Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2526/2025 06.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı - İddiaçı MM QBKT. Cavabdehlər - Cavabdeh1 və Cavabdeh2. Tərəflər arasında bağlanmış müqavilə - İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli **********0622 nömrəli kredit müqaviləsi və Cavabdeh2 arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli **********0622-641425 nömrəli zaminlik müqaviləsi Müqavilənin predmeti - kredit və zaminlik müqaviləsi. Tələb olunan məbləğ – 648,42 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu. Sübutlar: Kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia tam əsaslıdır. Məhkəmədə müəyyən olundu ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 Tapdiq oğlu arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli **********0622 nömrəli kredit müqaviləsinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 2078,60 manat qalıq məbləği illik 1% dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir, lakin o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı MM QBKT ilə bağlanmış 18 sentyabr 2019-cu il tarixli **********0622-641425 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər. 10 iyun 2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 648,42 manat borcunun olduğu qeyd edilmişdir. Hesab edirəm ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən birgə qaydada 648,42 manat əsas borc borc tutulmalıdır. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək borc məbləği və digər xərclər cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 648,42 (altı yüz qırx səkkiz manat qırx iki qəpik) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MM QBKT-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №e-2(050)-2526/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2526/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver