Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2685/2023 25.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 Sahəbəddin qızına və Cavabdeh1 Sahəbəddin oğluna qarşı borcun tutulması tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək Cavabdeh2 Sahəbəddin qızından və Cavabdeh1 Sahəbəddin oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 862,69 manat əsas borc, 126,64 manat faiz borcu, cəmi 989,33 manat pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin hesabına ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 Sahəbəddin qızı arasında bağlanmış xx.xx.2022-cı il tarixli kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 12 ay müddətinə 1172,09 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə İddiaçı ASC Cavabdeh1 Sahəbəddin oğlu ilə xx.xx.2022-cı il tarixli zaminlik müqaviləsi bağlamışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən zamin şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öz üzərilərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. Cavabdeh2 Sahəbəddin qızının xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-cı il tarixli Kredit müqaviləsinə əsasən 862,69 manat əsas borc 126,64 manat faiz borcu cəmi 989,33 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdehlər Cavabdeh2 Sahəbəddin qızına və Cavabdeh1 Sahəbəddin oğluna Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişlər. İşdə olan xx.xx.2022-ci il tarixli, RGTK7989785A121 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Sahəbəddin qızı ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 12 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 1172.09 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh1 Sahəbəddin oğlu ilə bank arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, Z- RGTK7989785A121 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Sahəbəddin qızı ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 12 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 1172.09 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh1 Sahəbəddin oğlu ilə bank arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh2 Sahəbəddin qızının xx.xx.2023-cü il tarixədək banka xx.xx.2022-ci il tarixli, RGTK7989785A121 saylı kredit müqaviləsinə əsasən 862.69 manat əsas borc, 126.64 manat faiz borcu yaranmışdır. Kassa məxaric orderlərinin surətinlərdən görünür ki, "xxxx" ASC Cavabdeh2 Sahəbəddin qızına xx.xx.2022-ci il tarixdə, 1172.09 manat pul vermişdir. Ödəniş qəbzindən görünür ki, "xxxx" ASC məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Borcun ödənilməsi barədə xəbərdarlığın surətindən görünür ki, "xxxx" ASC Cavabdeh2 Sahəbəddin qızına banka olan kredit borcunu vaxtında qaytarmadığı halda məhkəməyə müraciət ediləcəyini, yaranmış borcun və ona hesablanmış faiz və cərimələrin ödəməsi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.1.-ci maddəsinə görə əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 472.1.-472.3.-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 Sahəbəddin qızı arasında bağlanmış xx.xx.2022-cı il tarixli kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 12 ay müddətinə 1172,09 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə İddiaçı ASC Cavabdeh1 Sahəbəddin oğlu ilə xx.xx.2022-cı il tarixli zaminlik müqaviləsi bağlamışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən zamin şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öz üzərilərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. Cavabdeh2 Sahəbəddin qızının xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-cı il tarixli Kredit müqaviləsinə əsasən 862,69 manat əsas borc 126,64 manat faiz borcu cəmi 989,33 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə ( hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq, bankın hesabına ödənilməlidir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 Sahəbəddin qızından və Cavabdeh1 Sahəbəddin oğlundan müştərək qaydada 862.69 manat əsas borc, 126.64 manat faiz borcu, cəmi 989,33 manat və 30 manat ödənilmiş dövlət tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-2685/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2685/2023
25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver