Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2645/2024 26.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları 20 yanvar 2010-cu il təvəllüdlü X5 və 18 sentyabr 2012-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan aliment məbləğinin artırılaraq hər ay bir uşaq üçün 235 manat, cəmi 470 manat müəyyən edilməklə cavabdehdən tutularaq ona ödənilməsi və mediasiya üçün ödənilmiş rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə el adəti qaydasında ailə qurmuşlar, birgə yaşadıqları müddətdə xx.xx.2010-cu ildə X6 və xx.xx.2012-ci ildə X18 adlı uşaqları olmuşdur. Bir müddət yaşadıqdan sonra cavabdehlə ayrılmışlar. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, iki nəfər uşağın saxlanılması üçün hər bir uşağa 100 manat iki uşağa görə cəmi 200 manat aliment təyin edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş bir uşağa görə 100 manat alimentin məbləği hazırda uşaqın saxlanılması, onların gündəlik təlabatlarının qarşılanması, geyim və digər işlərinin görülməsinə yetmir. Artıq uşaq üçün keçən il alınmış geyim paltarları uşağın əyninə olmur, gündəlik təlabatı artımış uşağın saxlanılması üçün müəyyən edilmiş yaşayış minumu haqqında qanunumuz 2024-ci il üçün artırılaraq hər uşaqların saxlanılmasında görə 235 manat müəyyən edilmişdir. Cavabdeh əmək qabiliyyətli olmaqla yas mərasimlərini həyata keçirir və dini işlə məşğuldur. Uşağın gündəlik tələbatı, böyüməsi artıq ona yaya yeni geyim paltarlarının alınmasına, dava dərmanlarına, yeyinti məhsullarına və digər xərcləri artdığından yuxarıda qeyd edilən məhkəmə qətnaməsi ilə təyin edilmiş 100 manat aliment məbləği uşağın saxlanılmasına çatmadığından təyin edilmiş alimentin məbləği artırılmalıdır. Alimentin artırılması ilə bağlı mediasiya müraciət etmiş, lakin cavabdeh mediasiya gəlmədiyindən mübahisəni orada həll edə bilməmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmalı olmuşdur. Odur ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş bir uşağa görə 100 manat alimentin məbləği artırılaraq hər bir uşağa görə 235 manat, iki uşağa görə cəmi 470 manat alimentin müəyyən edilməsi və mediasiya ödədiyi rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir, lakin ərizə ilə müraciət edərək göstərmişdir ki, Cavabdeh işləməklə aylıq qazanc əldə edir, lakin uşaqlara tam olaraq baxmır. onun uşaqları skalioz xəstəsidir və onların müalicəsini tək başına elətdirmək məcburiyyətində qalır. Son günlər qızı Əsma Babalını yenə müayinədən keçirtmiş, lakin belində olan onurğa əyriliyi biraz da irəli getmişdir. Bunla bağlı həkim tərəfindən müalicə kursu, fizioterapiya yazılsa da, qızının idman kursu keçməsi pullu olduğundan və buna imkanı çatmadığından etdirə bilməmişdir. Rəşad isə uşaqların müalicəsində ona hec bir köməklik etmir. Uşaqlarına tək başına baxmaq məcburiyyətində qaldığından məhkəmə iclaslarında iştirak edə bilmir. Hər iki uşağı skalioz xəstəsidir, onların müalicəsinə pulu yoxdur. Odur ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamədən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 20 yanvar 2010-cu il təvəllüdlü X2 və 18 sentyabr 2012-ci il təvəllüdlü X14 atası Cavabdeh, anası İddiaçıdır. Masallı Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(050)-1818/2020 saylı qətnaməsindən görünür ki, X7 ilə Cavabdeh arasında olan nikah pozulmuş, 20 yanvar 2010-cu il təvəllüdlü X8 və 18 sentyabr 2012-ci il təvəllüdlü X18 anası X3 yanında və himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Abdulqafar oğlu ilə X9 arasında olan nikah qeydi Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il ytarixli qətnaməsinə əsasən pozulmuşdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, 20 yanvar 2010cu il təvəllüdlü X1 atası Cavabdeh hesab edilmişdir. Masallı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il təvəllüdlü Əsma Babalıya məxsus bel fəqərələri rentgenoqrafiyası barədə məlumat vərəqəsindən görünür ki, X15 aşağı döş və bel fəqərələrin skoliozu, fəqərə korpus yüksəklikləri və fəqərələrarası məsafələr normal genişlikdədir. Sınıq xətti və ya yerdəyişmə aşkar edilməmişdir. Fəqərə kənarı yumşaq toxumlar normaldır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Masallı Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(050)-1818/2020 saylı qətnaməsinin qəbulundan 4 ildən artıq bir müddətin keçməsini və bu müddət ərzində uşaqların böyüdükcə artan tələbatlarını, diqqətəlayiq digər halları, eləcə də uşaqların iddiaçı ilə yanaşı cavabdehdən maddi təminat almaq hüququnun olmasını, yaşayış minimumu ilə müəyyən edilmiş məbləğin Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini nəzərə alaraq ödənilməli olan alimentin miqdarının bir uşaq üçün 160 manat sabit pul məbləğində müəyyən olunmasını uşaqların hüquq və mənafelərinə uyğun hesab edir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün hər ay sabit pul məbləği ilə bir uşağa görə 235 manat manat aliment tutulub ona verilməsini xahiş etsə də, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8 saylı Qərarının 8-ci maddəsinin 14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(050)-1818/2020 saylı qətnaməsi ilə 20 yanvar 2010-cu il təvəllüdlü X2 və 18 sentyabr 2012-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 160 (bir yüz altımış) manat olmaqla iki uşaq üçün 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin və həmin məbləğ Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə 31.40 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-2645/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2645/2024
26.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver