Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2703/2024 24.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbi barədə mülki işə, Masallı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3783.78 manat əsas, 420.90 manat faiz, 32.04 manat cərimə, cəmi 4236.72 manat kredit borcu və ödənilmiş 63 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 etiraz ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə araşdırması tələb olunduğu üçün iş üzrə iddia icraatına keçirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 093MİK2315 №-li kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə 27 %-lə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.2.2-ci maddəsinə görə borcalan aldığı kredit məbləğini və ona hesablanmış faizləri müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrə uyğun həyata keçirməlidir. Həmin müqavilənin 4.1.4-cü maddəsinə görə, borcalan müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə, kredit verən borcalan tərəfindən istifadə olunmuş kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtından əvvəl qaytarılmasını tələb etmək və müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Bu barədə müqavilənin 5.2-cü maddəsində də qeyd olunmuşdur. Həmin müqavilənin 5.4-cü maddəsinə görə, borcalan öz öhdəliklərini yerinə yetirmədikdə, zaminlər qanunvericiliyə uyğun olaraq ödənişə yönəldilir. Borcalan bu müqavilədə göstərilən müddətdə borcu qeyd şərtsiz ödəməlidir. Borcun zaminlərin hesabına ödənişə yönəldilməsi zamanı faktiki alınmış və qaytarılmış kredit məbləğlərinin qaytarılmış kredit məbləğinin (hesablanmış faizlər və cərimələr də daxil olmaqla) qaytarılması təmin edilir. Həmin müqavilənin 5.5-ci maddəsinə görə, kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə, kredit verən vaxtında qaytarılmamış məbləğə mövcud olan kredit faizinin 2 (iki) misli qədər cərimə faizi hesablayır. Cərimə faizi ödənişin gecikdirmə vaxtının ilk günündən hesablanır. Cavabdehin kredit öhdəliyinin təminatı kimi Cavabdeh1 Nizam oğlu ilə xx.xx.2023-ci il tarixli 093MİK2315 -1Z № - li zaminlik müqaviləsi bağlanılmışdır. Adı çəkilən zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə birgə zamin olmuş şəxslər kredit verən qarşısında borcalanın xx.xx.2023-ci il tarixli 093MİK2315 №-li kredit müqaviləsi üzrə 5000 manat məbləğində kredit və ona hesablanmış faizlər məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. Həmin müqavilənin 4.1.1-ci maddəsinə görə, birgə zamin olmuş şəxslər kredit verən qarşısında bu müqavilənin 3.1-ci bəndində göstərilən məbləği kredit verənin ilk tələbi əsasında heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və buna görə özlərinin bütün əmlakı (pul vəsaiti) ilə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əsasən, cavabdehlər tərəfindən ödəniş qrafiki pozularaq gecikdirilməklə, müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmuş və bununla da vurulan zərər nəticəsində "xxxx" MMC Bank olmayan Kredit Təşkilatını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələlərin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq onunr tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilməmişdir. Cavabdehlərə göndərilmiş xəbərdarlıq (pretenziya) məktubu da uzun müddət keçməsinə baxmayaraq cavabsız və nəticəsiz qalmışdır. Cavabdehin xx.xx.2023ci il tarixli, 093MİK2315 №- li kredit müqaviləsinə əsasən, "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına xx.xx.2024-cü il tarixə olan borcu 3783.78 manat əsas, 420.90 manat faiz borcu, 32.04 cərimə, cəmi 4236.72 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1, iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, sözügedən kredit müqaviləsi üzrə zamin olmuşdur. Zamin durduğu şəxsi tanımır, lakin bilir ki, tanışı olan Cəsarət Həmidov bu krediti gəlinin adına götürmüş və onu zamin etmişdir. O, krediti Cəsarət götürmüşdür və krediti götürərkən onu bir ay sonra zaminlikdən çıxaracağını bildirmişdir. O, da Cəsarətə inanıb onun üçün götürülən kredit üçün zamin durmuşdur. Hesab edir ki, Cəsarət onu aldadaraq, onun etibarından sui-istifadə etmişdir. Bundan başqa müqavilə üzrə ödənişlər etmişdir. Lakin, kreditor onun ödənişlərinə baxmayaraq yenə də yüksək məbləğ tələb edir. Ona ilin sonunadək vaxt verilməsini və məsələnin qaydasına salınmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşdə olan xx.xx.2023-ci il tarixli, 093MİK2315 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MMC BOKT Cavabdeh2 illik 27 faiz olmaqla 24 ay müddətinə 5000 manat kredit verilmişdir. İşdə olan xx.xx.2023-ci il tarixli, 093MİK2315-1Z saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2023-ci il tarixli, 093MİK2315 saylı kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin borclunun təşkilat qarşısında öhdəliklərinin tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyət daşıyır. Həmçinin həmin müqaviləyə əsasən zamin borcalan tərəfindən öhdəliyin icra olunmaması və lazımınca icra olunmaması ilə əlaqədar borcun məcburi qaydada alınmasını nəzərdə tutan məhkəmə qətnaməsinin tam icra olunub başa çatmasınadək hesablanan faiz borcunun ödənilməsini təmin etməlidir. İşdə olan xəbərdarlığın surətindən görünür ki, "xxxx" Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq məktubu göndərməklə təşkilata olan kredit borcunu vaxtında qaytarmadıqları halda, məhkəməyə müraciət ediləcəyi, yaranmış borcun, ona hesablanmış faiz və cərimələrin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 29 sentyabr 2023-cü il tarixli "xxxx" MMC BOKT ilə Cavabdeh2 arasında razılaşdırılmış müqaviləyə əlavə №1-dən görünür ki, 23 yanvar 2023-cü il tarixli, 093MİK2315 saylı kredit müqaviləsinin müddətinin 29 sentyabr 2026-cı il tarixdək uzadılması barəd razılıq əldə edilmişdir. 29 sentyabr 2023-cü il tarixli "xxxx" MMC BOKT ilə Cavabdeh1 arasında razılaşdırılmış müqaviləyə əlavə №1-dən görünür ki, 23 yanvar 2023-cü il tarixli, 093MİK2315 saylı zaminlik müqaviləsinin müddətinin 29 sentyabr 2026-cı il tarixdək uzadılması barədə razılıq əldə edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" MMC BOKT məhkəmədə iddia qaldırmaq üçün 63 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələb qismən əsaslıdır. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 093MİK2315 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MMC BOKT Cavabdeh2 illik 27 faiz olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh1 ilə xx.xx.2023-ci il tarixli, 093MİK2315-1Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa 23 sentyabr 2023-cü ildə tərəflər arasında olan razılığa əsasən kredit və zaminlik müqavilələrinin müddəti uzadılmışdır. Borclular kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmiş, kredit təşkilatı tərəfindən onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, nəticəsi olmamışdır. Nəticədə borcluların iddiaçıya 3783.78 manat əsas, 420.90 manat faiz, 32.04 manat cərimə, cəmi 4236.72 manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur. (maddə 443.1).Borclu icranı kecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (maddə 443.5). Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə, və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaiti məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyələnşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə ( hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kredit borcuna görə hesablanmış faizlə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. "xxxx" MMC BOKT xx.xx.2024-cü il tarixdə borclunun ünvanına bildiriş göndərməklə həmin tarixə 3783.78 manat əsas, 359.90 manat faiz, 21.72 manat isə cərimə olmaqla borcunun yarandığını göstərmiş, borc məbləği ilə öhdəlikləri lazimi qaydada icra etmədiyini bildirmiş, öhdəliklər icra edilməyəcəyi halda müqaviləni xitam edəcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən bildirişdə bank əsas borcu tam şəkildə tələb etdiyindən müqaviləni bir tərəfli qaydada xitam etmək niyyətini ifadə etmişdir. Yuxarıda qeyd edilən normaların tələblərinə əsasən həmin tarixdən müqavilə münasibətlərinə xitam verildiyindən məhkəməyə müraciət edildiyi zaman bildirişdə tələb edilmiş pulun məbləğindən əlavə pul tələb etmək hüququ olmamışdır. Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İşin hallarından görünür ki, bank MM-nin 445.7-ci maddəsinə əsaslanmaqla illik 5 faiz pul tələb etməmişdir. BOKT tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində isə 3783.78 manat əsas, 420.90 manat faiz, 32.04 manat cərimə, cəmi 4236.72 manat pul tələb edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən tələb edilən faiz borcu ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, BOKTnın borcluya ünvanladığı bildirişdə tələb etdiyi 359.78 manat faiz borcunu tələb etmək hüququ olduğundan, iddia tələbi həmin hissədə təmin edilməldir. Məhkəmə nəzərə alır ki, cərimə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Cərimə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor kredit verərəkən cərimə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 21.72 manat məbləğində saxlanılmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3783.78 manat əsas, 359.90 manat faiz, 21.72 manat cərimə, cəmi 4175.4 manat və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 63 manat məbləğində pul vəsaitinin 61.75 manat məbləğində hissəsi tutularaq "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3783.78 manat əsas, 359.90 manat faiz, 21.72 manat cərimə, cəmi 4175.4 manat və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 63 manat məbləğində pul vəsaitinin 61.75 manat məbləğində hissəsi tutularaq "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-2703/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2703/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver