdir. Lənkəran RQİİ-nin mütəxəssisləri tərəfindən Lənkəran RQİİ-nin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən Cavabdeh tərəfindən qaz sayğacına qanunsuz qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn faktlar və hallar Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən foto və video çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Lənkəran RQİİnin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq akt tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 nömrəli, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərnin bərpasının hesablanması” Qaydalarına əsasən Lənkəran X6i İdarəsinin mütəxəssisləri tərəfindən cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1036.80 manat cavabdeh tərəfindən İddiaçı İB-yə cəmi 1036,80 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasından Cavabdeh izahatında göstərdi ki, onun barəsində Masallı Rayon Məhkəməsinin 2(050)-243/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cəmi 230.30 manat pul alınaraq İddiaçı İB-nə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Daha sonra həmin işə Şirvan Apelyasiya məhkəməsində baxılmış, Apelyasiyanın qətnaməsinə əsasən 1533.60 manat pul ondan tutularaq İddiaçı İB-nə ödənilməsi qətə edilmişdir. Onun fikrincə elə indi tələb edilən borc da həmin akta aiddir. Hesab edir ki, onun başqa borcu olmamalıdır. Bundan başqa onun adına olan qaz sayğacı Qadir Abıyevin adına keçirilmişdir. Odur ki, məsələnin araşdırılması üçün İddiaçı İB-nin nümayəndəsinin də məhkəmədə iştirak etməsinin təmin edilməsini və göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı Cavabdeh aid qaz sayğacı növbəti dövlət yoxlanması üçün çıxarılmış, yenisi ilə əvəz olunmuşdur. Aktın “Digər qeydlər” adlanan hissəsindən göstərilir ki, sayğacda deşik aşkarlanmışdır. Həmin fakt aktı tərtib etmiş cavabdeh təşkilatın nümayəndələrinin, o cümlədən istehlakçının nümayəndəsinin imzası ilə təsdiq edilmişdir. 30 noyabr 2022-ci il tarixli, ******* saylı aktda göstərilir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hisəsi deşici alətlə deşilib. İddiaçı Lənkəran X5 İdarəsinin rəisi Azər Musayev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli tələbnamənin “Aşkar edilmiş nöqsan” adlanan hissəsində sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi göstərilmiş, müdaxilə qaz itkisi kimi qiymətləndirilmiş, “Dəymiş ziyan həcminin hesablanması hissəsində “qaz sayğacının nominal qaz sərfi 4 kub/metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 8640 kub/metr itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan 13 noyabr 2022-ci il tarixli, AKX-0484271/112022 saylı müqavilənin surətindən görünür ki, İddiaçı Lənkəran X5 İdarəsi ilə X4 arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən “Paylayıcı” “İstehlakçı” nı təbii qazla təmin etməyi, “İstehlakçı” isə istifadə etdiyi təbii qazın dəyərini ödəmək barədə öhdəlik götürmüşdür. Abonent saldosundan görünür ki, X2 istehlak etdiyi təbii qaza görə 2022-ci ilin noyabr ayına kimi 1036.80 manat borcu yaranmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmədə işə baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı Lənkəran X6 İdarəsinin Masallı rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********03330 olmaqla xx.xx.2022-ci il tarixinə kimi fasiləsiz təbii qazdan istifadə etmişdir. xx.xx.2022-ci il tarixdən cavabdeh X4 ilə istehlak olunmuş qaz sərfinə görə yaranmış borcun ödənilməsi barədə razılaşdırma protokolu bağlanmışdır. xx.xx.2022-ci il tarixdən sayğac X2 adına keçirilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı Cavabdeh aid qaz sayğacı növbəti dövlət yoxlanması üçün çıxarılmış, yenisi ilə əvəz olunmuşdur. Məhz çıxarılmış qaz sayğacı sonradan labarotoriya şəraitində yoxlandıqdan sonra xx.xx.2022-ci il tarixdə qaz xəttinə müdaxilə edilərək qazın qanunsuz talanması müəyyən edildiyindən X2 abonent hesabına borc hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən iddiaçı X2 qeyd edilən aktın etibarsız hesab edilməsi ilə bağlı şikayətinə baxılarkən şikayət qismən təmin edilərək qaz xəttinə qanunsuz qoşulma nəticəsində ziyan vurulduğu müəyyən edilmiş, lakin sayğac xx.xx.2022-ci il tarixdə çıxarıldığından və həmin tarixdə sayğac Cavabdeh adına olduğundan iddia qismən təmin edilmiş, yəni Qadir Abıyevin adına həmin vaxt sayğac olmadığından onun abonent hesabına yazılmış borc silinmiş, lakin qazın talanması ilə bağlı akt etibarsız sayılmamışdır. Bununla da müəyyən edilmişdir ki, qeyd edilən sayğac yoxlanılarkən aşkar edilmiş qüsurlar səbəbindən qazın itirilməsinə görə hesablanmış borc düzgün olmuş, lakin borc Cavabdeh əvəzinə Qadir Abıyevin hesabına yazılmışdır. Belə olan halda iddaçı İddiaçı İB tərəfindən Cavabdeh itirilmiş qazın dəyərini, yəni 1036.8 (min otuz altı manat səksən qəpik) manat maddi zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM 21.2) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2 və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqısatqısı barədə müqaviləsinə əsasən Cavabdeh aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1.12-ci bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı dəymiş zərərin əvəzi kimi hesablanmış 1036.8 (min otuz altı manat səksən qəpik) manatın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış 1036.80 manat dəymiş ziyan, ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 1066.80 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-2421/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2421/2024
05.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver