Məhkəmə qərarları › İş №e-2(050)-2851/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-2851/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-2851/2023 16.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı MM QBKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 7594,84 manat, faiz borcuna görə 43,19 manat, cərimə borcuna görə 0,00 manat, cəmi 7638,03 manat məbləğində borcun və 96,39 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edəsini xahiş etmişdir. İddiaçının nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəmə iclasına gəlməmişdilər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə 14 noyabr 2023-cü il tarixdə teleqram ünvanlayaraq, onun iştirakı olmadan iclasın keçirilməsini və qərar qəbul edilməsini xahiş etmiş, həmçinın 16 noyabr 2023-cü il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvanlanmış sorğuya cavab olaraq bildirilir ki, ilkin müqavilə 2016-cı ildə bağlanmışdır. 2015-ci ildə məlum devalevasiyadan sonra filiallar bağlanmış və bütün sənədlər mərkəzi arxivə daşınmışdır. İlkin müqavilənın tapılması üçün arxiv şöbəsinə müraciət edilmiş, lakin axtarış nəticə verməmişdir. Son nəticə olaraq ilkin müqavilə fiziki olaraq yoxdur. Cavabdeh işin aidiyyət məsələsinə münasibət bildirərək göstərdi ki, o, bankdan krediti dükan işlətmək (sahibkarlıq) üçün götürmüşdür. Sonda Cavabdeh3 işə səlahiyyətli məhkəmə tərəfindən baxılmasını xahiş etdi. İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********1499 saylı kredit (restrukturizasiya) müqaviləsinın 1.2-ci bəndindən görünür ki, kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinın ödənilməsi kimi müəyyən olunur. Məhkəmə sorğu verərək, ilkin müqaviləni tələb etmiş, iddiaçının nümayəndəsi 16 noyabr 2023-cü il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvanlanmış sorğuya cavab olaraq bildirilir ki, ilkin müqavilə 2016-cı ildə bağlanmışdır. 2015-ci ildə məlum devalevasiyadan sonra filiallar bağlanmış və bütün sənədlər mərkəzi arxivə daşınmışdır. İlkin müqavilənın tapılması üçün arxiv şöbəsinə müraciət edilmiş, lakin axtarış nəticə verməmişdir. Son nəticə olaraq ilkin müqavilə fiziki olaraq yoxdur. Elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh3 xx.xx.2004-cü ildən ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Cavabdeh3 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədə göstərilir ki, “bankdan krediti dükan işlətmək (sahibkarlıq)” üçün götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 24.2-ci maddəsinə əsasən mübahisənın ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənın predmeti və hüquq münasibətlərinın xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinın həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinın həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 30-cu maddəsinın şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62ci maddəsinə görə məhkəmə aidiyyətin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinın qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinın həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 24, 26, 263, 264, 267-268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MM QBKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbi barədə iddia ərizəsinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar