Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-26/2025 06.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 iştirakları ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borc və tələbin ipoteka predmentinə yönəldilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borc və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00219-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsini, Cavabdeh2 kreditin əsas borcu üzrə 8432,42 manat məbləğində qalıq, ona hesablanmış 1188.41 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 10620,83 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 122 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2b, 23 №-li mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 94.000 manat məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 8432,42 manat məbləğində qalıq, ona hesablanmış 1188,41 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 10620,83 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 122 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00278-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 11000 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2b, 23 №-li mənzilini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Seriya RX 1459314, tarix: xx.xx.2019) ipoteka predmeti kimi İddiaçı BOKT ASCyə təqdim etmiş və bu barədə xx.xx.2022-ci il tariхli 2022/000219-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2022-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 94000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddianın qiyməti 18 oktyabr 2023-cü il tarixinə kreditin əsas borcu üzrə 8432.42 manat məbləğində qalıq, ona hesablanmış 1188.41 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 10620.83 manat məbləğində borc yaranmışdır. Masallı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(050)-26/2025 saylı qərardadı ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc və tələbin ipoteka predmentinə yönəldilməsi» tələbi barədə iddianın “ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması” hissəsində xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, bildirdi ki, təşkilatla əvvəl müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə ödənişlər edilmişdir. Sonradan təşkilat onları aldadaraq, yeni müqavilə imzalatmışdır. Ekspert rəyi ilə razılaşmır. İddiaçı müqavilə üzrə verdiyi məbləğin iki mislini tələb edir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, bildirdi ki, ekspert rəyi ilə razılaşmır. Hazırda mənzilin dəyəri qiymətləndirilən kimi deyil. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, cavabdehləri dinələyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 04 oktyabr 2022-ci il tarixli, 2022/00278-01 saylı istehlak kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC Cavabdeh2 24 ay müddətinə, illik 30 % ilə 11000 manat məbləğində kredit vermişdir. 04 oktyabr 2022-ci il tarixli, 2022/00278-01 saylı notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili mülkiyyətçi Cavabdeh1 04 oktyabr 2022-ci il tarixli, 2022/00278-01 saylı istehlak kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayan İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX №1459314, qeydiyyat tarixi: xx.xx.2019-cu il, qeydiyyat nömrəsi: **********, əmlakın reyestr nömrəsi: **********63- 05301-093040 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 tam mülkiyyətində ünvan 1 ünvanında 52.4 kv.m-lik mənzili vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş və Daşınmaz əmlak dövlət reystrində 2985 npmrəli reyestr kitabının 278676 nömrəli vərəqində qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 tam mülkiyyətində ünvan 1 ünvanında 52.4 kv.m-lik mənzil 04 oktyabr 2024-cü il tarixədək, 04 oktyabr 2022-ci il tarixli, 2022/00278-01 saylı istehlak kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-nin xeyrinə yüklü etmişdir. 19 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə İddiaçı BOKT ASC arasında bağlanmış 04 oktyabr 2022-ci il tarixli, 2022/00278-01 saylı müqaviləyə əsasən Cavabdeh2 İddiaçı BOKT ASC-yə 5432.42 manat əsas, 1188.41 manat faiz və 1000 manat cərimə borcu vardır. xəbərdarlıq məktublarından görünür ki, İddiaçı BOKT ASC tərəfindən cavbdehlərə banka olan borcunun qaytarılması, qaytarmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 dekabr 2024-cü il tarixli, 9/9254 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında imzalanmış 04 oktyabr 2022-ci il tarixli, 2022/00278-01 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 İddiaçı BOKT ASC-yə xx.xx.2023-cü il tarixə olan borcu 8432.42 manat əsas, 1312.45 faiz borcu müəyyən edilmişdir. "xxxx" MMC-nin 03 dekabr 2024-cü tarixli G-12/24-132 saylı mənzilin dəyərini müəyyən etmək üçün keçirilmiş qiymətləndirmə hesabatının nəticəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin 03 dekabr 2024-cü il tarixinə bazar qiyməti 162000 manat, likvid qiyməti 152000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi hesab olunur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya, (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 317.1. 317.2.-ci maddələrinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.1. və 319.4.-cü maddələrinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bundan əlavə, tərəflər arasında ipoteka müqaviləsi münasibətləri vardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3-cü maddəinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-41.2-ci maddələrinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, 59.3.1- yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun, 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. Kredit müqaviləsi üzrə ödəniş müddətləri ötməsinə baxmayaraq, cavabdeh öhdəliklərini layiqincə icra etməmişdir. Belə olan halda iddiaçı tərəfin borc məbləğlərini tələb etməklə, tələbin ipoteka ilə yüklü olunmuş əmlaka yönəldilməsini və hərracda satılmasını tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qanunla qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanin 1 saylı Prtokolunun 1-ci maddəsinin və İnsan Hüquqları Avropa məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının 20 iyun 2020-ci il tarixli, 01 saylı qərardadının nəticə hissəsinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə ödənilməli olan əsas və faiz borc məbləğlərini müzakirə edərək qeyd edir ki, təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən 04 oktyabr 2022-ci il tarixli, 2022/00278-01 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 İddiaçı BOKT ASC-yə xx.xx.2023-cü il tarixə olan borcu 8432.42 manat əsas, 1312.45 faiz borcu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbində 8432.42 manat əsas, 1188.41 manat məbləğində faiz borc tələb edildiyindən həmin hissədə iddia əsaslıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor kredit verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 04 oktyabr 2022-ci il tarixli, 2022/00278-01 saylı istehlak kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 50 manat məbləğində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, 50 manat məbləğində dəbbə pulunun (cərimənin) tutulması ədalətli olmaqla yanaşı, bununla, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, 50 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi ilə yanaşı Cavabdeh2 ilə İddiaçı BOKT ASC arasında bağlanmış 04 oktyabr 2022-ci il tarixli, 2022/00278-01 saylı kredit müqaviləsinin ləğv edilməsini də xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Tərəflər arasında 04 oktyabr 2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi 24 ay müddətinə bağlanmaqla müqavilənin son müddəti 04 oktyabr 2024-cü il müəyyən edilmiş və hazırki tarixə həmin müqavilənin müddəti başa çatdığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 122 manat məbləğində dövlət rüsumunun 116.72 manatı Cavabdeh2 aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh2 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 50 manat X1 (kod:210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SWİFT- CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına və 400 manat "xxxx" MMC-nin (VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, SWİFT BİC İBAZAZ2X, H/h AZ52İBAZ********************, kod:805539,) hesabına tutulmalıdır. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh2 04 oktyabr 2022-ci il tarixli, 2022/00278-01 saylı istehlak kredit müqaviləsi üzrə 8432.42 manat əsas, 1188.41 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 9670.83 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 116.72 manat hissəsi İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı, ipoteka predmetinin ilkin satış qiyməti 152000 manat (likvid dəyər) müəyyən edilməli, tələb ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməklə əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul hesabına qeyd olunan borc məbləğləri İddiaçı BOKT ASC-yə ödənilməlidir. Bundan başqa Cavabdeh2 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 50 manat X1 (kod:210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SWİFT-CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına və 400 manat "xxxx" MMC-nin (VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, SWİFT BİC İBAZAZ2X, H/h AZ52İBAZ********************, kod:805539,) hesabına tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 04 oktyabr 2022-ci il tarixli, 2022/00278-01 saylı istehlak kredit müqaviləsi üzrə 8432.42 manat əsas, 1188.41 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 9670.83 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 116.72 manat hissəsi İddiaçı BOKT ASC-nin xeyrinə tutulsun. İpoteka predmetinin ilkin satış qiyməti 152000 manat (likvid dəyər) müəyyən edilsin. Tələb ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməklə əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş pul hesabına qeyd olunan borc məbləğləri İddiaçı BOKT ASC-yə ödənilsin. Cavabdeh2 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 50 manat X1 (kod:210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SWİFT- CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına və 400 manat "xxxx" MMC-nin (VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, SWİFT BİC İBAZAZ2X, H/h AZ52İBAZ********************, kod:805539,) hesabına tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-26/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-26/2025
06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver