Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2757/2024 19.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin Nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Masallı Regional Cavabdehndə notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə, Masallı rayon İcra və Probasiya şöbəsinə qarşı "notariusun icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən ona kredit ayrılmışdır. Kredit borcu davamlı olaraq tərəfindən ödənilməsinə baxmayaraq cavabdeh "xxxx" ASC guya həmin borcun vaxtı-vaxtında ödənilmədiyi üçün borcun ondan alınaraq banka ödənilməsi ilə bağlı digər cavabdeh Masallı regional Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi icra qeydinin aparılması ilə bağlı qanunun tələblərində göstərilən prosessual halları pozmaqla xx.xx.2024-cü il tarixdə 8İ-8411 nömrəli icra qeydi aparmış və 3376.79 manat pulun ondan alınaraq tələbkar "xxxx" ASC-yə verilməsi barədə icra sənədi icra edilməsi üçün Masallı rayon İcra şöbəsinə icra vərəqəsi vermişdir. İlk öncə qeyd edir ki, icra qeydinin aparılması barədə üçüncü şəxs "xxxx" ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borclu olaraq ona tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli idi, amma buna baxmayaraq ABB ASC həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Bundan əlavə Masallı regional Cavabdeh notariat ofisi icra qeydini təsdiq edərkən mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə borclu olaraq onun məlumatının olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etmədən tələbkardan borclu olaraq ona icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da notariat haqqında qanunun 76-cı maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Qeyd edir ki, qanunsuz icra qeydi əsasında verilmiş icra sənədindən məlumatı xx.xx.2024-cü il tarixdə olmuş olsa da, buna baxmayaraq icra şöbəsi tərəfindən onun barəsində məcburi icra tədbirləri başlamışdır. Halbuki, qanunun tələbinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin ona bildiriş göndərilməmişdir. İddiaçının tələbi: Masallı regional Cavabdeh notariat ofisinin xx.xx.2024-cü il tarixli 8İ-8411 nömrəli icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək iddi tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin "xxxx" ASC elektron məhkəmə informasiya kabineti vasitəsilə xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim etmiş, etirazında bildirmişdir ki, İddiaçı Masallı regional “ASAN Xidmət" mərkəzində Notariat ofisinə qarşı “Masallı regional Cavabdehndə notariat ofisinin 8İ-8411 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv olunması barədə” iddia tələbi ilə məhkəməyə müraciət edərək Masallı regional Cavabdehndə notariat ofisinin 8İ-8411 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddia tələbinin əsası kimi icra qeydinin aparılacağı barədə bildirişin ona göndərilmədiyini və məlumatının olmadan icra qeydinin qəbul olunmasını bildirmişdir. Aşağıda qeyd olunan əsaslara görə hesab edilir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, iddaçı İddiaçı ilə “ABB" ASC-nin Lənkəran filialı arasında xx.xx.2022ci il tarixli BPM**********22 saylı kredit müqaviləsi bağlanmış və ona 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq İddiaçı Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı kredit vəsaitindən istifadə etsə də, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Bankın məsul əməkdaşları tərəfindən kreditin ödənilməsi ilə bağlı borclu tərəfindən təqdim edilmiş ***-******* saylı mobil nömrəsi ilə dəfələrlə əlaqə saxlanılmış, borclu əvvəllər işdən çıxdığını və tez bir zamanda borcunu ödəyəcəyi ilə bağlı vədlər versə də, lakin sonradan telefon nömrəsinə cavab verməmişdir. Bundan sonra Bank tərəfindən xx.xx.2024-cü il tarixli 6-2-22/2- 10850/2024 saylı bildirişlə pretenziya qaydasında ona məlumat verilmiş və “Notariat haqqında" Azərbaycan Respublikası qanunun 76-cı maddəsinə əsasən 20 gün müddət ərzində öhdəliyi icra etməsi bildirilmişdir. Qeyd olunan bildiriş xx.xx.2024-cü il tarixdə 16 saylı X4 təhvil verilmiş və məktubun təhvil alınması barədə reyestrə xx.xx.2024-cü il tarixini özündə əks etdirən möhür vurulmuşdur. Bundan başqa Poçt Şöbəsinin xx.xx.2024-cü il tarixini özündə əks etdirən möhür vurulmuş OPG-lərin qəbulu haqqında xx.xx.2024-cü il tarixli **********73 saylı Siyahısından görünür ki, İddiaçı bildiriş SX016424492AZ saylı kodla sifarişli xəbərnaməli olaraq göndərilmişdir. Qeyd olunan maddəyə uyğun olaraq icra qeydi qəbul olunmamışdan 27 gün əvvəl (yəni xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, xx.xx.2024-cü il tarixdə İcra qeydi qəbul olunmuşdur) göndərilmişdir. Bundan əlavə İddiaçı iddia ərizəsində bank tərəfindən ondan tələb olunan borcun çox şişirdildiyini, onun Banka 1635 manat borcu qaldığını, eyni zamanda Banka nə qədər pul ödənilməsi barədə məlumat almaq istədiyini və Bankın onu gözlətdiyini, ona təqdim etmədiyini bildirsə də, qeyd olunan hallar həqiqətə uyğun deyildir. Belə ki, İddiaçı qeyd olunan hallar barədə, eyni zamanda ödədiyi məbləğlər barədə məhkəməyə heç bir sənəd təqdim etməmiş və qeyd etdiklərini sadəcə ehtimallarına əsasən bildirmişdir. Bundan əlavə istənilən müştəri Banka müraciət edərək kredit borcu barədə, həmin kredit üzrə ödənişləri barədə hesabdan çıxarış almaq hüququna malikdir, iddiaçının isə bununla bağlı heç bir müraciət etməyərək, həqiqətə uyğun olmayaraq, Bankın ona borcunu demədiyini bildirir. Halbuki Bank tərəfindən bununla bağlı ona dəfələrlə zəng edilmiş və məktub göndərilmişdir. Qeyd olunan borc da qanuna uyğun olaraq sistem tərəfindən hesablanmış və borc barədə xx.xx.2024-cü il tarixli № 100 saylı maliyyə arayışı tərtib olunmuşdur. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə informasiya kabineti vasitəsilə ərizə təqdim edərək iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Masallı Regional Cavabdehndə notariat ofisi xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: "xxxx" ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-2-22/2-10850/2024 saylı bildirişindən görünür ki, sonuncuya 3106,53 manat məbləğində banka əsas kredit borcunu və ona müvafiq olaraq hesablanmış faiz borcunu ödəməməklə müqavilə şərtlərini pozduğu və borcunu 20 gün müddətində ödəmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağına dair xəbərdarlıq edilmişdir. Bildirişin göndərilməsi xx.xx.2024-cü il tarixli 16 №-li reyestrlə və OPG-lərin qəbul haqqında xx.xx.2024-cü il tarixli siyahı ilə qeydə alınmışdır. "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, İddiaçı banka 3106,53 manat əsas borc, 269,86 manat ödənilməmiş faiz, cəmi 3376,39 manat borcu vardır. "xxxx" ASC-nin Notariat İcra qeydi haqqında ərizəsindən görünür ki, bank tərəfindən xx.xx.2024-cü il tarixdə icra qeydinin verilməsinə dair Masallı regional Cavabdeh notariat ofisinə müraciət edilmişdir. Masallı regional Cavabdeh notariat ofisinin xx.xx.2024-cü il tarixli 8İ-8411 nömrəli icra qeydindən görünür ki, Masallı regional "ASAN Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X1 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir ki, həmin sənədlər üzrə AZ1005, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin /VÖEN:**********/ xeyrinə Masallı rayonu, Ərkivan Qəsəbə Ə/D, Ərkivan Qəsəbəsi ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2023 - Asan-Masallı; FİN: xxxxxxx; d/t: xx.xx.1983) BPM**********22 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3376,79 manat (üç min üç yüz yetmiş altı manat yetmiş doqquz qəpik) tutulsun. Bundan əlavə təklif edir ki, borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25.00 manat (iyirmi beş) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 3401,79 manat (üç min dörd yüz bir manat yetmiş doqquz qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2024 tarixdə aparılmışdır. Masallı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Masallı regional Cavabdeh notariat ofisinin xx.xx.2024-cü il tarixli 8İ-8411 nömrəli icra qeydi üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli, e144647/2024-62-11-004 №-li bildirişdən görünür ki, borclu İddiaçı icra vərəqəsinin icrasının könüllü təmin edilməsi üçün 10 gün müddət verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülk hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimafın 162-ci bəndində qeyd edilmişdir ki, icra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı xx.xx.2022-ci il tarixli BPM**********22 saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən İddiaçı borcu vaxtında qaytarmadığı üçün Masallı regional Cavabdeh notariat ofisi tərəfindən icra qeydi aparılmışdır. Hazırda İddiaçı icra qeydinin ləğv edilməsini tələb edir. Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, kredit müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlanmış və hər iki tərəf öz üzərinə öhdəliklər götürmüşdür. Bank müqavilə üzrə razılaşdırılmış kredit məbləğini İddiaçı verməklə öz öhdəliklərini yerinə yetirmiş olsa da, bunun əksi olaraq İddiaçı müqavilə üzrə borcunu vaxtında və lazimi qaydada icra etmədiyinə görə müqavilə üzrə razılaşdırılmış şərtlər pozulmuşdur. Nəticədə bank tərəfindən icra qeydinin verilməsi üçün qanunvericiliyin tələblərinə riayət edilməklə notariat ofisinə ərizə verilmişdir. Bank tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin tələbinə əsasən xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, borc öhdəliyinin 20 gün ərzində yerinə yetirilməyəcəyi halda icra qeydinin verilməsi üçün notariat orqanına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi xx.xx.2024-cü il tarixli 8İ-8411 nömrəli icra qeydi qanunvercilikdə göstərilən qaydada tərtib edildiyindən onun ləğv edilməsinə əsas yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, icra qeydinin hüquqi statusu "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydi aparmalıdır. Göründüyü kimi icra qeydi qərar və ya ləğv edilməsi mümkün olan hər hansı digər hüquqi kateqoriyaya aid deyil. Digər tərəfdən "icra qeydinin ləğvi" mümkün olsa belə, icra qeydinin formal və texniki tələblərə uyğun gəlməməsi əsası ilə ola bilər. Məhz bu hallarda icra qeydi mübahisələndirilə bilər. Hazırki halda isə iddiaçı Banka qarşı olan maddi hüquqi tələbini notariusun icra qeydinin ləğv edilməsi formasında irəli sürmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdeh Masallı Regional Cavabdehndə notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə, Masallı rayon İcra və Probasiya şöbəsinə qarşı "notariusun icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-2757/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2757/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver