Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2676/2023 12.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 0084075AZN39965 saylı xidmətin göstərilməsi üçün ərizə üzrə 9000 manat əsas borc, 2000.28 manat faiz borcu, 28.58 manat cərimə borcu olmaqla, cəmi 11028.86 manat, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyatına əsasən cəmi 516 manat əsas borc, 10.61 manat cərimə borcu olmaqla, cəmi 526.61 manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 125 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 0084075AZN39965 saylı, xx.xx.2022-ci il tarixli xidmətin göstərilməsi üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2026-cı il tarixədək illik faiz dərəcəsi 26%, kreditin faktiki illik faiz dərəcəsi 27.81%, illik cərimə faizi 180% olmaqla, 9000 manat məbləğində istehlak krediti verilmişdir. Borcalan ərizəni imzalamaqla Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində www.pashabank.az saytında yerləşdirilən xx.xx.2022-ci il tarixli 1.1.5 nömrəli versiyasının şərtlərini qəbul edərək, öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını qəbul etmişdir. Belə ki, Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.1.5 nömrəli versiyasının İV Bölməsinin 5.2.2-ci bəndinə əsasən bu müqavilə çərçivəsində kreditdən “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə Bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda, Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun İV Bölməsinin 2.11-ci bəndinə əsasən kart üzrə texniki overdraft, yəni məzənnə fərqi, üçüncü tərəflərə gələcəkdə ödəniş edilməsi üçün müştəri tərəfindən kart məlumatları daxil edildikdə, lakin ödəniş vaxtı hesabda vəsait olmadıqda və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Texniki overdraft nəticəsində yaranmış borcun (əsas, faiz, cərimə və s.) ödənilməsinə görə məsuliyyəti müştəri daşıyır. Bundan əlavə borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 288 gün, kart hesabı üzrə 314 gün təşkil edir. Qeyd olunanlara əsasən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri 0084075AZN39965 saylı xidmətin göstərilməsi üçün ərizə üzrə 9000 manat əsas borc, 2000.28 manat faiz borcu, 28.58 manat cərimə borcu olmaqla, cəmi 11028.86 manat, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyatına əsasən cəmi 516 manat əsas borc, 10.61 manat cərimə borcu olmaqla, cəmi 526.61 manat borc təşkil edir. Eyni zamanda X1 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 125 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 0084075AZN39965 saylı, xx.xx.2022-ci il tarixli xidmətin göstərilməsi üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2026-cı il tarixədək illik faiz dərəcəsi 26%, kreditin faktiki illik faiz dərəcəsi 27.81%, illik cərimə faizi 180% olmaqla, 9000 manat məbləğində istehlak krediti verilmişdir. Borcalan ərizəni imzalamaqla Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində www.pashabank.az saytında yerləşdirilən xx.xx.2022-ci il tarixli 1.1.5 nömrəli versiyasının şərtlərini qəbul edərək, öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını qəbul etmişdir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.1.5 nömrəli versiyasının İV Bölməsinin 5.2.2-ci bəndinə əsasən bu müqavilə çərçivəsində kreditdən “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə Bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun İV Bölməsinin 2.11-ci bəndinə əsasən kart üzrə texniki overdraft, yəni məzənnə fərqi, üçüncü tərəflərə gələcəkdə ödəniş edilməsi üçün müştəri tərəfindən kart məlumatları daxil edildikdə, lakin ödəniş vaxtı hesabda vəsait olmadıqda və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Texniki overdraft nəticəsində yaranmış borcun (əsas, faiz, cərimə və s.) ödənilməsinə görə məsuliyyəti müştəri daşıyır. İş materiallarında olan İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri 0084075AZN39965 saylı xidmətin göstərilməsi üçün ərizə üzrə 9000 manat əsas, 2000.28 manat faiz, 28.58 manat cərimə borcu olmaqla, cəmi 11028.86 manat, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyatına əsasən cəmi 516 manat əsas, 10.61 manat cərimə borcu olmaqla, cəmi 526.61 manat borc təşkil edir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Həmin Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 125 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Cavabdeh 0084075AZN39965 saylı xidmətin göstərilməsi üçün ərizə üzrə 9000 manat əsas, 2000.28 manat faiz, 28.58 manat cərimə borcu olmaqla, cəmi 11028.86 manat, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyatına əsasən 516 manat əsas, 10.61 manat cərimə borcu olmaqla, cəmi 526.61 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 125 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 0084075AZN39965 saylı xidmətin göstərilməsi üçün ərizə üzrə 9000 manat əsas, 2000.28 manat faiz, 28.58 manat cərimə borcu olmaqla, cəmi 11028.86 manat, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyatına əsasən 516 manat əsas, 10.61 manat cərimə borcu olmaqla, cəmi 526.61 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 125 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №e-2(050)-2676/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2676/2023
12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver