Məhkəmə qərarları › İş №e-2(050)-2604/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2604/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2604/2025 08.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı MM QBKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı - İddiaçı MM QBKT. Cavabdehlər - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3. Tərəflər arasında bağlanmış müqavilə - İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2024-cü il tarixli **********1662 nömrəli kredit müqaviləsi və Cavabdeh3 arasında bağlanmış 04 mart 2024-cü il tarixli **********1662 -1305026 nömrəli, Cavabdeh2 arasında bağlanmış 04 mart 2024-cü il tarixli **********1662 -1320701 nömrəli zaminlik müqavilələri. Müqavilənin predmeti - kredit və zaminlik müqaviləsi. Tələb olunan məbləğ – 1021 manat əsas borc, 185,56 manat faiz borcu, 63,89 manat cərimə, cəmi 1270,45 manat məbləğində borc və 32,71 manat məbləğində ödənilmiş dövlət rüsumu. Sübutlar: Kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia qismən əsaslıdır. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh1 04 mart 2024-cü il tarixli **********1662 nömrəli kredit müqaviləsi əsasında İddiaçı MM QBKT-dan ailə-kəndli təsərrufatının yaradılması və ya genişləndirilməsi, həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 27% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 1500 manat məbləğdə kredit almış lakin, o müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış 04 mart 2024-cü il tarixli **********1662 -1305026 nömrəli və Cavabdeh2 arasında bağlanmış 04 mart 2024cü il tarixli **********1662 -1320701 nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh1 iddiaçı qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 və Cavabdeh3 ona zamin durmuşlar. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər. 23 iyun 2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 1021 manat əsas borcu, 185,56 manat faiz borcu, 63,89 manat cərimə, cəmi 1270,45 manat borcunu olduğu qeyd edilmişdir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının 04 mart 2024-cü il tarixli **********1662 nömrəli müqavilə üzrə tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 1021 manat əsas borc, 185,56 manat faiz borcu, 20 manat cərimə, cəmi 1226,56 (min iki yüz iyirmi altı manat əlli altı qəpik) manat məbləğində pul və 32,71 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MM QBKT-nə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar